Read More9
Read More9

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (21-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu ilə bağlı ifadələr (21-ci hissə)

20-сi hissəni oxumaq üçün keçidə daxil olun

vakansiya, Mühasib təcrübəçi, mühasibatlıq, Gələcəyin mühasibatlığı, mühasibatlıq, müasir texnologiyalar,Uçota məntiqi-riyazi formalaşma tətbiq olunması üç modelin – vahid formal-aksiomatik modelin tərkib hissələrinin işlənib hazırlanmasına gətirib çıxarır: ilkin və nəticəli uçot informasiyası modelləri, həmçinin aksiomatik strukturlu modellər.

R.S. Raşitov
Tarixən bizim dövrümüzdə yaranmış mühasibat uçotu sistemi müəssisənin təsərrüfat fəaliyyətini modelləşdirir, onun maliyyə resurslarının vəziyyətini və hərəkətini əks etdirir. Bu, iqtisadi hadisələrin, proseslərin son dərəcə vacib, lakin qüsursuz şəkildə əks olunmasıdır.
L.F. Zverençuk, L.S. Zernov

Hesabdarlıq metodu kimi hesabların, balansın sistemi şəklində çıxış edən modelləşdirməni qəbul etmək lazımdır. Hesabların planı – bu, təsərrüfat fəaliyyətinin dinamik modelidir. Bütün analitik sərvəti özündə, məhz, o daşıyır. Balans statik bir modeldir. Bu, təsərrüfat fəaliyyətinin müvəqqəti kəsilməsidir.

Y.V. Sokolov

Modelləşdirmə uçotda xüsusi rol oynayır, bir çox funksiyaları yerinə yetirir və birliyin, ilk növbədə metodoloji birliyin möhkəmləndirilməsində effektiv vasitə kimi xidmət edir.

A.A. Şapoşnikov

Model səviyyəsində müxtəlif uçot sistemlərinin xassələrinin tədqiqi, analitik və nəzarət təsiri baxımından onların müqayisə edilməsi imkanları əhəmiyyətli dərəcədə sadələşdirilir.

R.S. Raşitov
Mühasibat uçotu təsərrüfat fəaliyyətinin modelidir. Hansı ki, təkcə təsərrüfat fəaliyyətini əks etdirmir, həm də ona təsir edən bir modeldir.
A.Yaruqova

Mühasibat modelinin təsvirinin dəyəri və faydalılığı həm də modelin müxtəlif nəzəriyyələr və sistemlər arasında birliyi və fərqinin araşdırılmasına imkan verdiyini ifadə edir. Beləliklə, bir sıra tanınmış uçot nəzəriyyələrinin əsasında eyni modellər ola bilər. Bu nəzəriyyələrin bir-birindən fərqi yalnız interpretasiyanın xarakteri, xüsusilə hesabların xüsusi nomenklaturasının seçilməsi və təsnifləşdirilməsi ilə bağlı ola bilər.

R.S. Raşitov

Modelləşdirmə riyazi metodlardan geniş istifadəni nəzərdə tutur ki, bu da öz növbəsində riyazi aparatın seçilməsi məsələsini qaldırır.

Y.V. Sokolov

Model uçot işçilərinə kompüterləşdirmə şəraitində optiml model qurmağa kömək edir.

K.N. Naribayev

22-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



Sahibkara ziyan vuran məmurlar maliyyə kompensasiyası ödəməlidir

posted in: Xəbər | 0

KOBİA, onlayn maarifləndirmə, KOBİA, KOB subyektləri, vergi məcəlləsi, Gənc Sahibkarlar Forumu, sahibkarlar, turizm, vergi güzəştləri, KOBİA, sahibkarlıq, seminar,“Bu gün mikro sahibkar varsa, bunun mikro idxalı, mikro ixracı, mikro rüsumu, mikro hesabatlılığı olmalıdır. Bu gün biz mikro sahibkarların bir sıra məsələlər üzrə dövlət qarşısında öhdəliklərini ağır hesab edirik. Bunların bir çoxunun tamamilə ləğvinə və yaxud azalmasına gələcək dövrlərdə can atacağıq”.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Zaur Qardaşov “Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”də bildirib.

O deyib ki, təəssüf hissilə qeyd etməliyəm ki, KOBİA öz resurslarının 70%-indən çoxunu maraqların qorunmasına sərf edir: “Yəni, bunlar sahibkarlara digər dövlət qurumları və müəssisələr tərəfindən göstərilən xidmətlərdən narazılıqla bağlı olan müraciətlərdir. Bu məsələ ciddi həllini tapmalıdır. Ən başlıcası burda beynəlxalq yanaşma tətbiq edilməlidir. Bu istiqamətdə görəcəyimiz işlər 24 saatlıq Apelyasiya Şuralarının yaradılmasıdır. Kommersiya Məhkəmələri yaradıldı. Lakin biz əldə etmək istədiyimiz nəticələrdən biri də budur ki, sahibkarın gündəlik kiçik bir narazılığı ilə bağlı hər hansı dövlət müəssisəsi və dövlət qurumu tərəfindən daha çox tələb edilən sənəd və prosedurla bağlı sahibkarın şikayəti 24 saat ərzində təmin edilsin və bu müddət ərzində Şura və məhkəmə qərar çıxarsın.

Biz bilirik ki, bu gün məmurun hərəkəti və yaxud hərəkətsizliyi ilk növbədə sahibkara mənəvi ziyanla yanaşı, maddi ziyan vurur. Bu cür maddi ziyanın cavabı elə maddi məsuliyyət olmalıdır. Daha çox tələb edilən sənəd, süründürməçilik, vaxt itkisi sahibkara cavab olaraq maliyyə kompensasiyası ilə əvəz edilməldir”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fərdi sahibkarların sosial sığorta ödənişləri

posted in: Xəbər | 0

sığorta bazarı, Pandemiya, sosial sığorta haqları, sığorta sektoru, Sığorta şirkətləri,Mövcud qanunvericiliyə əsasən, ölkəmizdə fərdi sahibkarların sosial sığorta ödənişlərinin məbləği həm sektorlar, həm də ərazilər üzrə dəyişir və bu səbəbdən müəyyən suallar yaranır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

  • sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının;
  • Bakı şəhərində 100 faizi;
  • Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
  • digər şəhərlərdə 80 faizi;
  • rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
  • kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Misal 1: Bakı şəhərində ticarət sahəsində fəaliyyət göstərən fərdi sahibkar sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı (250 manat) məbləğinin hər ay üçün 25 faizinin 100 faizi miqdarında, yəni 62,5 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

250 x 25% = 62,5 manat
62,5 x 100% = 62,5 manat.

Misal 2: Gəncə şəhərində əhaliyə məişət xidməti ilə məşğul olan şəxs ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin hər ay üçün 15 faizinin 90 faizi miqdarında, yəni 33,75 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

(250 x 15%) x 90 % = 33,75 manat.

Misal 3: Naxçıvan şəhərində tikinti sahəsində çalışan fərdi sahibkar göstərdiyi sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin hər ay üçün 25 faizinin 80 faizi miqdarında, yəni 50 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

( 250 x 25%) x 80% = 50 manat.

Misal 4: Qıvraq qəsəbəsində ərzaq məhsullarının satışı ilə məşğul olan fərdi sahibkar göstərdiyi sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin hər ay üçün 25 faizinin 60 faizi miqdarında, yəni 37,5 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

( 250 x 25%) x 60% = 37,5 manat.

Misal 5: Naxçıvan şəhərində əhaliyə məişət xidməti göstərən fərdi sahibkar öz fəaliyyəti üçün sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin hər ay üçün 15 faizinin 80 faizi miqdarında, yəni 30 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

(250 x 15%) x 80% = 30 manat.

Misal 6: Alatala kəndində əhaliyə restoran xidməti göstərən şəxs sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin hər ay üçün 15 faizinin 50 faizi miqdarında, yəni 18,75 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

(250 x 15%) x 50% = 18.75 manat.

Qeyd edək ki, əmək müqaviləsi ilə işçi qüvvəsindən istifadə edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qeyd olunan dərəcələrlə məcburi dövlət sosial sığorta haqqı ödəməklə yanaşı, işçiləri üçün əməyin ödənişi fondundan məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda 35 yerli, 2 xarici şirkət ləğv edildi

posted in: Xəbər | 0

Azərbaycanda 2 xarici, 35 yerli şirkət ləğv edildi

xarici şirkət, yerli şirkət, ləğv,“KARTAL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1200536271

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1061 Bakı şəhəri, Xəzər rayonu, Kooperativ küçəsi, ev 31 ünvanına bildirə bilərlər.


Admiral MMC

VÖEN: 1804330921

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini 1132 Bakı şəhəri, Sabunçu rayonu, İlyas Aslanov küçəsi, ev 177 ünvanına bildirə bilərlər.


“SHOPSILAND” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1702578961

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini 1005 Baku şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 23, mənzil 29 ünvanına bildirə bilərlər.


Aviator Idman Klubu

VÖEN: 1201976811

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1005 Bakı şəhəri, Xəzər rayonu, Lev Starçuk küçəsi, ev 19, mənzil D ünvanına bildirə bilərlər.


“AMİN.V” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1801126091

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1141 BAKI şəhəri, YASAMAL rayonu, Z.XƏLİLOV küçəsi, ev 40A, mənzil 32 ünvanına bildirə bilərlər.


“ZƏKA V” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1303113331

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1141 BAKI şəhəri, YASAMAL rayonu, Z.XƏLİLOV küçəsi, ev 40A, mənzil 32 ünvanına bildirə bilərlər.


“İNTELLEKT AVM” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1801093511

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1039 Bakı  şəhəri, Sabunçu rayonu, Maştağa ŞTQ, ev 27 ünvanına bildirə bilərlər.


“OFİS ALƏMİ.K” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1302749481

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Yasamal rayonu, Zahid  Xəlilov küçəsi, ev 40A, mənzil 32 ünvanına bildirə bilərlər.


“QLOBAL PRİNTİNQ SİSTEMS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 1305498181

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1100 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 58, mənzil 19 ünvanına bildirə bilərlər.


“UTEC NCS SURVEY LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 1302698691

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 8, mənzil Hyatt beynəlxalq Mərkəzi, Hyatt Touer 2, 1-ci mərtəbə, Dentons Şirkəti ünvanına bildirə bilərlər.


“Coşqun Fermer Təsərrüfatı” MMC

VÖEN: 5300445221

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1111 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, ev 58/58, mənzil 58/58 ünvanına bildirə bilərlər.


“CANDY POİNT” MMC

VÖEN: 1701140571

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 243 ünvanına bildirə bilərlər.


“PEL TRAVEL” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1004963171

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1114 Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Hüsü Hacıyev küçəsi, ev 23 ünvanına bildirə bilərlər.


“ARI” İSTEHSALAT ARIÇILIQ FİRMASI

VÖEN: 1400236231

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Az1078, Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi, ev 4 ünvanına bildirə bilərlər.


“EXTERIOR” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1303636131

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1122 Baki şəhəri, Yasamal rayonu, Zerdabi küçəsi, ev 59A, mənzil 108 ünvanına bildirə bilərlər.


“HEZZ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1301236301

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1100 Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 27, mənzil 1 ünvanına bildirə bilərlər.


“MANS” MMC

VÖEN: 2900424991

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ5000 Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 2  ünvanına bildirə bilərlər.


FAMKO BAKI MMC

VÖEN: 1904322831

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1049 Bakı şəhəri, Suraxanı rayonu, Həmid Axundlu küçəsi, ev 16, mənzil 1 ünvanına bildirə bilərlər.


“Günay-M”

VÖEN: 1300509221

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, ev 77/20, mənzil 1 ünvanına bildirə bilərlər.


“LEVATA GROUP” MMC

VÖEN: 1404412691

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 20, mənzil 80 ünvanına bildirə bilərlər.


GÜLÜSTAN İDMAN KLUBU MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 6100119561

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ2201 Goranboy şəhəri, Vidadi küçəsi, ev 27 ünvanına bildirə bilərlər.


ENGLISH TRAINING CENTRE MMC

VÖEN: 1200954431

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1044 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ Baba Əliyev küçəsi, ev 31, döngə 2 ünvanına bildirə bilərlər.


ŞƏKİ ŞƏHƏRİ “KARVANSARAY” MEHMANXANA KOMPLEKSİ

VÖEN: 3000071951

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1154 Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 11 A ünvanına bildirə bilərlər.


“LİDER-2008” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2901392311

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ5000, Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi, ev 22 ünvanına bildirə bilərlər.


“KONSTANSİYA” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 3101101451

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ5000, Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi, ev 22 ünvanına bildirə bilərlər.


“ÜMID-KO” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 3100548291

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ5000, Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi, ev 22 ünvanına bildirə bilərlər.


“ELANTRA” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 3101152541

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ5000, Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi, ev 22 ünvanına bildirə bilərlər.


T&G Məhdud Məsuliyyətli Cəmiyyət

VÖEN: 2900292901

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ5000 Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 98, mənzil 31 ünvanına bildirə bilərlər.


ANİŞ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2900292471

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ5000 Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 98, mənzil 31 ünvanına bildirə bilərlər.


“MANSUR SULEYMANOV” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 3002657351

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ5500 Şəki şəhəri, Niyazi küçəsi, ev 1, mənzil 1 ünvanına bildirə bilərlər.


XƏZƏR-06 MMC

VÖEN: 2601626221

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ4200 Lənkəran şəhəri,  Hənifə Abdullayev küçəsi, ev 2, mənzil 47 ünvanına bildirə bilərlər.


QRANT-81 MMC

VÖEN: 2601625871

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ4200 Lənkəran şəhəri,  Hənifə Abdullayev küçəsi, ev 2, mənzil 47 ünvanına bildirə bilərlər.


TUNEX-56 MMC

VÖEN: 2601626381

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ4200 Lənkəran şəhəri,  Hənifə Abdullayev küçəsi, ev 2, mənzil 47 ünvanına bildirə bilərlər.


“VİNNER MOLL” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 2602215761

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ4227, Lənkəran rayonu, Təngivan ünvanına bildirə bilərlər.


“STS LOGİSTİCS” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1702333401

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1003 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 18, mənzil 11 ünvanına bildirə bilərlər.


QRANT TƏCHİZAT MMC

VÖEN: 2602216141

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ4227, Lənkəran rayonu, Təngivan ünvanına bildirə bilərlər.


“QRANT SERVİCE” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 2602216011

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ4227, Lənkəran rayonu, Təngivan ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!