Qaydaları pozan 111 sahibkarlıq subyekti barədə tədbir görülüb

posted in: Xəbər | 0

sahibkarlıq subyekti, tələb, qayda, tələblər, sahibkarlıq subyekti, sahibkarlıq subyektləri, sahibkarlıq subyekti, Sahibkarlıq subyektləri, Dövlət vəsaitləri, ixrac, kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,İqtisadiyyat Nazirliyi zəruri qayda və tələblərə əməl etməyən 111 sahibkarlıq subyekti barədə tədbir görüb.

Nazirlikdən verilən məlumata görə, pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sahibkarlıq subyektlərində sentyabrın 14-də keçirilən monitorinqlər zamanı Nizami rayonunda “Elegant mebel” mağazasında, “Elcan mebel salonu”nda, “Qala çay evi”ndə, Səbail rayonunda “Lvov şokolad” mağazasında, “Eyvan restoranı”nda, “Cafe city”də, Qaradağ rayonunda “Elman market”də, “Dostluq kafe”də, Lütfi Bədəlova, Fəxrəddin Mikayılova məxsus kafelərdə, Yasamal rayonunda “MD outlet geyim mağazası”nda, “Qoc ət” restoranında, “Şeraton restoranı”nda,

“İstanbul lahmacun restoranı”nda, “Kaktus restoranı”nda, Suraxanı rayonunda “Oba market”də, “Toğrul market”də, “Öz Urfa restoranı”nda, “Atilla restoranı”nda, Sabunçu rayonunda Şamiddin Rzayevə məxsus “İnşaat materialları satışı” mağazasında, Xəzər rayonunda “24 saat market”də, “Şəmsi şirniyyat”, “Şərab evi” mağazalarında, “Görüş restoranı”nda, Nəsimi rayonunda “Corab mağazası”nda, “Second cup” iaşə obyektində, “London pub”da, Nərimanov rayonunda “M market”də, “Bequm butik geyim mağazası”nda, “Sushi Azərbaycan” iaşə obyektində, “VİP Solarium gözəllik salonu”nda,

Binəqədi rayonunda “Şaurma kafe”də, “Pub kafe”də, Xətai rayonunda “Medika hospital”da, Vüsal Məmmədova, Fərid Seyidova, Turan Mürsəlliyə məxsus mağazalarda, Sumqayıt şəhərinddə “Ağababa market”də, “La Chateau” iaşə obyektində, “Street food kafesi”ndə, Abşeron rayonunda “Qarabağ market”də, “Kazbek çay evi”ndə, ümumilikdə, 111 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicilərinin əvvəlcədən onlayn növbə tutmaqla qəbuluna başlanılır

posted in: Xəbər | 0

Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıHörmətli Vergi ödəyiciləri! 12 may 2020-ci il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (https://www.e-taxes.gov.az/ebyn/novbe/) onlayn növbəyə yazılmaq imkanından vergi ödəyiciləri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi və sui istifadə hallarının qarşısının alınması və bununla da vergi ödəyicilərinə xidmət mərkəzlərində Dövlət Vergi Xidməti tərəfindən göstərilən xidmətlərdən mümkün qədər çox vergi ödəyicilərinin yararlanması üçün onlayn növbəyə yazılma zamanı vergi ödəyicisinə məxsus mobil telefon nömrələrinə SMS vasitəsilə təsdiq kodunun göndərilməsi imkanının yaradılması nəzərdə tutulur və yaxın günlərdə yenilik istifadəyə veriləcəkdir.

Aşağıdakı link vasitəsi ilə onlayn növbə tuta və ya öncədən tutulmuş növbəni ləğv edə bilərsiniz:

Onlayn növbəyə yazılmış şəxslər xidmət mərkəzinə yaxınlaşdıqda özləri ilə şəxsiyyət vəsiqələrini (Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsini) və ya Fiziki şəxsin uçotu haqqında şəhadətnaməni (fiziki şəxs müraciət etdikdə) mərkəzin məsul şəxsinə təqdim etməlidirlər.

Nəzərinizə çatdırırıq ki, tibbi maska olmadan xidmət mərkəzində qəbul həyata keçirilmir.

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz xahiş olunur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçi həm 101.1, həmdə 101.1-1 maddəsindəki dərəcələrlə gəlir vergisinə cəlb edilə bilər?

posted in: Vergi, Xəbər | 0

102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Sual: Əmək müqaviləsi ilə eyni vergi ödəyicisində işləyən fiziki şəxslərin bir hissəsinin muzdlu işdən aylıq gəlirləri Vergi Məcəlləsinin 101.1 maddəsində nəzərdə tutulan dərəcələrlə, digər bir hissəsinin aylıq gəlirləri 101.1-1 maddəsində nəzərdə tutulan dərəcələrlə vergiyə cəlb edilə bilərmi?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.

“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Meyarların 2.2-ci bəndinə əsasən, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.

Yuxarıda qeyd olunduğu kimi, meyarlar işçilərə deyil, işəgötürənə münasibətdə ayırd edilir və işəgötürən dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşdirilmədiyi halda bütün işçilərin gəlir vergisi güzəştli dərəcə ilə hesablanır. İşəgötürən dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşdirildiyi halda isə işçilərin gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadi Şura öncə nəyə diqqət yetirməlidir?

posted in: Xəbər | 0

Dövlət rüsumu, İqtisadi Şura,Azərbaycanda indiyə qədər həyata keçirilən struktur islahatları və idarəetmədə yeniliklər sırasında İqtisadi Şuranın yaradılması ən mühümü oldu. Prezident İlham Əliyevin iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” 15 iyul 2016-cı il tarixli fərmanının ləğv edilməsi barədə imzaladığı fərmanın mahiyyəti ondan ibarətdir ki, yeni çağırışlara əsasən, ölkə iqtisadiyyatının inkişafına dair daxili valyuta bazarında sabitliyin təmini artıq, əsas məqsəd və hədəf sayıla bilməz.

Ümumiyyətlə, sırf bu və ya digər istiqamət və yaxud da makroiqtisadi vəziyyət üzrə balansı qorumaq yeganə məqsəd olaraq qala bilməz. Yəni ki, bundan sonra iqtisadi inkişafa, artıma kompleks və strateji yanaşmaq tələb olunur. Çünki əvvəla, bu sahədə ümumi siyasət və kurs formalaşmalıdır, ikincisi də ki, qlobal iqtisadiyyatla və bazarlarla əlaqədar getdikcə, heç nəyi proqnozlaşdırmaq mümkün olmadığından gözlənilməz dəyişikliklər böyük risklər yaratmaqdadır.

Elə sözügedən fərmanda da qeyd edilib ki, son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, əmtəə bazarlarında qiymət volatilliyinin yüksəkliyi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusən də bu ilin əvvəlindən başlanan koronavirus pandemiyası və bununla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması ölkəmizin iqtisadiyyatı qarşısında da yeni strategiya çağırışı qoyub. Və bu çağırışlardan biri də məhz qarşıdakı onillik ərzində sosial-iqtisadi rifahı yüksəltmək naminə iqtisadiyyatda azı 2 dəfə artıma nail olmaqdan ibarətdir.

Bundan ötrü isə yeni mexanizm, yanaşma tərzi və kurs həyata keçirtmək tələb olunur. Başqa sözlə desəm, Azərbaycan iqtisadiyyatının inkişafı bundan sonra manat-dollar münasibətinin necəliyindən asılı ola bilməz. Bu tip yanaşma tərzi və mexanizmindən təcili surətdə qutarmaq, xilas olmaq gərəkir. 1 ABŞ dolları 2 manat və yaxud 5 manat da ola bilər, əsas odur ki, ölkə iqtisadiyyatı özü-özünü tənzimləyə bilsin. Əhalinin gəlirləri mütəmadi olaraq artsın, iş yerlərinin sayının çoxalması fasiləsiz xarakter daşısın, hökumət manatın dəyərini qorumaq barədə deyil, il ərzində nə qədər yeni daimi iş yerlərinin açıldığı və yaxud da açmaq mümkün olduğu, bundan necə istifadə etmək imkanları və şansları haqqında düşünsün.

Bax budur ölkənin bundan sonrakı inkişaf konsepsiyası və onun məğzi… Xatırladım ki, 2014-16-cı illərdə neftin qiymətinin dünya bazarlarında düşməsi nəticəsində Azərbaycan böyük iqtisadi şok yaşadı. Bir il ərzində iki dəfə devalvasiya baş verdi, ÜDM istehsalı həcmi endi və sair…

Həmin böhrandan çıxmaq məqsədilə bir sıra qurumlar yaradıldı. Maliyyə Şurası və daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatası və sair… Məqsəd o idi ki, makroiqtisadi vəziyyəti müəyyən edən sahələr üzrə baş verən proseslərə nəzarət olunsun, proseslər çərçivədə saxlansın. Ancaq aydın deyildi ki, məsələn, əgər söhbət maliyyə sektorunda baş verən proseslərdən gedirdisə, ayrıca olaraq həm Maliyyə Şurası və həm də Maliyyə Bazarlarına Nəzarət Palatası yaratmaq nəyə lazım idi? Bu, paralelçilik deyildimi?!

Sonradan neftin qiyməti stabilləşdi, 2017-ci ildən vəziyyət nisbətən düzəlməyə başladı, iqtisadi tənəzzülün qarşısı alındı və məlum oldu ki, bu cür qurumların yaradılması nəticə verməyib. Odur ki, Palata ləğv edilərək səlahiyyətləri Mərkəzi Banka qaytarıldı. İndi də, Maliyyə Şurası ləğv olunaraq İqtisadi Şura yaradıldı.

Şuranın tərkibinə nəzər yetirsək, belə bir qurumun  yaradılmasının nə qədər əhəmiyyətli olduğunu görürük. Söhbət ümumən ölkə iqtisadiyyatına və burada baş verən proseslərə nəzarət edən vahid qurumdan gedir. Yəni Şura konkret hansısa sahəyə deyil, bütövlükdə ölkə iqtisadiyyatında gedən proseslərə cavabdehlik daşıyacaq. “Manatın dəyərini saxlayaq”, “maliyyə bazarlarına nəzarət edək”, “bank sektorunda vəziyyət yaxşı olsun” kimi spesifik məsələlərlə məşğul olmayacaq.

Başqa sözlə, İqtisadi Şura qlobal iqtisadi böhranlar yaranan zaman mənfi təsirlərdən qorunmağın və qarşıdakı 10 il ərzində ÜDM istehsalı faizini artırmaq yollarının təmini üzrə işləyəcək. Ən əsası da ölkəyə investisiya axınının baş verməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində yollar axtaracaq. Bu mənada belə bir qurumun yaradılması, rəhbərliyin Baş nazirə həvalə olunması, ildə iki dəfə görülən işlərlə bağlı hesabatlar verəcəyi ölkə iqtisadiyyatının keyfiyyətli inkişafına ümidləri artırır. Şuranın həm də məhz indiki şəraitdə yaradılması da müsbət əhəmiyyət kəsb edir, ona görə ki, 2020-ci il dünya iqtisadiyyatı, o cümlədən bizim üçün gərgin il oldu.

Gələcəkdə bu cür forsmajor halların yaşanmayacağına isə zəmanət yoxdur. Belə ki, bir az əvvəl yaxın gələcək üçün proqnozlar vermək mümkün idi, indi yox!

Bəs Şura öncə nəyə diqqət yetirilməlidir?

Hesab edirəm, İqtisadi Şuranın diqqət mərkəzinə alaraq həll etməli olduğu əsas məsələlərdən biri özəlləşdirmə olmalıdır. Məlumdur ki, bir az əvvəl İnvestisiya Holdinqi yaradılıb. Bunun çox böyük əhəmiyyəti var. Söhbət, çox böyük sahələrə rəhbərlik edən iri dövlət şirkətlərindən gedir ki, bunların vahid mərkəzdən idarə olunması həm səmərəliliyi artırmaq, həm də qurumlarda idarəetməni daha yüksək səviyyədə təşkil etmək baxımından vacib əhəmiyyət kəsb edir.

Lakin İnvestisiya Holdinqinin yaradılması ilkin işdir. Onun səmərəli işləməsi, dövlət şirkətlərinin, dövlətin payı olan ASC-lərin fəaliyyətinin səmərəliliyinin təmin olunması dəqiq və konkret, şəffaf mexanizm tələb edir. Yəni faktiki olaraq, hər şey bu mexanizmdən asılı olacaq.

Dövlət şirkətlərinin idarəetməsində böyük əyrintilər, problemlər var. Dövlət başçımız bunu hələ İvestisiya Holdinqini yaratmamışdan öncə qeyd etmişdi. Faktiki olaraq ən gəlirli sahələrdə, özü də inhisarçı kimi fəaliyyət göstərən şirkətlərin, demək olar, hamısı zərərlə işləyir. Bunlar dövlət büdcəsinin əsas gəlir mənbələri olmalı olduqları halda, büdcədən hər il böyük həcmdə vəsait alırlar, bütün işlərini dövlətin hesabına görürlər.

İnvestisiya Holdinqi də bu vəziyyətə son qoymaq üçün yaradılıb. Bu məsələdə əsas çıxış yollarından biri özəlləşdirmədir. Yəni dövlətin payı yüksək olan, eyni zamanda 100 faiz dövlətə məxsus qurumların çoxu özəlləşdirilməlidir. Bu, həmin şirkətlərə investisiyaların cəlb olunmasına, eyni zamanda onların idarəçiliyində olan əyrintiləri, səmərəsizliyi aradan qaldıracaq.

Bax İqtisadi Şuranın ümumi iqtisadi siyasətin çərçivələrinə dair hazırlayacağı Proqramda bunlar əksini tapmalı, dövlət investisiyalarına paralel olaraq özəl yerli və xarici investisiyaların cəlbi, özəl sektorun aparıcı rolunun təmini və investisiya mühitini yaxşılaşdırmaq baxımından atılmalı olan addımlarda ən mühüm damar təşkil etməlidir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun