Azərbaycan gömrüyü avtoburaxılış sisteminə keçmək niyyətindədir

posted in: Xəbər | 0

Sahibkarlıq subyektlərinin bəyannamələrinə müəyyən limit çərçivəsi qoyulmaqla avtoburaxılış sisteminə keçməyi nəzərdə tutulur.

Bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə bildirilib.

O qeyd edib ki, yeni rəqəmsal alətlər gələcəkdə artıq etibarlı tərəfdaş olan sahibkarlıq subyektlərinin bəyannamələrini müəyyən limit çərçivəsi qoymaqla avtoburaxılış sisteminə keçirməyə imkan verəcək: “Biz bunu hədəfləmişik. Bu, beynəlxalq təcrübədə də da var. Yaxın dövrlərdə bizim beynəlxalq səfərlərimiz olub və digər ölkələrin də təcrübəsinə baxmışıq. Şərti olaraq, əgər risk sistemi özü, Rəqəmsal Gömrük Dəyəri sistemi özü hər şeyin yerli-yerində olduğunu göstərirsə, şərti olaraq 30 dəqiqə ərzində limit qoyulur”.

N.Şirinov qeyd edib ki, əgər bəyannamə gömrük məmuru tərəfindən 30 dəqiqə ərzində təsdiqlənməsi həyata keçirilmirsə, artıq sistem özü onu avtomatik təsdiqləyir və malların buraxılışı həyata keçiriləcək: “Bu, təbii ki, növbəti illərdə qarşımızda duran layihədir. Dövlət Gömrük Komitəsinin qarşısında belə bir hədəf var. Növbəti ən yaxın illərdə, yəqin ki, gələn ilin sonuna qədər biz çalışacağıq ki, bu sistemin də istifadəsi ilə bağlı IV Gömrük Biznes Forumunda təqdimatlar edə bilək. Bu, bizim indi strateji hədəflərimizdən biridir və yəqin ki, biz ona nail olacağıq”.

Mühasibat xidmətləri

Mənbə: report.az

Hansı hallarda nəqliyyat vasitəsinə ƏDV hesablanmır?