Agent və ya komisyonçu malları geri qaytardıqda hansı elektron qaimə-fakturadan istifadə etməlidir?

posted in: Xəbər | 0

qaiməBu məsələdə maraq doğuran məsələ komisyonçu və ya agentin hansı elektron qaimə-fakturadan istifadə etməsidir. İqtisadçı ekspert Anar Bayramov bildirib ki, prosedurun həyata keçirilməsi üçün vergi ödəyicisi müvafiq proqram təminatından “Malların geri qaytarılması” elektron qaimə-fakturası üzrə “Malların təqdim edilməsi qaiməsinin qaytarılması” növünü seçməklə malları geri qaytarır.

Amma agent və ya komisyonçu tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması zamanı “Malların geri qaytarılması” elektron qaimə-fakturasının digər növündən istifadə olunmalıdır.

Misal: “A” MMC 20.000 manatlıq malı agent və ya komisyon müqaviləsinə uyğun olaraq, supermarketə təqdim edir. Supermarket həmin malların bir qismini satsa da, istifadə müddətinin bitməsi ilə bağlı 3.000 manatlıq malı geri qaytarır. Bu halda mallar agent və ya komisyon müqaviləsi üzrə təqdim edildiyi üçün vergi ödəyicisi malların qaytarılması zamanı agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə elektron qaimə-fakturadan istifadə etməlidir.

Agent və ya komisyonçu tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması zamanı elektron qaimə-fakturanın müvafiq olaraq malların agent və ya komisyonçu tərəfindən təqdim olunması barədə elektron qaimə-fakturadan istifadə etmək lazımdır. Nəzərdən keçirilən şərtlərdə elektron qaimə-faktura hazırlayarkən “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”ya istinad edilə bilməz.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Məşğulluq Agentliyi: kağız daşıyıcılarda hesabat qəbul olunmayacaq

posted in: Xəbər | 0

Kağız daşıyıcılarda hesabat, işəgörtürənlərə müraciət, ƏƏSMN, məşğulluğa dəstək tədbirləri, Sosial xərclər, Dövlət Əmək Müfəttişliyi Xidməti, sosial ödəmə, fərdi hesab, İşsizlikdən sığorta, Əmək Məcəlləsində dəyişikliklər, Əmək Məcəlləsi, ixtisar, Əmək müqaviləsi, əmək haqqı gəliri,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işəgötürənlər tərəfindən məşğulluq haqqında qanunvericilikdə nəzərdə tutulan hesabatların Agentliyə təqdim edilməsi prosesini artıq tam elektronlaşdırıb.

Nazirlikdən verilən məlumata görə, həmin hesabatlara  “Boş iş yerləri (vakansiyalar) haqqında”, “İşə qəbul edilən və işdən çıxarılan (o cümlədən: kvota üzrə) işçilər”, “İş yerlərinin və işçilərin orta illik siyahı sayı”, “İşçilərin sayı və ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər” və “İşçilərin hərəkəti” haqqında  hesabatlar daxildir.

Agentlik bu hesabatları artıq Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsilə əldə edəcək, kağız daşıyıcılarda hesabat qəbul olunmayacaq.

Hesabatların verilməsində  elektron formata keçid ötən ildən start götürüb və hesabatların bir hissəsi hələ 2019-cu ilin dekabr ayından ləğv edilib. Proses artıq tam yekunlaşdırılıb.

Qanununvericiliyin tələbinə uyğun olaraq işəgötürənlər iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə, vakansiya barədə məlumatları yalnız e-sosial.az portalı üzərindən “Məşğulluq” altsistemində yerləşdirməli və Ərazi Məşğulluq Mərkəzinin göndərişlərinə münasibət bildirməlidir.

Dövlət Məşğulluq Agentliyi ölkə üzrə məşğulluğa dair məlumatları,  ölkənin məşğulluq xəritəsini,  məşğul şəxslərin reyestrini,  özündə birləşdirəcək “Əmək münasibətləri və məşğulluq” altsisteminin hazırlanması işlərini də davam etdirir. Altsistem işəgötürənlər, işə qəbul olunanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər üçün vahid əmək münasibətləri paltforması rolunu oynayacaq.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bir sıra şəxslər həftəsonu rayonlara buraxılmayacaq

posted in: Xəbər | 0

Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiKoronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya “icaze.e-gov.az” portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar, xüsusilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan və işləyən şəxslərin kütləvi şəkildə məhz həftəsonu respublikanın ayrı-ayrı bölgələrinə ezamiyyətə getmələri müşahidə olunur.

Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Verilən icazədən sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyən xidmət sahələrində çalışan işçilərə müvafiq ezamiyyə vərəqələrinin verilməsinə və ya “icaze.e-gov.az” portalına bu haqda məlumatların daxil edilməsinə baxmayaraq, həmin şəxslər ezam olunduqları ərazilərə həftəsonu gedəcəkləri təqdirdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərin sərhədlərində yerləşən xüsusi karantin postlarından buraxılmayacaqlar.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fərdi tədris və repetitor xidmətləri fəaliyyət göstərəcək

posted in: Xəbər | 0

icazəFərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə icazə veriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Qeyd edilib ki, avqustun 31-dən etibarən xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun