Əmək müqaviləsi bağlanarkən tələb olunan sənədlər

posted in: Xəbər | 0
birbank biznes

Əmək müqaviləsi bağlanarkən təqdim edilən sənədlər

Kadr siyasəti istənilən təşkilatın əsas tərkib hissəsindən biridir, çünki iş prosesinin səmərəliliyi, son məhsulun keyfiyyəti kadr seçimindən birbaşa asılıdır. Təbii ki, kadr seçimi ilə yanaşı, işə qəbul zamanı tələb olunan sənədlərin toplanması, qanunvericiliyə uyğun kadr uçotunun aparılması  önəmli rol oynayır. Bu gün işçinin işə qəbulu, əmək müqaviləsi bağlanarkən tələb olunan sənədlər haqqında danışacağıq.

Əmək müqaviləsi  işəgötürənlə işçi arasında münasibətlərin rəsmiləşdirilməsini sübut edən yeganə sənəddir. Bu zaman işəgötürən kimi hüquqi şəxsin rəhbəri yaxud fərdi sahibkarlın özü çıxış edir. Əmək müqaviləsi bağlandıqdan sonra işəgötürən işçini işlə təmin edir, görülən işə üçün əməkhaqqı ödəyir. Bunun müqabilində işçi:

  • səmərəli işləməyi;
  • əmək intizamına əməl etməyi;
  • habelə, vəzifə öhdəliklərini həyata keçirməyi öhdəsinə götürür.

İşə qəbul zamanı tələb olunan sənədlərin siyahısı Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun tənzimlənir. Bu siyahıya aşağıdakılar aiddir:

  • şəxsiyyət vəsiqəsi;
  • əmək kitabçası;
  • təhsil barədə sənəd;
  • sağlamlıq haqqında tibbi arayış.

Göründüyü kimi əmək müqaviləsi bağlanarkən tələb olunan sənədlər arasında, bəzi işəgötürənlər tərəfindən tələb olunan yaşadığı yer üzrə qeydiyyat barədə sənəd yoxdur.

Təhsil barəsində sənəd işçinin peşəsinə uyğun təhsilinin olması zəruri olduqda lazımdır.

Sağlamlıq barədə tibbi arayış qanunvericiliklə müəyyən edilmiş iş yerlərində, peşə və vəzifələrdə çalışan işçilərdən tələb olunur.  Belə iş yerlərinin siyahısı AR Nazirlər Kabinetinin qərarı  ilə müəyyən edilir və aşağıdakı ümumi xüsusiyyətləri özündə birləşdirir:

  • işçinin sağlamlığına birbaşa təsiri olan ağır, zərərli və təhlükəli iş şəraiti olan yerlər;
  • yeyinti sənayesi, ictimai iaşə məkanları, səhiyyəyə dair iş yerləri, ticarətlə məşğul olan məkanlar və bunun kimi digər iş yerləri daxildir.

Həmçinin, qanunvericilik immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsin qadağan edən peşə növləri, habelə vəzifələrin siyahısı müəyyən edilib. Həmin hüquqi normativ aktda belə şəxslərin dövlət büdcəsi vəsaiti hesabına göstərilən tibbi yardımın həcmi də müəyyənləşdirilib. ƏM-nin 48-ci maddəsinin 5-ci bəndinə əsasən:

  • belə şəxslər mütləq şəkildə tibbi müayinədən keçməli;
  • işlədiyi müddət ərzində bu müayinə vaxtaşırı təkrar edilməlidir.

Əmək kitabçası

İşçidən işə qəbul zamanı tələb olunan sənədlərdən biri əmək kitabçasıdır. Aşağıdakılar kitabça olmadan əmək müqaviləsi bağlaya bilər:

Nümunə: Həsənov Adil “A” MMC-də işə düzəlir. Adilin qaçqın statusu var. Bundan qabaq başqa işdə çalışsa da əmək kitabçası yoxdur. O zaman “A” MMC işçiyə əmək kitabçasını verməlidir.   

Əmək kitabçasının forması, doldurulma qaydası AR NK-nın 186 saylı qərarı ilə nizamlanır. Bir nüansı diqqətə almaq lazımdır. Yuxarıda qeyd ediləm ƏM-nin 48.3-cü maddəsi ilə müəyyən edilmiş siyahıdan başqa müəyyən kateqoriya şəxslərdən də əmək kitabçası tələb olunmur. Bunlar ƏM tətbiq edilməyən şəxslərdir (ƏM, maddə 6).

Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən ƏM tətbiq edilməyən və əmək kitabçası tələb olunmayan şəxslər

Əmək kitabçası işəgötürəndə qalır. İşçi işdən çıxandan sonra əmək kitabçası işçiyə təqdim edilir. İşçiyə əmək kitabçasının açılmamasına görə İnzibati Xətalar Məcəlləsi nin 192.7-ci maddəsi üzrə vəzifəli şəxslərə 500-1000 manat cərimə nəzərdə tutulub.

Yuxarıda qeyd edilən məqamlar kağız daşıyıcıda hazırlanan əmək kitabçaları üçün nəzərdə tutulub. Respublikamızda uyğun sahənin rəqəmsallaşdırılması, elektron informasiya sistemlərinin inkişafı əmək müqaviləsi bağlanarkən tələb olunan sənədlərin toplanması, əmək kitabçası, ümumiyyətlə, işə qəbul prosesinin tam avtomatlaşdırılmasına imkan yaradır. Hazırda bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində aparılan işlər tez bir zamanda elektron əmək kitabçalarının tətbiqinə imkan verəcəyinə əsas verir.

Əmək müqaviləsi bağlanarkən tələb olunmayan sənədlər

Bəzən işə qəbul zamanı potensial namizədlərdən əmək kitabçası, şəxsiyyət vəsiqəsi ilə yanaşı hərbi bilet, məhkumluq haqqında arayış, sürücülük vəsiqəsi, nikah haqqında şəhadətnamə və sair bu kimi sənədlər tələb olunur. Bu nə qədər düzdür? Bu Məcəllənin 48.6. maddəsinə zidd deyilmi?

Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.

Bəzən işə qəbul zamanı tələb olunan sənədlərə edilən əlavələr işçinin xeyrinə ola bilər. Məsələn, bəzi vəzifələrdə sürücülük vəsiqəsi işçiyə əlavə üstünlük ola bilər. Yaxud, bəzi sənədlər əməkhaqqından tutulmalar zamanı vergi güzəştinin tətbiqinə əsas yaradır. Amma, nikah şəhadətnaməsinin yaxud yaşayış yerindən arayışın əmək müqaviləsi bağlanarkən tələb olunan sənəd kimi alınması düzgün deyil və  əmək qanunvericiliyinə ziddir.

103-cü hesabda qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması üzrə uçot

Print Friendly, PDF & Email