Aksizli mallarla bağlı qanun pozuntusuna görə tətbiq olunan cərimə məbləğləri

posted in: Xəbər | 0

cərimə məbləğləri, mühasib vakansiya, Əmək məzuniyyəti, əmək məzuniyyətinin kompensasiyası, amortizasiya əsas vəsaitlər ƏDV vergi edvAksiz vergisini ödəməklə bağlı qanunvericiliyin tələbələri pozulduqda Vergi Məcəlləsi, İnzibati Xətalar və Cinayət Məcəlləsində bir sıra məsuliyyət tədbirləri nəzərdə tutulub. Mövzunu vəkillər kolleksiyasının üzvü Kamal Novruzov şərh edir.

İnzibati Xətalar və Cinayət Məcəlləsi qanun pozuntusunun az miqdarda, xeyli miqdarda və kulli miqdarda təsnif olunmasının şərtlərini müəyyənləşdirir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və məcburi nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə – aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə fiziki şəxslər 80 manatdan 120 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər isə 1.000 manatdan 1.500 manatadək olan məbləğdə cərimə edilir.

Burada “az miqdar” dedikdə, 500 manatadək olan məbləğ başa düşülür.


Təsisçinin müəssisəyə verdiyi borcdan vergi tutulurmu?


Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinə əsasən, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə – 2.000 manatdan 3.000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu əməllər külli miqdarda törədildikdə, təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsinə görə, pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlanma ilə nişanlanmalı olan malları nağd qaydada xeyli miqdarda satma, belə malları satış məqsədiləri üçün nağd qaydada xeyli miqdarda alma – 1.000 manatdan 2.000 manatadək cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 213-1.4 – cü maddəsində qeyd olunur ki, 213-1.3-cü maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə 2 ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd etmək istəyirəm ki, “xeyli miqdar” dedikdə 500 manatdan 2.000 manatdək olan məbləğ, ” külli miqdar” dedikdə isə 2.000 manatdan yuxarı olan məbləğ başa düşülür.

Mənbə: vergiler.az


Məzuniyyət haqqının hesablanması


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *