Beynəlxalq mühasibat uçotu standartının tətbiqi sahəsi

posted in: Xəbər | 0
birbank biznes

Müəssisə, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS-lar) uyğun şəkildə hazırlanmış ümumi təyinatlı maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi məqsədi ilə bu standartı tətbiq edir.

Digər MHBS-lar xüsusi əməliyyatlar və digər hadisələrin tanınması, qiymətləndirilməsi və açıqlama tələblərini müəyyən edir.

Bu standart qısamüddətli maliyyə hesabatları haqqında “Aralıq maliyyə hesabatı” adlı 34 №-li MUBS-na uyğun olaraq hazırlanmış qısamüddətli maliyyə hesabatlarının strukturu və məzmununa tətbiq edilmir.  Lakin, standartın 15-35-ci maddələri bu maliyyə hesabatlarına tətbiq edilir. “Fərdi maliyyə hesabatları” adlı 27 №-li MUBS-a və MHBS 10-a uyğun olaraq, bu standart fərdi və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları təqdim edən müəssisələrə tətbiq edilir.

Bu standartda ictimai sektorda fəaliyyət göstərən müəssisələr daxil olmaqla, mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən bütün müəssisələrə uyğun olan terminologiya istifadə edilmişdir. Özəl sektorda, ictimai sektorda və dövlət müəssisəsi kimi fəaliyyət göstərən qeyri-kommersiya təşkilatları bu Standartı tətbiq etmək üçün maliyyə hesabatlarının xüsusi elementləri və ya maliyyə hesabatlarının özü üçün istifadə edilən açıqlamalara müvafiq düzəlişlər etməli olacaqlar.

Eyni şəkildə, “Maliyyə alətləri: Təqdimat” adlı 32 №-li MUBS-da göstərildiyi kimi kapitala malik olmayan (məsələn, qarşılıqlı fondlar) və iştirak payları səhm kapitalı olmayan (məsələn, bəzi kooperativ müəssisələr) müəssisələr maliyyə hesabatlarında iştirakçı və ya payçıların maraqlarının təqdimatına düzəlişlər edə bilərlər.

Print Friendly, PDF & Email