Əsas vəsaitlərin daxil olması və istismara verilməsi

posted in: Uncategorized | 0

Müəssisəyə daxil olan uzunmüddətli maddi aktivin torpaq, tikili və avadanlıq hesabında uçotda əks etdirilməsi vaxtı (anı) barədə müxtəlif yanaşmalar mövcuddur. Çoxlu suallar meydana gəlir: məsələn, torpaq, tikili və avadanlıqların «müəssisəyə daxil olması», «təhvil-təslimi», «istismara verilməsi» anlayışlarında fərqlər nədir? Aktiv hansı halda və ya hansı an uzunmüddətli aktiv və ya əsas torpaq, tikili və avadanlıq hesab edilir? Torpaq, tikili və avadanlıqların müəssisəyə daxil olmasından istismara verilməsinə qədər olan ikili yazılış trayektoriyası necə olmalıdır?

Bəzi mühasiblər uzunmüddətli aktivi onun alındığı, yəni təhvilalma yerindən asılı olmayaraq, malalan tərəfindən vəkalətnamə ilə etibar edilmiş nümayəndəyə təhvil verildiyi an, bəziləri də aktiv müəssisəyə gətirildikdən və istismara verildikdən sonra 111 №-li «Torpaq, tikili və avadanlıq-dəyər» hesabında uçota alırlar.

7 №-li MMUS-un 9-cu maddəsinə görə, torpaq, tikili və avadanlıqlar müəssisə tərəfindən istehsalda və ya mal-materialların çatdırılması, xidmətlərin göstərilməsində istifadə edilməsi, digər tərəflərə icarəyə verilməsi, inzibati məqsədlər üçün saxlanılması nəzərdə tutulan dövriyyədənkənar aktivlərdir. Standartın 10-cu maddəsinə görə, aktivlə bağlı gələcək iqtisadi səmərənin müəssisəyə axını ehtimal edildikdə və obyektin dəyəri etibarlı əsasla qiymətləndirilə bildikdə həmin aktiv torpaq, tikili və avadanlıqlar obyekti kimi tanınır.

7 №-li Standartın 9-cu maddəsində tikilməkdə və ya hazırlanmaqda olan hər hansı torpaq, tikili və avadanlıq tikinti və hazırlanma işləri başa çatanadək müvafiq torpaq, tikili və avadanlıq siniflərindən (torpaq, binalar, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, digər obyektlər, tikilməkdə olan obyektlər) birinə daxil edilməlidir.

Torpaq, tikili və avadanlıqların təsərrüfata daxil olması bir neçə formada ola bilər. Onlara torpaq, tikili və avadanlıqların satın alınması, tikilməsi və ya quraşdırılmasını, bu və ya digər təşkilatdan, ictimai fondlardan, sahibkarlardan əvəzsiz olaraq icarəyə götürülmüş vəsaitləri aid etmək olar. Göründüyü kimi, torpaq, tikili və avadanlıqların təsərrüfata daxil olması mənbələri müxtəlifdir. Təbii ki, onların sənədləşdirilməsi də müxtəlif olmalıdır. Buna görə də torpaq, tikili və avadanlıqların müəssisə və təşkilatlara daxilolma formasından asılı olaraq onlara spesifik yanaşılmalıdır. Məsələn, torpaq, tikili və avadanlıqların təsərrüfata daxil olması alqı-satqı yolu ilə olmuşdursa, bu zaman alqı-satqı aktında göstərilən qiy-mətlər mövcud bazar qiymətliləri ilə müqayisə edilməlidir. Əgər burada kəskin fərqlər müəyyən edilərsə, bu fərqlərin səbəbi aydınlaşdırılmalıdır. Çünki, təcrübədə bu vasitə ilə mənimsəmə halına yol verilir. Digər tərəfdən, əgər torpaq, tikili və avadanlıqlar tikilmə yolu ilə təsərrüfata daxil olmuşdursa, bu zaman bir sıra prinsipial məsələlər qiymətləndirilməlidir. Yəni, torpaq, tikili və avadanlıqların faktiki dəyəri ilə smeta dəyəri müqayisə edilməlidir. Burada yol verilmiş kənarlaş-malar aşkarlanıb qiymətləndirilməlidir. Tikilmə yolu ilə təsərrüfata daxil olan torpaq, tikili və avadanlıqların tam istismara verilməsi bir qayda olaraq dövlət komissiyası tərəfindən qəbul-təhvil aktı vasitəsi ilə aparılır. Torpaq, tikili və avadanlıqların təsərrüfata daxil olması əvəzsiz, bağışlanma və ya icarə yolu ilə də əldə edilə bilər.

