Aksiz vergisi, aksizli mallar anlayışı, tətbiq edilən vergi dərəcələri

posted in: Vergi, Xəbər | 0

aksizli vergisinin dərəcəsiAksiz vergisinin əsas funksiyaları

Aksiz, onun inkişaf tarixi haqqında əvvəlki mövzularda danışmışdıq. Həmin mövzudakı qeydləri ümumiləşdirib deyə bilərik ki, o, dolayı vergi növüdür, aksizli mallar adlanan müəyyən kateqoriya malların satış qiymətlərinə əlavə edilir. Əlavənin məbləği dövlət tərəfindən müəyyən olunur. Vergi dövlət büdcəsinə daxil olur, onun artımına xidmət edir, həmçinin əmtəənin kəmiyyət və keyfiyyət göstəricisini tənzimləyir. Aksizli malların hamısının ümumi fərqləndirici xüsusiyyəti var –  onlar yüksək gəlirlilik, aşağı istehsal xərcləri olan sahələrə aiddirlər, bu da onlara vergi tətbiqini cəlbedici edir.

Aksiz vergisi yalnız Azərbaycan Respublikası ərazisində istehsal olunan malları deyil, xaricdən gətirilənləri də əhatə edir (qanunvericilik əsasında vergi azadolmaları tətbiq edilən mallardan başqa). Belə mallara misal olaraq energetik içkiləri, pivə, şərab, spirtli içkiləri, avtomobilləri, xəz, yanacaq, mühərrik yağı, çəkmək üçün bütün növ tütünlər, elektron siqaretlər, digərlərini  nümunə göstərmək olar. Bəzi mallar məcburi etiketlənməyə məruz qalır (məsələn, tütün, alkoqol), bəziləri isə yox (avtomobillər, motosikletlər).

Aksizləri yerinə yetirdikləri funksiyadan asılı olaraq üç əsas qrupa bölmək olar:

  • Birinci qrup ənənəvi aksizli əmtəələr olan alkoqol, habelə tütün məmulatlarıdır. Belə verginin iki əsas məqsədi var: sağlamlığa ziyanlı olan istehlakın məhdudlaşdırılması və fiksal funksiyası.
  • İkinci qrupa yanacaq, sürtkü materiallarına aksiz vergilərini aid etmək olar. Bu zaman o, fiksal funksiyadan əlavə, həm də yollardan istifadəyə görə ödəniş, həmçinin mənfi xarici təsirləri nizamlamaq üsulu kimi istifadə olunur.
  • Üçüncü qrupa dəbdəbəli mallara əlavə edilən aksizlər daxildir. Bu halda o, ümumiyyətlə, məqsədli fiskal rola malik deyil. Daha çox, o, yenidən bölüşdürmə funksiyasını yerinə yetirmək üçün nəzərdə tutulub, çünki dəbdəbəli malların əsas istehlakçıları daha imkanlı insanlardır.

Azərbaycanda aksizli malların tərkibi

Aksizli malların siyahısı Vergi Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasında ilk dəfə belə siyahı 2001-ci il yanvar ayının 1-də, Vergi Məcəlləsinin qəbulu ilə tətbiq edilib. Sonrakı illərdə siyahıda dəyişikliklər olmuşdur. Hazırda aksizli mallara VM-nin 190.1 maddəsinə əsasən aşağıdakılar aiddir:

Aaksizli malların siyahısı VM-in 190.1 maddəsi ilə tənzimlənir

 Vergi dərəcələri

Aksizli malların hər bir növü üçün dövlət sabit vergi dərəcəsi müəyyən edir. Vergi dərəcələri müəyyən dövr üçün dəyişilə bilər. Adətən belə əməliyyatlar qabaqcadan həyata keçirilir ki, istehsalçılar öz pul vəsaitlərini, əmtəə dövriyyəsini planlaşdıra bilsinlər.  Azərbaycanda aksiz dərəcələrinin tətbiqinin iki növü fərqləndirilir:

  • Spesifik – malların ölçü vahidinə sabit əlavə ödəniş məbləğidir, bir qayda olaraq, respublika daxilində istehsal olunan bütün növ spirtli içkilərə, pivə, içməli spirtə, avtonəqliyyat vasitələrinə tətbiq olunur. Məsələn, 2022-ci ildə  şampan şərabının hər litrinə aksiz vergisi şəklində 2,60 manat əlavə ödəniş edilir.
  • Advalor – onlar dəyişkəndir, məhsulun dəyərindən asılıdır, faizlə tutulur, adətən, respublikamızda neft məhsullarına tətbiq edilir. Məsələn, dizel yanacağına vergi dərəcəsi 18%-dir.

Aksiz dərəcələrindən hər hansı bir növünün tətbiqi ölkədə aparılan iqtisadi siyasətdən asılıdır, yəni, daxili bazarda milli istehsala üstünlük verilməsi, əhalinin sağlamlığının müdafiəsi üçün hər iki aksizin dərəcələrindən (spesifik yaxud advalor) istifadə mümkündür.

Beynəlxalq ekspertlər, advalor dərəcələrin tətbiqinin əmtəələrin idxalının tənzimlənməsində mühüm təsir aləti hesab edirlər. Həm də bu prosesdə idxal mallarının dəyəri artdıqca, büdcə daxilolmaları da artır. Advalor dərəcənin tətbiqi zamanı aksiz vergisi məbləği belə hesablanır (şəkil 1).

Advalor vergi drəcəsi dəyişkəndir, dizel yanacağına aksiz vergi dərəcəsi 18%-dir.

Şəkil 1. Advalor dərəcənin hesablanması

Lakin iqtisadi böhran zamanı bu dərəcələrin səmərəliliyinin itməsi təhlükəsi də var, yəni, vergitutma obyektinin qiymətində azalmaya doğru meyllər daxilolmalar da təsir edəcək, yaxud əksinə. Dünya bazarında iqtisadi dəyişkənliyin proqnozlaşdırılmış büdcə gəlirlərinə təsiri isə heç də normal sayılmır.

Spesifık dərəcələrdən istifadə daxilolmaların qiymətdən asılılığını aradan qaldırır, idxal zamanı vergidən yayınmanın qarşısını almağa kömək edir. Belə ki, bəzən, idxal əməliyyatı zamanı ödənilməli olan aksiz vergisini azaltmaq məqsədi ilə malın dəyərini aşağı rəsmiləşdirilir. Spesifik dərəcələrin istifadə bu kimi halları aradan qaldırmağa kömək edir. Spesifik dərəcə ilə aksiz məbləğinin hesablanması aşağıdakı düsturla aparılır (şəkil 2):

Spesifik dərəcə malların ölçü vahidinə sabit əlavə ödəniş məbləğidir. Məsələn, 2022-ci ildə şampan şərabının hər litrinə aksiz vergisi şəklində 2,60 manat əlavə ödəniş edilir

Şəkil 2. Spesifik dərəcənin hesablanması

İdxal mallarının keyfiyyət fərqinin nəzərə alınmamısı bu dərəclərdən istifadənin mənfi cəhətlərindəndir. Odur ki, advalor və spesifik dərəcələr tətbiq edilərkən onların bütün xüsusiyyətlərini nəzərə almaq zəruridir.

Qeyd olunan tövsiyələrə əməl olunması hər bir aksizli malı ciddi nəzarətdə saxlamağa, yığılması zəruri olan, yəni hesablanmış aksiz vergisinin tam həcmdə daxil olmasını təmin etməyə şərait yaradar.

Akszili mallara tətbiq edilən dərəcələr Vergi Məcəlləsinin 190.2.-190.5. maddələrində şərh edilib. Aksiz vergisinin dərəcəsi bəzi kateqoriya mallar üçün birbaşa VM-də verilib (maddə 190.3, 190.4). İdxal zamanı aksiz vergisinin dərəcəsi məcəllənin 190.2. maddəsində qeyd edilən istisnalar nəzərə alınmaqla tətbiq edilir. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq müəyyən kateqoriya mallara aksiz dərəcəsi Nazirlər Kabinetinin müvafiq qərar ilə müəyyən edilir.  Həmin qərarlar aşağıdakılardır:

Aksiz dərəcələrin tətbiq edildiyi neft məhsullarının satış qiyməti Tarif Şurasının 14.01. 2015-ci il tarixli 2 saylı 4.01.2021-ci il tarixli 1 saylı qərarı ilə müəyyən edilir.

AR NK-nın 8 yanvar 2001-ci il tarixli 10 saylı Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi qaydalarının təsdiq edilməsi haqqında qərarının ikinci bəndinə əsasən çəlləklərə qablaşdırılmış aksizli mallara, o cümlədən alkoqollu içkilərə aksiz markası yapışdırılmır.

Respublika ərazisində istehsal edilən minik avtomobilləri, idman yaxud istirahət üçün yaxtalar, habelə belə məqsədlərə istifadəsi nəzərdə tutulmuş digər üzən vasitələr aksiz vergisini 0 dərəcə ilə cəlb edilir (NK, 29.05.2007-ci il tarixli 85 saylı qərarı).


 

Print Friendly, PDF & Email