Münasib və etibarlı informasiyanın məhdudluğu

posted in: Xəbər | 0
birbank biznes

Vaxtında təqdimat ilə etibarlılıq arasında tarazlıq

İnformasiyanın münasib sayılması üçün onun vaxtında təqdim edilməsi vacibdir. Təqdim olunması zamanı səbəbsiz ləngitmələrə yol verilən informasiya öz münasibliyini             itirə     bilər.     Lakin,     əksər     hallarda, informasiyanın vaxtında təqdim olunması məqsədilə əməliyyatların və digər hadisələrin bütün aspektlərinin tam müəyyənləşməsinə qədər hesabat vermək tələbi ortaya çıxır. Bu da maliyyə hesabatlarında təqdim edilən informasiyanın etibarlılıq səviyyəsinin aşağı enməsinə səbəb ola bilər. Əksinə, hesabatın təqdim edilməsi bütün aspektlər müəyyən olunanadək gecikdirildikdə, informasiya yüksək dərəcədə etibarlı, lakin bundan əvvəl qərar qəbul etməli olan istifadəçilər üçün az faydalı ola bilər.

Müəssisə rəhbərliyi maliyyə hesabatlarının vaxtında təqdim edilməsindən və etibarlılığından əldə olunacaq nisbi səmərəliliyin tarazlığını təmin etməlidir. Əksər hallarda tarazlığın təmin edilməsi maliyyə hesabatlarının standartlarda təyin olunmuş müddətdə təqdim olunması deməkdir.

Səmərə ilə məsrəflər arasında tarazlı

Maliyyə hesabatlarında təqdim olunan informasiyadan əldə olunan səmərə bu informasiyanın hazırlanması ilə bağlı məsrəflərdən artıq olmalıdır. Buna görə də, maliyyə hesabatlarında əhəmiyyətsiz informasiyanın göstərilməsinə ehtiyac yoxdur.

Keyfiyyət xüsusiyyətləri arasında tarazlıq

Təcrübədə keyfiyyət xüsusiyyətləri arasında tarazlığın əldə edilməsi zəruri hesab edilir. Maliyyə hesabatlarının vəzifələrinin yerinə yetirilməsi üçün keyfiyyət xüsusiyyətləri arasında müvafiq tarazlığa nail olmaq məqsədəuyğundur. Müxtəlif hallarda,   xüsusiyyətlərin nisbi mühümlüyü peşəkar mülahizələrin predmetidir.

Print Friendly, PDF & Email