Tikilimə yolu ilə aktivlərin daxil olması və onların torpaq, tikili və avadanlıqlar kimi uçotda əks olunması qəbul-təhvil aktı ilə rəsmiləşdirilir. Yeni tikilmiş və istifadəyə verilən torpaq, tikili və avadanlıqlar xü-susi qayda ilə dövlət tərəfindən təşkil olunmuş qəbul komissiyası vasitəsilə yoxlanıb, qəbul olunur və həmin dövlət komissiyasının aktı ilə sənədləşdirilir. Mövcud qaydalara görə hər bir obyekt üzrə ayrılıqda qəbul-təhvil aktı tərtib olunur. Tərtib olunmuş aktda obyektin tam xarakteristikası, tikilmə, onun texniki göstə-ricilərə uyğunluğu, istifadə verildiyi tarix və s. göstərilir. Tərtib olunmuş akt ona əlavə olunmuş istehsal-texniki sənədlərlə birlikdə torpaq, tikili və avadanlıq kimi mədaxil olunması və inventar kartı açmaq üçün müəssisə mühasibatlığına təqdim olunur. İnventar kartları müəssisədə torpaq, tikili və avadanlıqların obyektlər üzrə uçotunun təşkili üçün açılır. İnventar kartında obyektin inventar nömrəsi, onun əsas göstəriciləri, ilkin dəyəri, amortizasiya norması, köhnəlmə həcmi və s. göstərilir. İnventar kartı mühasibatlıqda xüsusi ayrılmış torpaq, tikili və avadanlıqların uçotu üzrə jurnalda əks olunur. İnventar kartına əsasən müəssisənin mühasibatlığında daxil olmuş və çıxarılmış torpaq, tikili və avadanlıqların qruplar üzrə hərəkətinin uçotu aparılır. Kiçik müəssisələrdə az miqdarda əsas vəsaitlərin olduğu halda onların obyektlər üzrə uçotu inventar kitablarında aparılır.

Torpaq, tikili və avadanlıqların sintektik uçotu aktiv hesab olan 111«Torpaq, tikili və avadanlıqlar (dəyər)» hesabında aparılır. Əsas vəsaitlərin köhnəlməsi 112«Torpaq, tikili və avadanlıqlar (amortizasiya)» hesabında uçota alınmalıdır.

Azərbaycan Respublikası Maliyyə Naztirliyinin 20 oktyabr 1995-ci il tarixli «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»da müəyyən olunduğu kimi 111«Torpaq, tikili və avadanlıqlar» hesabında əsas vəsaitlər ilk dəyərləri ilə uçota alınır. Həmin dəyərlər obyektlər üzrə aşağıdakı qaydada müəyyən edilir:

– təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan obyektlər üçün tərəflərin müqavilə qiyməti ilə;


– müəssisənin özündə hazırlanmış, həmçinin başqa müəssisə və şəxslər tərəfindən pulla alınmış obyektlər üçün daşınma və quraşdırma üzrə xərclər də daxil edilməklə quraşdırılmış (tikilmiş), yaxud alınmış obyektlərə faktiki məsrəflərdən asılı olaraq;


– dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən isə əvəzsiz alınmış obyektlər üçün ekspert yolu ilə yaxud qəbul-təhvil sənədlərindəki məlumatlar üzrə müəyyən edilmiş dəyərlə.


Torpaq, tikili və avadanlıqların daxil olmasının xarakterindən, yəni hansı mənbəədən daxil olması ilə əlaqədar olaraq müvafiq mühasibat yazılışı aparılır.


Əsas vəsaitlərin istismara verilməsi

Əsas vəsaitlərin müəssisənin əmlakına daxil olması 113 saylı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” adlı hesabda əks olunur. Əsas vəsaitlərin istismara verilməsi zamanı onların ilkin dəyəri formalaşır və 111-ci hesabda əks etdirilir.

Əsas vəsaitlərin daxil olması və onların əsas vəsait kimi uçotda əks olunması   Əsas vəsaitin istismara qəbul edilməs haqqında AKT  ilə rəsmiləşdirilir. Yeni tikilmiş və istifadəyə verilən əsas vəsaitlər isə xüsusi qayda ilə dövlət tərəfindən təşkil olunmuş qəbul komissiyası vasitəsilə yoxlanıb, qəbul olunur  və həmin dövlət komissiyasının aktı ilə sənədləşdirilir. Mövcud qaydalara görə hər bir obyekt üzrə ayrılıqda qəbul-təhvil aktı tərtib olunur. Tərtib olunmuş aktda obyektin tam xarakteristikası, tikilmə, onun texniki göstəricilərə uyğunluğu, istifadə verildiyi tarix və s. göstərilir. Tərtib olunmuş akt ona əlavə olunmuş  istehsal-texniki sənədlərlə birlikdə əsas vəsait kimi mədaxil olunması və inventar kartı açmaq üçün müəssisə mühasibatlığına təqdim olunur.

İnventar kartları müəssisədə əsas vəsaitlərin obyektlər üzrə uçotunun təşkili üçün açılır. İnventar kartında obyektin inventar nömrəsi, onun əsas göstəriciləri, ilkin dəyəri, amortizasiya norması, köhnəlmə həcmi və s. göstərilir. Əsas vəsait müəssisədən çıxarkən inventar kartı da uçotdan çıxarılır. İnventar kartına əsasən müəssisə mühasibatlığında daxil olmuş və çıxarılmış əsas vəsaitlərin qruplar üzrə hərəkətinin uçotu aparılır. Kiçik müəssisələrdə az miqdarda əsas vəsaitlərin olduğu halda onların obyektlər üzrə uçotu inventar kitablarında aparılır.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *