Nazirlər Kabinetinin 12 sentyabr 2017-ci il tarixli qərarı ilə büdcə təsnifat kodlarına əlavə və dəyişikliklər edilmişdir, 2017-ci il ərzində köhnə büdcə təsnifat kodları qüvvədə olsa da artıq 2018-ci ilin 1 yanvar tarixindən etibarən banklar ancaq yeni büdcə təsnifat kodları ilə ödəmələri qəbul edirlər. Nazirlər Kabinetinin qərarını və yenilənmiş büdcə təsnifat kodlarını sizə təqdim edirik.
“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.3-cü və 1.5-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Büdcə gəlirlərinin Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
- “1.1.1.1.2.0. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir vergisi” maddəsinə aşağıdakı məzmunda 1.1.1.1.2.3-cü yarımmaddə əlavə edilsin:
“1.1.1.1.2.3. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) gəlir vergisi”.
- “1.1.1.2.5.0. Dividendlərdən, faizlərdən, icarədən və royaltidən əldə olunan gəlirlərdən və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlərdən gəlir vergisi” maddəsinin 1.1.1.2.5.1-ci yarımmaddəsi aşağıdakı redaksiyada verilsin:
“1.1.1.2.5.1. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən, rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisələrin və ya sahibkarın ödəmələrindən gəlir vergisi”.
- Aşağıdakı məzmunda 1.1.1.2.5.2-1.1.1.2.5.4-cü yarım-maddələr əlavə edilsin:
“1.1.1.2.5.2. Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyində tutulan vergi
1.1.1.2.5.3. Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlərdən gəlir vergisi
1.1.1.2.5.4. Dividendlərdən, faizlərdən, icarə haqlarından, royaltidən və digər gəlirlərdən gəlir vergisi”.
- “1.1.4.1.1.0. Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi” maddəsinin 1.1.4.1.1.2-ci yarımmaddəsi 1.1.4.1.1.3-cü yarımmaddə hesab edilsin və aşağıdakı məzmunda 1.1.4.1.1.2-ci, 1.1.4.1.1.4-cü, 1.1.4.1.1.5-ci yarımmaddələr əlavə edilsin:
“1.1.4.1.1.2. Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ticarət əlavəsindən ödənilən əlavə dəyər vergisi
1.1.4.1.1.4. Elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsinə görə qeyri-rezidentə ödəmələrdən əlavə dəyər vergisi
1.1.4.1.1.5. Elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə qeyri-rezidentə ödəmələrdən əlavə dəyər vergisi”.
- “1.1.4.3.1.0. Hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi” maddəsinin 1.1.4.3.1.7-ci yarımmaddəsi 1.1.4.3.1.8-ci yarımmaddə hesab edilsin və aşağıdakı məzmunda 1.1.4.3.1.7-ci yarımmaddə əlavə edilsin:
“1.1.4.3.1.7. Mülkiyyətindəki torpaq sahələrinin təqdim edilməsini həyata keçirən hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi”.
- “1.1.4.3.2.0. Fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi” maddəsinin 1.1.4.3.2.7-ci yarımmaddəsi 1.1.4.3.2.9-cu yarımmaddə hesab edilsin və aşağıdakı məzmunda 1.1.4.3.2.7-ci, 1.1.4.3.2.8-ci yarımmaddələr əlavə edilsin:
“1.1.4.3.2.7. Mülkiyyətindəki torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
1.1.4.3.2.8. Sabit məbləğ üzrə sadələşdirilmiş vergi”.
- “1.1.4.3.3.0. Digər vergilər” maddəsi 1.1.4.3.4.0-cı maddə hesab edilsin və aşağıdakı məzmunda 1.1.4.3.3.0-cı maddə və 1.1.4.3.3.1-ci, 1.1.4.3.3.2-ci yarımmaddələr əlavə edilsin:
“1.1.4.3.3.0. Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi
1.1.4.3.3.1. Hüquqi şəxslər tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi
1.1.4.3.3.2. Fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi”.
- “1.1.4.5.2.0. Azərbaycan Respublikasına malların idxalına görə aksiz” maddəsinin 1.1.4.5.2.9-cu yarımmaddəsi aşağıdakı redaksiyada verilsin:
“1.1.4.5.2.9. İdxal olunan xəz-dəri məmulatlarına tətbiq olunan aksiz vergisi”.
- “1.4.2.2.1.0. Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə görə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına görə, hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatına görə” maddəsinə aşağıdakı məzmunda 1.4.2.2.1.7-ci yarımmaddə əlavə edilsin:
“1.4.2.2.1.7. Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsinə görə”.
- “1.4.3.1.5.0. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar” maddəsinə aşağıdakı məzmunda 1.4.3.1.5.1-ci və 1.4.3.1.5.2-ci yarımmaddələr əlavə edilsin:
“1.4.3.1.5.1. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr
1.4.3.1.5.2. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə digər daxilolmalar”.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 12 sentyabr 2017-ci il
№ 365
Büdcə gəlirlərinin təsnifatı
Kodlar | Adları | Qeydlər |
100000 | Ümumi gəlirlər | |
110000 | Vergilərdən daxilolmalar | |
111000 | Gəlirlərdən (mənfəətdən) vergilər | |
111100 | Fiziki şəxslərin gəlir vergisi | |
111110 | Muzdlu işlə əlaqədar gəlir vergisi | |
111111 | Muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi | |
111112 | Hasilatın pay bölgüsü sazişləri üzrə podratçi və xarici subpodratçi təşkilatlarda muzdlu işlə əlaqədar əldə edilən gəlirlərdən gəlir vergisi | |
111113 | Büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədər əldə etdikləri gəlirlərindən gəlir vergisi | |
111120 | Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir vergisi | |
111121 | Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlərdən gəlir vergisi | |
111122 | Hasilatın pay bölgüsü sazişləri üzrə podratçi və xarici subpodratçi təşkilatlarda muzdlu işlə əlaqədar olmayan gəlirlərdən gəlir vergisi | |
111123 | İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) gəlir vergisi | yeni |
111130 | Fiziki şəxslərin digər gəlirlərindən gəlir vergisi | |
111200 | Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi | |
111210 | Rezident müəssisələrin mənfəət vergisi | |
111220 | Qeyri-rezident müəssisələrin Azərbaycan Respublikasında daimi nümayəndəliyi ilə bağlı olan gəlirlərdən vergi | |
111230 | Hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi | |
111240 | Hasilatın pay bölgüsü sazişləri üzrə xarici subpodratçıların mənfəət vergisi | |
111250 | Dividendlər, faizlərdən, icarədən və royaltidən əldə olunan gəlirlərdən və mənbəyi Azərbaycan Respublikasının ərazisində olan digər gəlirlərdən gəlir vergisi | |
111251 | Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən, rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisələrin və ya sahibkarın ödəmələrindən gəlir vergisi | yeni redaksiyada |
111252 | Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən ödəmə mənbəyində tutulan vergi | yeni |
111253 | Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlərdən gəlir vergisi | yeni |
111254 | Dividendlərdən, faizlərdən, icarə haqlarından, royaltidən və digər gəlirlərdən gəlir vergisi | yeni |
111300 | Kateqoriyalar üzrə bölünməyən gəlir vergisi | |
112000 | Əmək haqqı fonduna və işçi qüvvəsinə vergilər | |
113000 | Mülkiyyətdən vergilər | |
113100 | Torpaq vergisi | |
113110 | Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, məişət xidməti və digər xüsusi təyinatlı torpaqlara görə rezident və qeyri-rezident müəssisələrin torpaq vergisi | |
113120 | Kənd təsərrüfatı təyinatlı torpaqlara görə rezident və qeyri-rezident müəssisələrin torpaq vergisi | |
113150 | Yaşayış fondlarının, həyətyanı sahələrin və bağ sahələrinin torpaqlarına görə torpaq vergisi | |
113200 | Əmlak vergisi | |
113220 | Rezident və qeyri-rezident müəssisələrin balansında olan əsas vəsaitlərdən əmlak vergisi | |
114000 | Mal və xidmətlərə görə vergilər | |
114100 | Əlavə dəyər vergisi | |
114111 | Azərbaycan Respublikasında iş və xidmətlərə görə ödənilən rezidentin əlavə dəyər vergisi | |
114112 | Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ticarət əlavəsindən ödənilən əlavə dəyər vergisi | yeni |
114113 | Azərbaycan Respublikasında iş və xidmətlərə görə ödənilən qeyri-rezidentin əlavə dəyər vergisi | |
114114 | Elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsinə görə qeyri-rezidentə ödəmələrdən əlavə dəyər vergisi | yeni |
114115 | Elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə qeyri-rezidentə ödəmələrdən əlavə dəyər vergisi | yeni |
114200 | Satışdan vergilər | |
114300 | Sadələşdirilmiş vergi | |
114310 | Hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi | |
114311 | Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi | |
114312 | Bina tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi | |
114313 | Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən hüquqı şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi | |
114314 | İdman mərc oyunlarının operatoru və satıcıları olan hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi | |
114315 | Ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən 6 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi | |
114316 | İctimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən 8 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi | |
