Azersun Holding mühasib axtarır

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

İşin təsviri:

• Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
• Statistika hesabatı, DSMF hesabatının hazırlanması;
• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması;
• Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi.

İş şərtləri:

  • Həftə içi 5 gün

Tələblər: 

• Ali təhsil (maliyyə və ya mühasibat ixtisası üzrə);
• Mühasibatlıq sahəsi üzrə təcrübə (minimum 1 il);
• Vergi məcəlləsini bilməli;
• Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
• 1C, BTP, B1 , B3, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
• Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir

• Dil bilikləri: ingilis dili – əla, rus dili – orta

Əmək haqqı: razılaşma əsasında.

Əlaqə üçün elektron ünvan: cv@azersun.com

Son müraciət tarixi: 18.01.2018

Mənbə: www.azersun.com

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *