2024-cü il üçün əməkhaqqı cədvəli – əməkhaqqıdan tutulmalar necə hesablanacaq?

posted in: Xəbər | 0
birbank biznes

Muzdlu işçiyə 2024-cü ildə əməkhaqqının hesablanması necə aparılacaq?

Əgər işçinin əmək müqaviləsində onun əməkhaqqısı 1000 manat göstərilibsə, işçi hansı məbləği alacaq?

Qəribə də olsa, ilk baxışda sadə görünən bu sualları təkcə işçilərin deyil, işəgötürənlərin də dilindən eşitmək mümkündür. Bu mövzunun aktuallığı təkcə əmək müqaviləsinin tərəflərinin “savadsızlığı” ilə bağlı deyil, daha çox əməkhaqqının hesablanması, vergi dərəcələri, sosial sığorta tutulmaları ilə bağlı qanunvericilikdə daim edilən dəyişikliklərlə əlaqədardır.

Bəs 2024-cü ildə əməkhaqqının hesablanması qaydası dəyişibmi?
Əməkhaqqı cədvəlləri formasını yeniləməyə ehtiyac varmı?
Əməkhaqqından tutulmalar nə qədər olacaq və hara köçürüləcək?

Əslində muzdlu işlə bağlı işçiyə ödənilən haqq, ondan tutulmalar elə də tez-tez dəyişmir. Dəyişikliklər əsasən əməkhaqqıdan tutulmalara tətbiq edilən faiz dərəcələri ilə bağlı olur. Məsələn, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərə 2019-cu il yanvarın 1-dən müəyyən vergi ödəyicilərinə 7 il müddətinə vergidən azadolama və güzəştlər nəzərdə tutulmuşdu. Həmin güzəştlər 2024-cü ildə əməkhaqqı hesablanması zamanı nəzərə alınır.

Güzəşt tətbiq edilən vergi ödəyicilərinin müəyyən olunması meyarları AR Nazirlər Kabinetin uyğun qaydası ilə aparılır (“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarlarının təsdiq edilməsi haqqında AR NK-nın Qərarı”).

Əslində bu mühasiblər üçün yeni deyil, 2024-cü ildə əməkhaqqının hesablanması alqoritmi əvvəlki illərdə olduğu kimidir, eyni formalı əməkhaqqı cədvəllərindən istifadə edilir.

Qeyd edilən dəyişikliyə görə vergi ödəyiciləri iki kateqoriyaya bölünüb:

  1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri;
  2. Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyiciləri;

Eyni bölgü meyarları, azadolma və güzəştlər MDSS haqlarının hesablanması zamanı da nəzərə alınır.

“2024-cü ildə əməkhaqqından hansı tutulmalar olacaq?” sualına cavabı eyni adlı məqalədən tapmaq olar.

Məlumdur ki, tutulmalar təyinatı üzrə dövlət xəzinəsinin uyğun hesabına köçürülür. Qeyd edək ki, icbari ödənişlərlə bağlı xəzinə hesablarının rekvizitləri 2024-cü ildə yenilənib. Yeni rekvizitlər burada verilib.

Aşağıdakı keçidlərdən Exceldə hazırlanmış əməkhaqqı cədvəllərini yükləmək olar:

“2024-cü il üçün neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoru üçün əməkhaqqı cədvəli”

 “2024-cü il üçün neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoru üçün əməkhaqqı cədvəli”

 

Əməkhaqqı cədvəlləri

Print Friendly, PDF & Email