Əmək haqqının hesablanması və ödənişinin uçotu

posted in: Xəbər | 0
birbank biznes
Əmək haqqının hesablanması işçilərin faktiki iş yerində vəzifə maaşına əsasən aparılır. Vəzifə maaşından müvafiq tutulmalar olduqdan sonra işçiyə çatacaq məbləğ müəyyən olunacaq. Bu tutulmalar məcburi könüllü ola bilər. İlkin olaraq adi bir şəxsin əmək haqqısının hesablanmasında olan əsas tutulmalara baxaq.

 

1) Əmək haqqından 14% həcmində fiziki şəxslərin gəlir vergisi tutulur.

Bu isə vəzifə maaşı 2500 manata qədər olan şəxslərdə ölkə üzrə yaşayış minimumu çıxıldıqdan sonra aparılır. 2016-cı il üçün ölkə üzrə yaşayış minimumu 136 manat həcmində müəyyən olunmuşdur. Vəzifə maaşı 2500 manatdan  çox olduqda isə 350 və əlavə olaraq 2500 manatdan çox olan hissənin 25%-i tutulur.

 

Məsələn:

a) Vəzifə maaşı 536 manat şəxs üçün gəlir vergisi aşağıdakı qaydada hesablanır:

(536-136)*14%=56. Bu şəxs üçün gəlir vergisi 56 manat təşkil edir.

 

b) Vəzifə maaşı 3000 manat olan şəxs üçün gəlir vergisi:

350+(3000-2500)*25% = 350+125=475 manat həcmində  tutulur.

 

2) Vəzifə maaşından 3% məcburi dövlət sosial sığorta ayırması tutulur.

a)  536*3%=16.08  manat     b)  3000*3%=90 manat

 

3) Adətən praktikada ən çox rast gəlinən könüllü tutulma isə 2% həcmində həmkarlar ittifaqına ayırmalar tutulur.

a) 536*2%= 10.72

b) 3000*2%=60 manat

 

*Bir məsələni də qeyd edək ki, fiziki şəxslərin əmək haqqından gəlir vergisi üzrə tutulmalar aparılması zamanı mövcud güzəşt və azadolmalar tətbiq olunan şəxslər vardır və bu kimi hallar Vergi məcəlləsi maddə 102 – fiziki şəxslərin gəlir vergisindən azadolmalar və güzəştlər bölməsinə uyğun olaraq tənzimlənir.

Əmək haqqının hesablanması 70-ci hesabın krediti üzrə aparılır. Müxabirləşmənin debet tərəfində xərclərin uçotu üzrə hesablar olur. 

Dt Kt Məbləğ Əməliyyatın məzmunu
08 70 10 000 Əsas vəsaitlərin tikintisi ilə məşğul olan işçilərin əmək haqqının hesablanması
10, 15 70 1 000 Materialların təchizatı ilə məşğul olan işçilərin əmək haqqının hesablanması
20 70 20 000 Əsas istehsalda çalışan işçilərin əmək haqqının hesablanması
23 70 2 200 Köməkçi istehsalatda çalışan işçilərin əmək haqqının hesablanması
25 70 220 Ümumistehsalatda çalışan işçilərin əmək haqqının hesablanması
26 70 15 000 Administrativ və idarəetmədə çalışan işçilərin əmək haqqının hesablanması
44 70 1 000 Hazır məhsulun satışı ilə məşğul olan işçilərin əmək haqqının hesablanması
Print Friendly, PDF & Email