Aksizli mallarla əməliyyatlarda inzibati hüquqpozmalar və cinayət məsuliyyəti

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Aksiz vergisi ödəyicilərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə sanksiyaları və cərimələrdən başqa digər məsuliyyət tədbirləri də nəzərdə tutulub. Aksizlərlə bağlı hüquqpozmaların qarsısını almaq üçün İnzibati Xətalar (İXM) Məcəlləsi və Cinayət Məcəlləsində (CM) bəzi cəza tədbirindən istifadə edilir. Məsuliyyətin inzibati yaxud cinayət məsuliyyəti kimi müəyyən edilməsi pozuntu məbləğinin miqdarından asılıdır. Gəlin həmin cəza tədbirlərini daha ətraflı nəzərdən keçirək.

Aksizli mallarla az miqdarda nağd satış, yaxud bu malların satış üçün nağd alışı (pərakəndə satış istisnadır) baş verdikdə:

  • 300-500 manat arası – vəzifəli şəxslərə;
  • 1000-1500 manat arası hüquqi şəxslərə cərimə tətbiq olunur (İXM, maddə-449-1).

Əgər nağd alqı-satqı yuxarıda qeyd edilən şərtlər daxilində:

  • xeyli miqdarda baş verdikdə – 1000-2000 manat arası cərimə, yaxud 1 ilədək islah işləri və ya azadlıqdan məhrumetmə (İXM maddə 213-1.3);
  • külli miqdarda baş verdikdə – 2 ilədək islah işləri yaxud azadlıqdan məhrumetmə cəzası tətbiq olunur (İXM maddə 213-1.3).

Aksizli malların markalanmadan az miqdarda idxalı zamanı:

  • 80-120 manat arası-fiziki şəxslərə;
  • 300-500 manat arası-vəzifəli şəxslərə;
  • 1000-1500 manat arası hüquqi şəxslərə cərimə tətbiq olunur.

Cərimə ilə yanaşı həmin mallar müsadirə edilir. (İXM, maddə-508).

Aksizli malların markalanmadan az miqdarda idxalı zamanı 80 manatdan 1500 manatadək cərimə tətbiq olunur

Əgər idxal, həmçinin aksizli malların markasız satışı, satış üçün saxlanması, istehsal binasının hüdudundan kənara çıxarılma:

  • xeyli miqdarda baş verərsə – 2000 manatdan 3000 manatadək cərimə yaxud islah işləri (1 ilədək) və ya azadlıqdan məhrumetmə (2 ilədək) (CM, maddə 213-1.1);
  • külli miqdarda baş verdikdə, həmçinin təkrar yaxud qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – beş ilədək azadlıqdan məhrum etmə (CM, maddə 213-1.2) ilə cəzalandırılır.

Yuxarıdakı hallarda miqdar intervalları aşağıdakı kimi təsnifləşdirilir:

Aksizli malların markalanmadan az miqdarda idxalı zamanı 80 manatdan 1500 manatadək cərimə tətbiq olunur

Aksizli mallarla əməliyyatlar üzrə məcburi ödənişlərdən yayınma

  • Az miqdarda olarsa – inzibati hüquqpozmanın obyekti olan ödəniş məbləğinin 30 %-dən 70 %-dək cərimə (İXM, maddə – 460);
  • Xeyli miqdarda olduqda – vurulmuş ziyanın 2 mislindən 3 mislinədək cərimə yaxud islah işləri (2 ilədək) və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə. Bu zaman cəza tətbiq edilən şəxs müəyyən vəzifə tutma (fəaliyyətlə məşğul olma) hüququndan məhrum da edilə bilər (CM, maddə 213.1);
  • Külli miqdarda yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə – vurulmuş ziyanın 2 misli miqdarında cərimə yaxud 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Bu zaman cəza tətbiq edilmiş şəxs 3 ilədək müəyyən vəzifə tutma (müəyyən fəaliyyətlə məşğul olma) hüququndan da məhrum edilə bilər (CM, maddə 213.2);

Digər hüquqpozmalardan fərqli olaraq vergi və digər məcburi ödənişlərdən yayınmalarda “xeyli külli miqdarda” halı daxil edilib.

Aksiz vergisi üzrə külli miqdarda hüquqpozmalarda Cinayət Məcəlləsinin 213.3 maddəsi tətbiq edilir.

Yuxarıdakı hallarda miqdar intervalları aşağıdakı kimi təsnifləşdirilir:

Aksiz vergisi ödənişdən yayınma, miqdar intervalları az miqdarda 50000 manatadək, xeyli miqdarda 50000 – 200000 manat, külli miqdarda 200000-500000 manatadək, xüsusi külli miqdarda – 500000 manatdan yuxarı

Cinayət Məcəlləsinin 205-1 maddəsi saxta aksiz markası ilə aparılan əməliyyatlarla bağlı cəzaları şərh edir. Belə hüquqpozmalar:

  • 2000 manatdan 3000 min manatadək cərimə yaxud;
  • islah işləri – 2 ilədək;
  • azadlıqdan məhrumetmə (3 ilədək) ilə cəzalandırılır.

Gördüyünüz kimi, aksiz vergisi üzrə hüquqpozmalarda cəzalar kifayət qədər sərtdir. Buna cəzalara məruz qalmamaq üçün ən asan yol qanuna əməl etməkdir.


Print Friendly, PDF & Email