800 manat əmək haqqı ilə mühasib tələb olunur

Avandsis Group 800 AZN və yuxarı əmək haqqı ilə mühasib axtarır.

İş qrafiki: 9:00-18:00/bazar ertəsi-şənbə

Əmək haqqı: 800 AZN və yuxarı

Namizədə olan tələblər:

  • İqtisadiyyat sahəsində ali təhsil ;
  • 3 il müvafiq sahədə iş təcrübəsi ;
  • Azərbaycan, Rus dillərində sərbəst bilmək (ingilis dili arzuolunandır)
  • Kompyuter programlarında işləmə bacarığı ;
  • Yaş həddi 25-40 ;
  • Mühasibat uçotunun aparılması qaydaları və onunla əlaqədar qanunvericiliyə dair biliklərə malik olması ;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  •  Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti ;

Vəzifə öhdəlikləri:

  • Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparır, mal-materialların faktiki maya dəyərini hesablayır
  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin edir, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlayır,  uyğunsuzluq hallar aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin edir
  • Layihələr üzrə görülmüş işlərin təhvil-təslim aktı sənədlərini cavabdeh şəxslərdən qəbul edib akta əsasən layihə anbarından mal-material silgisini həyata keçirir
  • Dövri olaraq layihə anbarlarının mal-material qalıqlarını  müvafiq layihələr üzrə cavabdeh şəxslərlə təsdiq edir
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlayır və nəzarət edir
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edir
  • Mal-materialların hərəkətinə dair məlumatlarını mühasibat proqramı (1c) bazasına əlavə edir
  • İlkin sənədlərini qəbul edir və onlara nəzarət edir
  • Qaimələri, aktları tərtib edir
  • Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işlənməsini təmin edir
  • Fəaliyyəti ilə əlaqədar əməliyyatların aparılması və işlərin görülməsi ilə bağlı işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır
  • Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir
  • AR Vergi Məcəlləsinə uyğun vergi uçotunun aparılması və hesabatlığı
  • Müəssisənin kommersiya sirrinin saxlanmasını təmin etməlidir
  • Müəssisənin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət edir

Email: info@avandsis.com

Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *