Əvvəlki dövrdə artıq tutulmuş gəlir vergisi işçiyə qaytarılmalıdırmı?
Sual: İşlədiyim təhsil müəssiəsinə vergi güzəşti olması barədə (vəfat etmiş döyüşçülərin övladlarına hər hansı muzdlu işdə vergi güzəşti) arayışı 2019-cu ilin dekabrında təqdim etmişəm, amma bu qanun 01.01.2019-cu il tarixindən qüvvəyə minib. Bilmək istərdim ki, mən əvvəlki dövrdə artıq tutulmuş gəlir vergisi, yəni 11 ay ərzində artıq hesablanmış məbləği ala bilərəm?
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Mənbə: taxes.gov.az
Bax:
-
Pandemiya ilə bağlı alınan maliyyə dəstəyi vergi uçotunda necə əks etdirilməlidir?
-
Obyekt valideynin adına olduqda icarə müqaviləsi bağlanılmalıdır?
-
VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?
-
Mənzil sahibi olan təqaüdçü vətəndaş nə qədər vergi ödəməlidir?
-
Təsisçi avadanlığı borc yoxsa əvəzsiz qaydada verməlidir?
-
İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?
-
Qonorardan sosial sığorta haqqı hesablanmalıdır?
-
İşçinin əmək haqqından işəgötürən tərəfindən həyata keçirilən tutulmalar hansılardır?