Biznesmen ilə sahibkar arasında hansı fərqlər var?

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Biznesmen və sahibkarBiznesmen əvvəlcədən müəyyən edilmiş yolla gedir, sahibkar isə digər iş adamları üçün bələdçilik etməklə, öz yoluna inanır. İnsanların əksəriyyəti səhvən “biznesmen” və “sahibkar” terminlərinin eyni məna daşıdığına inanırlar, bu səbəbdən həmin terminlərdən sinonim kimi istifadə edirlər.

Biznesmen – bu, qeyri-orijinal biznes ideyasını həyata keçirərək, biznes-ideyaya rəhbərlik edən bir insandır. Bunun əksinə olaraq, sahibkar ilk dəfə məhsul və ya biznes ideyasını irəli sürən və nəticə etibarilə bazar lideri olan şəxsdir.

Nəhayət sonda, sahibkar da biznesmen olur, amma, yenə də fərq var. Qeyri-peşəkarlar üçün hətta terminlər də eyni cür səslənəcək, lakin onların arasında incə bir xətt vardır ki, sahibkar həmişə bazar lideri, biznesmen isə bazar oyunçusu olur. Bu yazıda biznesmen ilə sahibkar arasındakı fərqi öyrənməyə kömək edəcəyik.

Biznesmenin tərifi

Kommersiya və sənaye məqsədləri ilə bağlı hər hansı fəaliyyətlə məşğul olan şəxs biznesmen adlanır. O, öz biznesinə bazarın yeni iştirakçısı kimi, mövcud biznes üzərindən başlayır. İdeyaların orijinallığına gəldikdə isə, biznesmenlərin əksəriyyəti böyük tələbat olan və ya unikallıqdan asılı olmayaraq, onlara böyük gəlir gətirə biləcək biznes növünü seçirlər.

Biznesmen sərt rəqabətlə üzləşir, çünki bazarda eyni biznes növü ilə məşğul olan yüzlərlə rəqib var. O, rəqibləri tərəfindən sınanılmış yolla getdiyindən risk amili çox aşağıdır. O səbəbdən uğursuzluq şansı da yüksək deyil.

Sahibkarın təsərrüfat fəaliyyəti zamanı əsas məqsədi insan, maliyyə və intellektual resurslardan istifadə etməklə gəlir əldə etməkdir. Buna görə müştərilər iş adamı tərəfindən biznesin kralı kimi qəbul edilir.

Sahibkarın tərifi

Sahibkar biznes qurmaq üçün unikal ideya və ya konsepsiya ilə çıxış edən və onu həyata keçirən şəxsdir. O, biznesdə riskləri və qeyri-müəyyənlikləri daşıyan bir insandır. Sahibkar tərəfindən yaradılan müəssisə startap şirkəti kimi tanınır və bu, ideyaya, yeniliklərin tətbiqinə və ya biznes prosesinə münasibətdə ilk dəfə formalaşır.

Sonradan rəqiblərin nə qədər gəlməsindən asılı olmayaraq, o, həmişə bazarda liderlik edir və onun vəziyyəti toxunulmaz qalır.

İqtisadiyyatda sahibkar digər üç istehsal amilini, yəni torpaq, əmək və kapitalı birləşdirən və səfərbər edən ən mühüm istehsal amili kimi görünür. Yekunda həmin sahibkarlar biznesmenlər olurlar.

Sahibkarlar həm də öz yaradıcılıqları ilə tanınırlar. Onlar innovasiyaları yeniləşdirir və resursları əlaqələndirirlər. Onlar dünyanı dəyişdirən məhsul və xidmətlər təklif edirlər.

Belə sahibkarlara bir neçə real nümunəni təqdim edək. Bill Geyts (Microsft şirkətinin qurucusu), Mark Zukerberg (Facebook şirkətinin həmtəsisçisi), Larri Peyc (Google şirkətinin həmtəsisçisi), Stiv Cobs (Apple şirkətinin həmtəsisçisi) və başqaları.

Biznesmen və sahibkar arasında başlıca fərqlər

  1. Özünün unikal ideyasını startap idarəçiliyinə çevirən şəxs sahibkar kimi tanınır. Biznesmen – bu, biznesini köhnə konsepsiya və ya ideya üzərində quran adamdır.
  2. Biznesmen öz zəhməti və fədakarlığı sayəsində bazarda öz yerini tutur, sahibkar isə özünün şəxsi biznesi üçün bazar yaradır.
  3. Biznesmen bazar iştirakçısıdır, sahibkar isə bazarın lideridir, çünki o, belə bir müəssisəni birinci olaraq işə salıb.
  4. Xarakterinə görə biznesmen gəlir-çıxarını biləndir, lakin, sahibkar intuitiv bir şəxsdir.
  5. Biznesmen digər biznesmenlərin yolu ilə getdiyindən, onun uğuкsuzluq ehtimalı çox kiçikdir, sahibkar ilə vəziyyətdə isə bunun tam əksidir.
  6. Biznesmen biznesin aparılmasında ənənəvi yollardan istifadə edir. Sahibkar isə əksinə, bundan ötrü qeyri-ənənəvi üsullardan istifadə edir.
  7. Biznesmen gəlirə köklənir, amma, sahibkar mahiyyət etibarilə insanlara köklənir, o, öz əməkdaşlarına, müştərilərə və cəmiyyətə böyük dəyər verir.
  8. Biznesmen kəskin rəqabətlə üzləşir, çünki mövcud bazarda rəqabətyönümlü mövqe qazanmaq çox çətindir, sahibkarın isə belə bir dərdi olmur.

Nəticə

Biznesmen – biznesmendir, amma, sahibkar – o, eyni zamanda təşkilatçıdır, riskə gedəndir, həm də menecerdir. Birinci rəqabətə fokuslanır, ikinci isə bütün resursların koordinasiyasına və əməkdaşlığına diqqət yetirir.


İlk fond birjası harada yaradılıb?


Print Friendly, PDF & Email