BirBank-dan Visa kartları ilə 25 manat qazanmaq kampaniyasının müddəti uzadıldı

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi, Kapital Bank-ın 1 milyondan artıq yüklənən, ölkənin ən məşhur tətbiqi olan BirBank mobil tətbiqində Kapital Bank-ın Visa kartları ilə ödəniş edərək, keşbek qazanmaq mümkün olub. Bu aksiya Kapital Bank-ın Visa International şirkəti ilə tərəfdaşlığı çərçivəsində təqdim olunub.

10 avqust tarixində bitən kampaniyanın müddəti 10 sentyabr 2020-ci il tarixinədək uzadılıb. Şərtlərə görə, Visa kartları ilə hər biri minimum 5 manat olmaqla 10 ədəd təmassız ödəniş edən müştərilər 25 manat keşbek qazana bilirlər. Kampaniya müddətində hər Visa kart sahibi ay ərzində 1 dəfə kampaniyadan yararlanıb, qeyd olunan məbləği qazana bilər.
Qeyd edək ki, Android istifadəçiləri Kapital Bank-ın BirBank mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün hər hansı bir Kapital Bank-ın Visa kartını təyin edib, telefonu POS terminala yaxınlaşdırıb, ödəniş edə bilərlər.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

trendyol.com-da PAŞA Bank VISA kart sahibləri üçün endirim kampaniyası başladı

posted in: Xəbər | 0

Onlayn alış-veriş sevənlərə şad xəbər!

Ölkəmizdə də kifayət qədər ziyarətçiyə malik, Türkiyənin məşhur onlayn alış-veriş saytlarından biri olan trendyol.com-da PAŞA Bank VISA kart sahibləri üçün endirim kampaniyası başladı.
Dəbli geyim, ayaqqabı, aksesuarlardan tutmuş elektronikaya qədər yüzlərlə məhsulu almaq indi daha sərfəlidir. PAŞA Bank VISA kartları ilə trendyol.com saytından 600 TL və daha çox məbləğdə alış-veriş edin və 60 TL endirim qazanın.
Qısa müddət davam edən kampaniyadan yararlanmağa tələsin!

Kampaniya 5 oktyabr 2020-ci il tarixinədək keçərlidir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

KOBİA sahibkarlara müraciət edib

posted in: Xəbər | 0

KOBİA, onlayn maarifləndirmə, KOBİA, KOB subyektləri, vergi məcəlləsi, Gənc Sahibkarlar Forumu, sahibkarlar, turizm, vergi güzəştləri, KOBİA, sahibkarlıq, seminar,Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq, bu il yanvarın 1-dən ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxan ixtisaslaşdırılmış kommersiya məhkəmələri fəaliyyətə başlayıb. Qeyd edilən məhkəmələrin yaradılmasında məqsəd sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrdə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsidir.

Həmçinin məhkəmədə iddia qaldırmaq istəyən, ona qarşı iddia qaldırılmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə elektron kabinet aça bilərlər. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə elektron kabinetin yaradılması sahibkara ona qarşı məhkəmədə qaldırılmış iddia barədə məlumatlı olmaq, ərizə və ona əlavə edilmiş sənədlərlə tanış olmaq, məhkəmə iclaslarının yeri və vaxtı barədə, həmçinin hüquq və vəzifələri ilə bağlı ətraflı məlumat almaq, elektron kabinet vasitəsilə məhkəməyə müraciət göndərmək, məhkəmə qərarlarını əldə etmək, bir sözlə bütün məhkəmə prosesini izləmək, harada (xaricdə və ya ölkə ərazisində) olmasından asılı olmayaraq etiraz, vəsatət, şikayət (apelyasiya şikayəti) vermək imkanı yaradır.

Sahibkarlar qeyd edilmiş internet səhifələrinə daxil olmaqla “Elektron Məhkəmə İnformasiya Sistemi” barədə ətraflı məlumat əldə edə və öz elektron kabinetlərini yarada bilərlər:

Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalı – https://courts.gov.az/az/

Məhkəmə-Hüquq Şurasının internet səhifəsi – http://www.judicialcouncil.gov.az/

Ali Məhkəmənin saytı – http://www.supremecourt.gov.az/

Sahibkarlar “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə elektron kabinetin yaradılması zamanı dəstəyə ehtiyac olarsa, KOBİA-nın KOB dostlarına müraciət edə bilərlər: (https://bit.ly/3l7Ymej)

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda xeyriyyəçiliklə bağlı qanun layihəsi hazırlanacaq

posted in: Xəbər | 0

sahibkarlıq, Cinayət-Prosessual Məcəlləsi, Sosial yardım, dövlət rüsumu, Sosial sığorta, Vergi Məcəlləsində dəyişiklik, Vergi orqanlarının vəzifəli şəxsləri, müavinət, lisenziyadan azad, icazələr, Lisenziyalar, -ci il üçün ehtiyac meyarı“Milli Məclisin payız sessiyasında “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsini hazırlamağı düşünürük”.

Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, xeyriyyəçilik fəaliyyəti çox vacib bir sahədir:

“Xüsusilə də Heydər Əliyev Fondunun bu sahədə kifayət qədər təcrübəsi var. Biz bunun qanunvericilik əsaslarını da yarada bilərik”.

M.Quliyev bildirib ki, yeni qanun layihəsinin hazırlanması üçün işçi qrup yaradılacaq: “Həmin işçi qrup tərəfindən dünya təcrübəsi öyrəniləcək. Qanun layihəsində xeyriyyəçiliyin təbliğ olunması, stimullaşdırılması, xeyriyyəçilik fəaliyyəti göstərən özəl qurumlara müəyyən vergi güzəştlərinin, imtiyazlarının verilməsi kimi məsələlər nəzərdə tutula bilər”.

Komitə sədri qeyd edib ki, sessiya çərçivəsində həmçinin “Turizm haqqında” qanun layihəsinin üzərində də işlər aparılacaq.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun