Rusiyada minimum maaşların saathesabı tətbiqi təklif edilib

posted in: Xəbər | 0

yoxsulluq həddi, bank əmanətləri, itki, Rusiya iqtisadiyyatının itkiləri,Rusiya hökuməti ölkədə minimum maaşların saathesabı tətbiq olunmasını təklif edib. Bu məsələnin müzakirəsi haqqında bənd Nazirlər Kabineti, işəgötürənlər və həmkarlar ittifaqları arasında 2021-2023-cü illər üçün baş saziş layihəsinə dair təkliflərə daxil edilib. Sözügedən məsələ barəsində “İzvestiya” qəzeti xəbər verib.

Sənədlərə əsasən, tərəflər bu məsələ ilə bağlı birgə mövqe formalaşdırmalıdırlar. Saathesabı minimum əmək haqqının “qısamüddətli əmək müqavilələri ilə məşğul olanlar, ilk növbədə əməyin saathesabı ödənilməsi ilə məşğul olanlar üçün” tətbiq oluna biləcəyi dəqiqləşdirilir. Minimum saathesabı əmək haqqının bu cür normaları bir çox inkişaf etmiş ölkələrdə qəbul edilib.

Ekspertlər saatın minimum dəyərinin hesablanması ilə bağlı məsələləri qeyd edirlər. Əgər hesablamalar əməyin ödənilməsini minimal məbləğindən uzaqlaşdırsa, o regiondan və aydan asılı olaraq fərqlənəcək.

İyun ayında baş nazirin müavini Tatyana Qolikova, Rusiya hökumətinin zamanla minimum əmək haqqını artırmaq istədiyini söyləmişdi. Bu hakimiyyət orqanları üçün strateji məsələ hesab olunur.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiya və vergi güzəştləri

posted in: Xəbər | 0

Pandemiya və vergi güzəştləri

Gəlirdən çıxılmayan xərclər, qeyri-rezident, ÖMV, ƏDV, cərimə, EDV, Riskli vergi ödəyiciləri,Ümumdünya Səhiyyə Təşkilatının sentyabrın 14-də yaydığı məlumatda deyilir ki, bir sutka ərzində bütün dünya üzrə virusa yoluxanların sayı rekord həddə – 307,9 min nəfərə çatıb. Bu fonda dünya iqtisadiyyatında aktivliyin zəifləməsi halları qeydə alınmağa başlayıb. Bəs Azərbaycan hökuməti pandemiya dövrü üçün iqtisadi aktivliyin qorunub saxlanması, biznesin postpandemiya dönəminə daha dayanaqlı bir vəziyyətə gəlib çıxması üçün nələr edir?

İqtisadçı ekspert Fikrət Yusifov mövcud vəziyyəti şərh edərək bildirib ki, pandemiya səbəbindən ölkənin vergi sistemi xüsusi rejimə keçirilib. Bu rejim pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə geniş miqyasda vergi güzəştləri və azadolmalar verib. Pandemiyadan zərər çəkmiş sahibkarlar 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad ediliblər, onların 2020-ci ildə əldə edəcəkləri mənfəət və ya gəlirlərinin 75 faizi miqdarında vergi güzəştləri nəzərdə tutulur. Bundan başqa, daşınmaz əmlakın icarəyə götürülməsinə görə fiziki şəxslərdən ödənilən icarə haqlarından tutulan verginin dərəcəsi 14 faizdən 7 faizə endirilib, sadələşdirilmiş rejimdə fəaliyyət göstərən ictimai iaşə obyektləri üçün vergi dərəcəsi 8 faizdən 4 faizə, 2 faiz dərəcə ilə vergi ödəməklə fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyiciləri üçün isə bu rəqəm 1 faizə endirilib. Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığı və zəruri ehtiyaclarının təmin edilməsi məqsədilə idxal edilmiş məhsullar ƏDV-dən azad olunub.

Bu qəbildən digər güzəştlərlə yanaşı, sahibkarlar üçün zəruri vergi tətilləri də müəyyən olunub. Hökumətin atdığı bu addımlar pandemiya şəraitində ölkədə biznes mühitinin qorunub saxlanması üçündür. Bütün bunlara baxmayaraq pandemiya dövrü uzandıqca biznesin fəaliyyət imkanları da zəifləyir və bir çox hallarda şirkətlər müflis olmaq həddinə çatır. Belə bir vəziyyətdə vergi güzəştlərinin ortada olması hələ problemin tam həlli demək deyil. Bu reallıq nəzərə alınmaqla yeni, daha önəmli addımlar atmaq zəruridir. Fəaliyyəti dayanacaq müəssisəyə hər hansı güzəştin verilib-verilməməsi praktiki olaraq heç nəyi dəyişmir. Deməli, müəssisələrə verilən maliyyə dəstəyinin miqyası və həcmi genişləndirilməlidir. Bu məqsədlə ölkənin valyuta ehtiyatlarının bir hissəsindən effektli mexanizmlər vasitəsilə istifadə etmək mümkündür.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Zəruri qayda və tələblərə əməl etməyən 127 sahibkarlıq subyekti barədə tədbir görülüb

posted in: Xəbər | 0

sahibkarlıq subyekti, tələb, qayda, tələblər, sahibkarlıq subyekti, sahibkarlıq subyektləri, sahibkarlıq subyekti, Sahibkarlıq subyektləri, Dövlət vəsaitləri, ixrac, kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində sentyabrın 16-da keçirdiyi monitorinqlər zamanı Qaradağ rayonunda “Fədək çayxana”da, Vidadi Xəlilova, Rufin Salmanlıya məxsus pərakəndə ticarət obyektlərində, Binəqədi rayonunda “Ocaq restoranı”nda, “Lalə kafesi”ndə, “Poppy gallery”, “İstanbul univermaq” mağazalarında, Xəzər rayonunda “Qala market”də, “MDF kəsim sexi”ndə, “Keyfiyyət ailəvi restoran”da, “Mərdəkan restoranı”nda,

“Zeytun Pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Nizami rayonunda “Çamxal market”də, “Qaya restoranı”nda, “Real restoran”da, “Xəngəllən” iaşə obyektində, Sabunçu rayonunda “Zəngi kafesi”ndə, “İydə kafe”də, Suraxanı rayonunda “Çayxana Çayka”da, Sadiq Akqubayevə məxsus pərakəndə ticarət obyektində, Səbail rayonunda “Proqress market”də, “Pizza inn kafe”də, “Kaplan rugs”, “Bomond”, “Kafe bulvar”, “Sweet Levantine” iaşə obyektlərində, Nəsimi rayonunda “Kolarit restoran”da, “Crocodile geyim mağzası”nda, “Köhnə Bakı kafesi”ndə, “Meqa hand geyim mağazası”nda,

“Muğan kafesi”ndə, “Borş restoranı”nda, Nərimanov rayonunda “Nizzamiro Boutique” mağazasında, “Kafe Mado”da, “Özsüt Atatürk” restoranında, “Neşve restoranı”nda, “The mood kafe”də, Xətai rayonunda “Star boutique” mağazasında, Yasamal rayonunda “Safsu market”də, “Vita Labs” MMC-yə məxsus “Aptek”də, Sumqayıt şəhərində “Mebel mağazası Aysu”da, “Sunset restoranı”nda, “On beer pub”da, “Qəbələ kafesi”ndə, Abşeron rayonunda “Düşərgə kafesi”ndə, “Göyəzən kafe”də, ümumilikdə, 127 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xarici valyutanın manatla hesablanması

posted in: Xəbər | 0

sığorta, istifadə edilməmiş məzuniyyət, Sosial xarakterli xərclər, Kiçik və orta biznes kreditləri üzrə təcrübəli mütəxəssis, məzuniyyət, müavinət, Təcrübəçi, kredit işçisi, MDSS, maddi yardım, İstifadə edilməmiş məzuniyyət, Pensiya artımı, kompensasiya,Vergi Məcəlləsinin 69.1-ci maddəsinə görə xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Mərkəzi Bankın rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır. İlk baxışda sadə görünən bu məsələdə maraq doğuran məqamlar var. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Məsələn, tutaq ki, qeyri-rezident şəxs 30 iyun 2020-ci il tarixində “A” MMC-yə 5.000 avro dəyərində maliyyə xidmətləri göstərib. Lakin rezident müəssisə göstərilən xidmətlərə görə qeyri-rezidentə ödənişi 25 iyul 2020-ci il tarixində etmişdir. Vergi Məcəlləsinin 13.2.16.15-ci maddəsinə əsasən, qeyri-rezidentin əldə etdiyi bu gəlir Azərbaycan mənbəyindən əldə edilən gəlir hesab edilir və Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən. 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Vergi Məcəlləsinin 150.3.2-ci maddəsinə görə qeyri-rezidentlərə ödəmə verilərkən rezident şəxslər 10 faiz dərəcəsi ilə vergini tutub büdcəyə ödəməlidirlər. Xidmətin göstərildiyi tarixdə, yəni 30 iyun 2020-ci ildə 1 avronun məzənnəsi 1,9105 manat, qeyri-rezidentə ödəmənin edildiyi tarixdə (24 iyul 2020-ci il) isə 1,9716 manat olmuşdur.

Ödəmə mənbəyindən verginin mahiyyətinə görə əməkhaqqından və Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödənilən zaman tutulan ödəmə mənbəyində vergi istisna edilməklə digər hallarda ancaq gəliri əldə edən şəxsə ödəniş edilən zaman ödəmə mənbəyində vergi tutulur. Bizim misalda ödəmə mənbəyindən verginin tutulması məqsədləri üçün əməliyyat dedikdə qeyri-rezidentə edilən ödəmə nəzərdə tutulduğundan ödəmə mənbəyində vergi qeyri-rezidentə edilən ödənişin tarixindəki məzənnəyə əsasən hesablanır. Yəni rezident şəxsin 30 iyun 2020-ci il tarixində 9552.50 manat (5000.00 avro x 1,9105) dəyərində maliyyə xidməti aldığına baxmayaraq, ödəmə mənbəyində vergi qeyri-rezidentə edilən ödəmənin edildiyi tarixin məzənnəsinə uyğun olaraq 9.858 manatdan (5000 avro x 1,9716) hesablanaraq 985,80 manat (9858 manat x 10%) olacaqdır.

Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir.
Məsələn, tutaq ki, vergi ödəyicisi 1 oktyabr 2019-cu ildə 100.000 avro dəyərində mal idxal etmişdir. Həmin tarixdə 1 avro Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə 1,8515 manata bərabər olmuşdur. İlin sonuna kimi müəssisə alınmış mallara görə qeyri-rezidentə 60.000 avro məbləğində ödəniş etmiş, 40.000 avro məbləğində kreditor borcu isə qalmışdır. 31 dekabr 2019-cu ildə 1 avronun rəsmi məzənnəsi 1,9035 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 69.2-ci maddəsinə görə vergi ödəyicisi kreditor borc üzrə məzənnə fərqini xərcinə daxil edir. Yəni bizim misalda müəssisə 2.080 manat məzənnə fərqini (40.000 avro x 1,9015-40.000 x 1.8515) gəlirdən çıxılan xərclərinə aid edir.

Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonuna Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir. Məsələn, tutaq ki, müəssisə 24 oktyabr 2019-cu ildə 50.000 avro məbləğində xarici valyutanı manat hesabından avro hesabına konvertasiya etmişdir. Həmin məbləğ vergi ödəyicisi tərəfindən ilin sonuna kimi istifadə etməmiş və ilin sonunda həmin məbləğ valyuta hesabında olduğu kimi qalmışdır. 24 oktyabr 2019-cu il tarixində 1 avro Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə 1,8929 manat müəyyən edilmişdir. Vergi ödəyicisi 50.000 avro məbləğində xarici valyutanı 94.645 manat ödəməklə əldə etmişdir. 31 dekabr 2019-cu il tarixində 1 avronun rəsmi məzənnəsi 1,9035 manat müəyyən edilmişdir. Bu halda, vergi ödəyicisi öz balans hesabatında xarici valyutada olan pul vəsaitini 95.175 manat ekvivalentində əks etdirməli, 530 manat (50,000.00 avro x 1.9035-50.000 avro x 1,8929) məbləğində məzənnə fərqini öz gəlirlərinə daxil etməlidir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun