Fiziki şəxslərə ödənilən dividendlərlə bağlı vergi güzəştləri

posted in: Vergi, Xəbər | 0

Fiziki şəxslərə ödənilən dividendlər ilə bağlı vergi güzəştləri

zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Fiziki şəxslərə ödənilən dividendlər ilə bağlı vergi güzəştləri və azadolmalar Vergi Məcəlləsinin 102-ci maddəsi ilə tənzimlənir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Məsələyə tam aydınlıq gətirmək üçün 102.1.22-ci maddəyə nəzər yetirməliyik.

Maddədə 2016-cı il fevralın 1-dən yeddi il müddətində gəlir vergisindən azad olunan gəlirlər siyahısında yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri də göstərilib.

Maddənin əsas məqamlarını nəzərdən keçirək:

Güzəşt fiziki şəxslərin banklarda olan əmanətlərinə görə əldə etdiyi faizlərə verilir. Yəni faizlər ödəniləndə onlardan ödəmə mənbəyində 10 faiz vergi tutulmur.

İkinci məsələ, yerləşdirilən investisiya qiymətli kağızlarına görə emitent tərəfindən fiziki şəxlərə ödənilən dividendlərdən 10 faiz vergi tutulmur.

Bununla yanaşı, emitent tərəfindən yerləşdirilən investisiya qiymətli kağızları üzrə diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) ödənişlərindən də vergi tutulmur.

Son olaraq yerləşdirilən investisiya qiymətli kağızlar üzrə fiziki şəxslərə emitent tərəfindən ödənilən faizlərdən vergi tutulmur.

Nəzərdən keçirdiyimiz hallar üzrə bir neçə sual meydana çıxır:

  • Emitent kimdir?
  • İstənilən şəxs emitent ola bilərmi?
  • İnvestisiya qiymətli kağızları nədir?
Deməli, Məcəllənin 102.1.22.ci maddəsində göstərilən güzəşti əldə etmək üçün birinci emitent olmalıdır. İkincisi, emitent investisiya qiymətli kağızını buraxmalıdır ki, fiziki şəxslər bundan istifadə etsinlər, emitent bundan yararlansın. Son nəticə kimi yuxarıdakı ödənişlər ödəmə mənbəyində 10 faiz vergidən azad olunur.

Bunun üçün “Qiymətli kağızlar bazarı haqqında” Qanuna da nəzər yetirməliyik. Qanunda yazılmışdır: “Emitent – investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2-ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir”.

Maddə 4. İnvestisiya qiymətli kağızlarının buraxılışı haqqında qərar

4.1. Səhmlərin buraxılışı haqqında qərarı səhmdar cəmiyyəti səhmdarlarının ümumi yığıncağı qəbul edir.

4.2. İstiqrazların buraxılışı haqqında qərarı emitentin nizamnaməsi ilə müəyyən edilən orqan qəbul edir.

Qanunun yuxarıdakı və digər maddələrinə nəzər yetirsək aşağıdakılar aydın olur:

  • istənilən kommersiya hüquqi şəxs emitent kimi çıxış edə bilər;
  • həm MMC-lər, həm də səhmdar cəmiyyətləri emitent ola bilər;
  • investisiya qiymətli kağızları dedikdə səhmlər və istiqrazlar nəzərdə tutulur.

İndi isə qeyd olunanları bir neçə misal üzərində nəzərdən keçirək.

Misal1: Tutaq ki, “AA” ASC emitent kimi qaydalara uyğun olaraq qeydiyyata alınmışdır və qaydalara uyğun olaraq bütün addımları atır. 2019-cu ilin sonunda səhmdarları olan fiziki şəxlərə 100.000 manat divident ödəyəcəkdir. Bundan əlavə, ASC 500.000 manat dəyərində 10 faizlik istiqrazlar buraxmışdır, istiqrazlara görə ilin sonunda investorlara faizlərini ödəyəcəkdir.

Sual: Bu əməliyyatlardan vergilər necə tutulur?

Səhmdara ödənilən dividendlərdən 10 faiz vergi tutulmayacaqdır. Ona görə ki, yuxarıda açıqlandığı kimi, ASC-də hər iki hal mövcuddur: həm emitentdir, həm də onun səhmləri investisiya qiymətli kağızlarıdır.

Baxdığımız misalda 500.000 manatlıq istiqrazlara görə ödəniləcək 10 faizlik (50.000 manat) məbləğdən də vergi tutulmayacaqdır.

Misal 2: Tutaq ki, “AA” MMC emitent kimi qaydalara uyğun olaraq qeydiyyata alınmışdır və qaydalara uyğun olaraq bütün addımları atır. 2019-cu ilin sonunda təsisçiləri, payçıları olan fiziki şəxlərə 100.000 manat divident ödəyəcəkdir. Bundan əlavə, MMC 500.000 manatlıq 10 faizlik istiqrazlar buraxmışdır və istiqrazlara görə ilin sonunda investorlara faizlər ödəyəcəkdir.

Sual: Bu əməliyyatlardan vergilər necə tutulur?

Bu halda təsisçilərə, payçılara ödənilən dividentlərdən ödəmə mənbəyində 10 faiz vergi tutulacaqdır. Ona görə ki, cəmiyyətin əməliyyatı yuxarıdakı tələblərin ikisinə də cavab vermir. “AA” MMC emitent kimi qeydiyyatda olsa da, paylar investisya qiymətli kağızları sayılmır, ancaq səhmlər investisiya qiymətli kağızları sayılır. Odur ki, ödənilən 100.000 manatdan 10 faiz (10.000 manat) vergi tutulacaqdır.

MMC-nin emitent kimi buraxdığı istiqrazlardan isə vergi tutulmayacaqdır. Ona görə ki, MMC olmasına baxmayaraq, emitent kimi investisiya qiymətli kağızı olan istiqraz buraxa bilər. Bu halda da faizlərdən 10 faiz vergi tutulmur.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gələcəyin mühasibatlığı necə olacaq? (I hissə)

posted in: Xəbər | 0

Gələcəyin mühasibatlığı

Vakansiya Aparıcı MühasibGələcəyin mühasibatlığı necə olacaq? Mən onu tamamilə aydın görürəm. Amma, öz baxışlarımı şərh etməzdən əvvəl, zəruri şərtlərdən danışaq:
  • birincisi, yalnız nağdsız pul tədavülü nəzərdə tutulur. Kimdəsə şübhə varmı ki, gec və ya tez nağdsız dövriyyə nağd dövriyyəni sıxışdırıb sıradan çıxaracaq?
  • ikincisi, kompüter texnikasından hər yerdə istifadə edilməsi nəzərdə tutulur.
  • üçüncüsü, mən bunun, o cümlədən texniki, coğrafi və siyasi tətbiqin daxil edilməsi və istifadəsinin mürəkkəbliyini mümkün sayıram. Mən yalnız kompüter mühasibatının metodoloji nəticələrini nəzərdən keçirirəm.

O, necə olacaq? Gələcəkdə mühasibləri nə gözləyir?

Əməliyyatların qeydiyyatı

Mühasibatlığın tamamilə kompüter halına gələcəyini söyləmək lazımdırmı?! Tam şəkildə – indiki kimi dörddə bir və ya yarıya qədər deyil, sözügedən halda bütöv halda olduğunu nəzərdə tutur.

Tam kompüterləşmiş mühasibatlıq – bu o mühasibatlıqdır ki:
  • ilk növbədə kağız sənədlərsiz deməkdir. Çünki kompüter uçotu zamanı hansı kağız sənəddən söhbət gedə bilər?! Hətta bu haqda danışmaq belə, gülüş doğurardı. Baza məlumatları yalnız elektron sənədlər şəklində tərtib olunur və heç bir kağıza lüzum qalmır;
  • əqdin onun elektron qeydiyyatı zamanı bağlanmış hesab edildiyi mühasibatlıq.

İkincinin üzərində bir qədər təfərrüatlı dayanaq: bölmə qeyri-adidir, lakin gələcək uçot metodologiyasını anlamaq üçün son dərəcə vacibdir.

Əgər biz kağız sənədləşdirilməsindən imtina ediriksə, sövdələşmələri necə qeydiyyatdan keçirməliyik? Elektron sənədlərin köməyilə, əlbəttə, faktiki olaraq o deməkdir ki: registrasiya olunmuş baza məlumatlarının qeydiyyatı ilə. Kağız kargüzarlıq zamanı əvvəlcə əqdin bağlandığını təsdiq edən sənəd tərtib edilir, sonra sənəd məlumatlar bazasında qeydiyyata alınır. Elektron kargüzarlıq zamanı kağız sənəd mövcud deyil: məlumat bazasında qeydiyyat faktının özü – təsdiq edilmiş, öz-özlüyündə lazımi rəqəmsal imzalar – əqdin bağlanmasının sübutudur. İndi əgər biz əlimizə kağız sənədi almaq istəyiriksə, onu çap edə bilərik, lakin, əməliyyatın yerinə yetirilməsinin təsdiqi əvvəlki kimi kağız deyil, verilənlər bazasında müvafiq qeyd olacaqdır. Fərq aşkardır və çox böyükdür.

Yalnız əməliyyatın həmişə elektron şəkildə qeydiyyatdan keçə bilməyəcəyini söyləməyin: biz əvvəlcədən anladığımız texnikanın bolluğu barədə razılığa gəldik:

  • kompüterlər;
  • kompüterlərin istifadəsi praktik olmayan yerdə – xüsusi terminallardan istifadə.

Şirkət əməkdaşları kompüter vasitəsilə əməliyyatlar edirlər.

Sövdələşmə nədir? Əqd, əgər məsələnin hüquqi tərəfindən bir qədər uzaqlaşsaq, tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilən hansısa iqtisadi fəaliyyətdir. Əməliyyatın avtomatlaşdırılmış qeydiyyatı üçün tərəflərin identifikasiyası və onların qarşılıqlı razılığının təsdiq edilməsi tələb olunur. Daha tipik müqavilə, əlbəttə – onsuz heç bir avtomatlaşdırma mümkün deyil: axı, limitsiz funksiyalar dəst ilə hər hansı bir avtomatı təsəvvür etmək olmaz?! Bu o deməkdir ki, sahibkarlıq fəaliyyəti azadlığını unutmaq lazım gələcək: mümkün təsərrüfat əməliyyatlarının siyahısı mümkün qədər geniş, lakin məhdud olacaqdır.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“ASAN imza sertifikatı”nın verilməsi xidmətində problem yaranıb

posted in: Xəbər | 0

miqrasiya, gömrük, icazə sistemi, ASAN Xidmət, həddi aşan icazələrVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində xidmətlərdən birinin göstərilməsində problem yaranıb. “Report”un xəbərinə görə, qurumun mərkəzlərində “ASAN imza sertifikatı”nın verilməsi xidməti dayandırılıb.

Belə ki, “ASAN xidmət” mobil tətbiqi vasitəsilə həmin xidmət üzrə onlayn növbə verilsə də, mərkəzlərdə vətəndaşlara həmin xidmətin dayandırıldığı bildirilir və bu, proqram yenilənməsi ilə izah edilir.

Qeyd olunur ki, “ASAN imza sertifikatı” verilməsi xidməti avqustun sonu, sentyabrın əvvəli bərpa olunacaq.

Onu da bildirək ki, bu xidmətin “ASAN xidmət” mərkəzlərində göstərilməsinə baxmayaraq, bu işi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları həyata keçirir. Dövlət Vergi Xidmətindən “Report”a bildirilib ki, məsələ ilə bağlı dəqiqləşdirmə aparılır.

Xatırladaq ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yüz il bundan əvvəl qadınlar mühasibatlığa giriş etdilər

posted in: Məqalə, Xəbər | 0

Bu gün heç kimin ağlına belə gəlmir ki, mühasib qadın peşəsi deyildir. Bir çox  ölkələrdə mühasiblərin əksəriyyətini qadınlar təşkil edir. Lakin cəmi 100 il bundan əvvəl hər şey tamamilə başqa cür idi: qadınları mühasibatlığa gətirən nə olub?

Qadın mühasibatlığının tarixi də Beynəlxalq qadınlar gününün tarixi kimi 100 il bundan əvvəl başlanıb. Əlbəttə, qadınların çötkələrdən istifadə etmək haqqını əldə etmələri üçün Klara Setkin tərəfindən elan edilən mitinqlər və ya tətillərə gərək yox idi.

Lakin əgər bəzi qadınlar bu işdə xüsusi inadkarlıq nümayiş etdirməsəydilər, ola bilsin ki, şirkətlərdə maliyyə işləri indiyə kimi kişilərin əlində olardı. Qadınlar isə kağızları bir-birinin üstünə qalaqlamaq və ilkin sənədləri toplamaq kimi ikinci rolları yerinə yetirməli olacaqdılar.

Mühasib diplomunu alan ilk qadın ingilis Meri Harris Smit olub. Demək olar ki, təxminən 30 il ərzində Meri Harris peşəkar mütəxəssis hüququnu əldə etmək üçün İngiltərə və Uels mühasiblər və auditorlar İnstitutuna (ICAEW) ərizə ilə müraciət edirdi. Bir neçə dəfə ona rədd cavabı verilmişdi. Bütün hallarda o, nəhayət ki, mühasib diplomunu ala bilmişdi. Meri Smit ICAEW (Institute of Chartered Accountants in England and Wales) üzvlüyünə 76 yaşında qəbul olunmuşdu. Bu hadisə isə 100 il bundan əvvəl – 1920-ci ilin may ayında baş vermişdi.

Bu gün isə zərif cinsin nümyəndələri təkcə mühasibat uçotu üzrə xidmətlər göstərmir, həm də beynəlxalq mühasiblər assosiasiyalarına rəhbərlik edirlər. Məsələn, Reyçal Graymz Beynəlxalq mühasiblər federasiyasına rəhbərlik edir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun