Baş mühasib vəzifəsi üçün tələblər dəyişdirilir

birbank biznes

baş MühasibBaş mühasib vəzifəsi üçün tələblər dəyişdirilir.

Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasının qarşısını almaq məqsədilə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə yeni bənd əlavə edilməsi təklif olunub.

Əlavədə büdcə təşkilatlarının rəhbərinin ixtisasca mühasib olmayan şəxsləri baş mühasib vəzifəsi üzrə təyin etdiyi təqdirdə, cərimələnməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifəsinin icrasının həyata keçirilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimələnəcək.

Məcəlləyə dəyişiklik Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

  1. Ismayil
    |

    Peşəkar mühasib deyəndə nə nəzərdə tutulur? Peşəkar mühasib sertifikatı almalıdı həmin insan ??