114317 | Mülkiyyətindəki torpaq sahələrinin təqdim edilməsini həyata keçirən hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi | yeni |
114318 | Digər hüquqi şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi | |
114320 | Fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi | |
114321 | Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi | |
114322 | Bina tikintisi fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi | |
114323 | Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi | |
114324 | İdman mərc oyunlarının satıcıları olan fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi | |
114325 | Ticarət fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən 6 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi | |
114326 | İctimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən 8 faiz dərəcə ilə ödənilən sadələşdirilmiş vergi | |
114327 | Mülkiyyətindəki torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi | yeni |
114328 | Sabit məbləğ üzrə sadələşdirilmiş vergi | yeni |
114329 | Digər fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi | |
114330 | Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi | yeni |
114331 | Hüquqi şəxslər tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi | yeni |
114332 | Fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi | yeni |
114340 | Digər vergilər | |
114400 | Dövriyyədən vergilər və mal və xidmətlərə görə digər ümumi vergilər | |
114500 | Aksiz | |
114510 | Azərbaycan Respublikasında istehsal olunan məhsullar üzrə aksiz | |
114511 | Neft məhsullarına aksiz | |
114512 | Etil (yeyinti) spirti | |
114513 | Pivə | |
114514 | Spirtli içkilərin bütün digər növləri | |
114515 | Tütün məmulatları | |
114516 | Sair məhsullar | |
114700 | Yol vergisi | |
114710 | Azərbaycan Respublikasının ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) yanacağa yol vergisi | |
114711 | avtomobil benzininə yol vergisi | |
114712 | dizel yanacağına yol vergisi | |
114713 | maye qaza yol vergisi | |
114800 | Malların istifadəsinə, yaxud istifadə hüququ verilməsinə və hər hansı bir fəaliyyətlə məşğul olmaq üçün vergilər | |
114900 | Mədən vergisi | |
114910 | Xam neft | |
114920 | Təbii qaz | |
114930 | Filiz faydalı qazıntıları | |
114940 | Qeyri-filiz faydalı qazıntıları | |
114950 | Mineral sular | |
114970 | Sair məhsullar | |
114980 | Digər vergilər | |
115600 | Xarici iqtisadi fəaliyətlə bağlı sair vergilər | |
115620 | Qiyməti tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə respubublika daxili müəssisə topdansatış qiyməti arasındakı fərqdən büdcəyə ödənişlər | |
116000 | Sair vergilər | |
116100 | Kommersiya qurumları tərəfindən ödənilən digər vergilər | |
116200 | Qeyri-kommersiya qurumları tərəfindən ödənilən digər vergilər | |
141730 | Torpağın icarəyə verilməsindən icarə haqqı | |
141732 | Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı | |
142190 | Müsadirə edilmiş ,sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar | |
142191 | Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmllakın satışından daxilolmalar | |
142200 | Dövlət rüsumu | |
142210 | Məhkəməyə verilən iddiа ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə görə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə, vətəndаşlıq vəziyyəti аktlаrının qeydiyyаtinа görə, hüquqi şəxslərin dövlət qeydiyyаtı və yenidən qeydiyyаtınа görə | |
142211 | Məhkəməyə verilən iddiа ərizələrinə görə | |
142212 | İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrə görə | |
142213 | Məhkəmə əmri haqqında ərizələrə görə | |
142214 | Apelyasiya və kasasiya şikayətlərinə görə | |
142215 | Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına görə | |
142216 | Hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatına görə | |
142217 | Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsinə görə | yeni |
142220 | Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun müddətinin uzadılmasına görə | |
142221 | Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqinə görə | |
142222 | Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqinə görə | |
142223 | Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqinə görə | |
142224 | Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələrinin təsdiqinə görə | |
142225 | İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanılan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqinə görə | |
142226 | Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi, ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin və nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqinə görə | |
142227 | Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi, sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqinə görə | |
142228 | Digər notariat hərəkətlərinin aparılmasına görə | |
142229 | Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına görə | |
142230 | Şəxsiyyət və icazə vəsiqələrinin, habelə qaçqın statusu almış şəxslərə qaçqın vəsiqələrinin və yol sənədlərinin verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və ya vətəndaşlığından çıxmağa görə | |
142231 | Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və dəyişdirilməsinə görə | |
142232 | Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqələrinin verilməsinə görə | |
142233 | Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin, müvəqqəti olma müddətinin uzadılması barədə qərarın, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə qaçqın vəsiqələrinin və yol sənədlərinin verilməsinə görə | |
142234 | Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa olmağa və ya vətəndaşlıqdan çıxmağa görə | |
142240 | Azərbaycan Respubliksında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılmasına görə | |
142241 | Pasportların və vizaların verilməsinə görə | |
142242 | Vətəndaşlıq məsələləri ilə əlaqədar sənədlərin rəsmiləşdirilməsinə görə | |
142243 | VVAQ məsələlərinə dair konsulluq əməliyyatlarına görə | |
142244 | Sənədlərin sorğu əsasında alınmasına və leqallaşdırılmasına görə | |
142245 | Notariat hərəkətlərinin aparılmasına görə | |
142246 | Digər konsul əməliyyatlarına görə | |
142250 | Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə | |
142252 | Lisenziya verilməsinə görə | |
142260 | Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə və nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsinə görə | |
142261 | Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə görə | |
142262 | Nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsinə görə | |
142270 | Qiymətli kağızların qeydiyyata alınması və dövlət reyestrinə daxil edilməsi, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin, inteqral sxem topologiyasının və məlumat toplularının qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsinə görə | |
142271 | Qiymətli kağızların qeydiyyata alınmasına və dövlət reyestrinə daxil edilməsinə görə | |
142272 | İpoteka kağızlarının qeydiyyatı və əlavə qeydiyyatı, həmçinin icazələrin bəzi növlərinin verilməsinə görə | |
142273 | İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin, inteqral sxem topologiyasının və məlumat toplularının qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlərə görə | |
142274 | Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrin alınması və müddətlərinin uzadılmasına görə; | yeni |
142275 | Nəqliyyat vasitələrinin qeydiyyatına, dövlət qeydiyyat nişanlarının verilməsinə, sürücülük vəsiqələrinin və imtahanların verilməsinə görə | |
142280 | Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, həmçinin girovun dövlət qeydiyyatına görə | |
142281 | Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlərə görə | |
142282 | Vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün, icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılmasına görə | |
142283 | Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatı, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi və dövlət reyestrindən məlumatın verilməsinə görə | |
142284 | İpotekanın əlavə qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan-ölçü) dublikatının verilməsinə görə | |
142285 | Torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə | |
142286 | Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə | |
142290 | Digər hüquqi hərəkətlərə görə | |
142291 | Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikasına görə | |
142292 | Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə | |
142293 | Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə | |
142294 | Standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlərə görə | |
142295 | Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə | |
142296 | Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərin göstərilməsi, mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsi | |
142297 | Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə | |
142298 | Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatının verilməsinə görə | |
142299 | Sair hüquqi hərəkətlərə görə | |
142340 | Sair daxilolmalar | |
143000 | Cərimə və sanksiyalar üzrə daxilolmalar | |
143400 | Vergi qanunvericiliyinin pozulmasına görə daxilolmalar | |
143410 | Fiziki şəxslərin gəlir vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar | |
143411 | Muzdlu işlə əlaqədar gəlir vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar | |
143412 | Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar | |
143420 | Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar | |
143430 | Torpaq vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar | |
143440 | Əmlak vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar | |
143450 | Əlavə dəyər vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar | |
143460 | Aksizlər üzrə maliyyə sanksiyalarından daxilolmalar | |
143470 | Sadələşdirilmiş vergi üzrə maliyyə sanksiyalarından daxilolmalar | |
143480 | Mədən vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar | |
143490 | Digər vergi və daxilolmalar üzrə maliyyə sanksiyalarından daxilolmalar | |
143500 | Vergi qanunvericiliyinin pozulmasına görə inzibati cərimə |
Faylı yükləyin: Büdcə Gəlirlərinin Təsnifatı / Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Rüfət Rəhimov
r.rufat@mail.ru