Azərbaycanda 27 yerli, 10 xarici şirkət ləğv edildi

posted in: Xəbər | 0

Azərbaycanda 10 xarici, 27 yerli şirkət ləğv edildi

xarici şirkət, yerli şirkət, ləğv,SMART CONCIERGE MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1702391651

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1003 Baki şəhəri, Səbail rayonu, Salyan şossesi küçəsi, ev 22, mənzil 47 ünvanına bildirə bilərlər.


“Azərterminal Servis” MMC

VÖEN: 1803600931

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1092 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Nazim İsmayılov küçəsi küçəsi, ev 119, mənzil 33 ünvanına bildirə bilərlər.


“Azərterminal-AS” MMC

VÖEN: 1503989441

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1069 Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk küçəsi, ev 31, mənzil 7 ünvanına bildirə bilərlər.


“Rich Technoligies” MMC

VÖEN: 1804337251

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1092 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Nazim İsmayılov küçəsi küçəsi, ev 119, mənzil 33 ünvanına bildirə bilərlər.


“ENIGHMA-ST” Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 1006485231

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1114 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Faiq Rüstəmov küçəsi küçəsi, ev 21, mənzil 9 ünvanına bildirə bilərlər.


MEXANİK TƏCHİZAT MMC
VÖEN: 1702097391

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 134 ünvanına bildirə bilərlər.


“İNTERNATİONAL SNUBBİNG SERVİCES,L.L.C.” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI
VÖEN: 1701309281

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A, Landmark III, 12-ci mərtəbə ünvanına bildirə bilərlər.


“ALFA FİNANS BAKU” Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 1405103261

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 174, mənzil 0 ünvanına bildirə bilərlər.


MEXANİK SUPPLY AND SERVİS MMC
VÖEN: 1702097821

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 134 ünvanına bildirə bilərlər.


AUTOHOUSE ABŞERON MMC
VÖEN: 3101965741

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 134 ünvanına bildirə bilərlər.


MEKANİK SAPLAY MMC
VÖEN: 1702097671

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 17, mənzil 134 ünvanına bildirə bilərlər.


“STANDART+” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 2000664181

Ləğv olunduğunu  elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58, mənzil 29 ünvanına bildirə bilərlər.


“ARI” İSTEHSALAT ARIÇILIQ FİRMASI
VÖEN: 1400236231

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Sabit Rəhman küçəsi 4 ünvanına bildirə bilərlər.


“AZƏRBAYCAN QARTALLARI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1301958911

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1073 BAKI şəhəri, YASAMAL rayonu, İNŞAATÇILAR PR. küçəsi, ev 3, mənzil 0 ünvanına bildirə bilərlər.


“AZCANQAZ”MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1503920451

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1042 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofik Bayram küçəsi, ev 89 ünvanına bildirə bilərlər.


Azdelikates-Alfa MMC
VÖEN: 1702071541

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ0100 Xırdalan şəhəri, şəhər rayonu, Mehdi Hüseynzadə küçəsi (26-cı məhəllə Olimp MTK) küçəsi, ev 8, mənzil 7 ünvanına bildirə bilərlər.


EMERALD CONSTRUCTION MMC
VÖEN: 8401348341

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ5600 ŞAMAXI şəhəri, ŞAMAXI rayonu, S.Ə.ŞİRVANİ küçəsi ünvanına bildirə bilərlər.


Basarpak MMC
VÖEN: 1800669551

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini 1057 Baki seheri şəhəri, Sabuncu rayonu, S.Kamilov küçəsi, ev 11, mənzil 86 ünvanına bildirə bilərlər.


“TECHSERVICE PRO” Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2003997791

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37, mənzil 16 ünvanına bildirə bilərlər.


“İSHİMOTO ENGİNEERİNG BAKU” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1304211721

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37, mənzil 16 ünvanına bildirə bilərlər.


“MOTOKO ENGİNEERİNG BAKU” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1304211981

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37, mənzil 16 ünvanına bildirə bilərlər.


“VVESTERN TECHNOLOGİES” Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 2004118581

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37, mənzil 16 ünvanına bildirə bilərlər.


“GOODVVİCO LTD” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ
VÖEN: 1603266591

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1069 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçivanski küçəsi, ev 6, mənzil 4 ünvanına bildirə bilərlər.


“CASTLEBRIDGE SYSTEMS LTD” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ
VÖEN: 1305806881

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1039 Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 6/8 ünvanına bildirə bilərlər.


“CYONİX SERVİCES LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ
VÖEN: 1804222241

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1132 Bakı şəhəri, Sabunçu rayonu, Yaqub Əliyev küçəsi, ev 3, mənzil 85 ünvanına bildirə bilərlər.


“MALONE TRADİNG CO” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ
VÖEN: 1404463241

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1111 Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 30/14, mənzil . ünvanına bildirə bilərlər.


“NETFİNİTY LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ
VÖEN: 1503569441

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1072 Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski Pr. küçəsi, ev 106, mənzil 44 ünvanına bildirə bilərlər.


“CASTIGAT INVESTMENTS LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ
VÖEN: 1005299981

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1106 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq Pr. küçəsi, ev 187, mənzil 20 ünvanına bildirə bilərlər.


“UPSTREAM TECHNOLOGIES LP” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ
VÖEN: 1504824341

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1072 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, mənzil . ünvanına bildirə bilərlər.


“MOONSTRİPE LTD” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ
VÖEN: 1404840381

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1111 Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 30/14, mənzil 6 ünvanına bildirə bilərlər.


“PURESHDATE LTD” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ
VÖEN: 1504764811

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1052 Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski Pr. küçəsi, ev 106, mənzil 44 ünvanına bildirə bilərlər.


Qafqaz Universiteti
VÖEN: 1300325511

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ0102 Xırdalan şəhəri, Abşeron rayonu, Həsən Əliyev küçəsi, ev 120 ünvanına bildirə bilərlər.


Hayat Telecom
VÖEN: 1404475321

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1102 Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr küçəsi, ev 8, mənzil 20 ünvanına bildirə bilərlər.


“RAI STUDIO” Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 1005828051

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1134 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə ŞTQ, Mir Cəlal 9A MKR küçəsi, ev 12, mənzil 209 ünvanına bildirə bilərlər.


“TRAVEL LAB” Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 1005341221

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1147 Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 72, mənzil 209 ünvanına bildirə bilərlər.


“AVİATOR” İDMAN KLUBU MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1201976811

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1061, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Lev Starçuk (Şimal Dres), ev 19 D ünvanına bildirə bilərlər.


Astrum MMC
VÖEN: 1200095621

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini 1090 Bakı şəhəri, Xəzər rayonu, Viktor Seryoqin küçəsi, ev 12A, mənzil 31 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gömrük risk qiymətləndirməsini tam avtomatlaşdıracaq

posted in: Xəbər | 0

büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük KomitəsiDövlət Gömrük Komitəsinin tətbiq edəcəyi daha bir yeni layihəyə əsasən sərhədkeçmə əməliyyatları zamanı risk qiymətləndirməsi tam avtomatlaşdırılacaq.

Bu barədə “Report”a Komitədən bildirilib.

Qurumun Risklərin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyevin verdiyi məlumata görə yeni layihə gömrük-sərhəd buraxılış məntəqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, Komitənin sərəncamında olan resursların daha riskli sahələrə yönləndirilməsinə, eləcə də gömrük orqanlarında beynəlxalq tələblərə cavab verən risklərin idarəolunması sisteminin qurulmasına şərait yaradacaq. Eyni zamanda, bu yenilik Komitənin səlahiyyətlərinə aid edilən sərhədkeçməyə sərf olunan vaxtın azaldılmasını da özündə ehtiva edir ki, bu da “Doing Business” indeks göstəricisi üzrə ölkəmizin mövqeyinin gücləndirilməsinə təsir göstərən mühüm amildir.

Nəzərdə tutulan yeniliyin detallarına gəlincə isə sistem hər bir sərhədkeçmə əməliyyatı üzrə müəyyən olunmuş risk meyarlarına əsasən məlumatları emal edir. Onlara riyazi müəyyən olunmuş əhəmiyyətlilik dərəcəsi üzrə xüsusi çəki verir və nəticədə aparılmış qiymətləndirməyə görə əməliyyatın riskli olub-olmaması ehtimalını müəyyən edir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq avtomatik şəkildə həyata keçiriləcək gömrük nəzarətinin forması müəyyənləşdirilir.

Qeyd edək ki, hal-hazırda layihənin tam şəkildə tətbiqi məqəsədilə texnoloji proseslərin işlənilməsi həyata keçirilir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tikinti şirkətlərinin gəlir və xərclərinin hesablanması

posted in: Xəbər | 0

Tikinti şirkətləri: Gəlir və xərclər

Tikinti, Bina tikintisi fəaliyyəti, ƏDV, bina tikintisi, vergi öhdəlikləri,Bina tikintisi ilə məşğul olan sahibkarlar həm hüquqi şəxs yaradaraq, həm də fiziki şəxs kimi fəaliyyət göstərirlər. Mütəxəssislər bu fəaliyyət növü üzrə uçotun, hesabatlılığın özünəməxsus xüsusiyyətlərinin olduğunu qeyd edirlər. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsində edilmiş son əlavə və dəyişikliklərə görə bina tikintisi ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Məcəllənin 130.6-cı maddəsində göstərilir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Bina tikinsi ilə bağlı gəlirlərin və xərclərin müəyyənləşdirilməsində aşağıdakı hallar nəzərə alınır:
  • Bu, uzunmüddətli bir fəaliyyətdir;
  • bina tikintisi bir ildən başqa ilə, hətta illər üzrə həyata keçirilə bilər. Həmçinin, mərhələlər üzrə də aparıla bilər;
  • gəlirlərin müəyyənləşdirilməsi üçün yaşayış və qeyri-yaşayış sahəsinin təqdim edilməsi həyata keçirilməlidir;
  • tikinti sahəsi üzrə məsrəflər olmalıdır ki, xərc hissəsi formalaşsın;
  • gəlir və xərc formalaşması üçün binanın müəyyən hissəsi və ya müəyyən mərhələsi tikilməlidir.

Məcəllədə əks olunan gəlirlərin formalaşması üzrə digər maddələri də nəzərdən keçirək:

Maddə 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur.

Bundan əlavə, malların təqdim edilməsi anlayışını aydınlaşdırmaq üçün Vegi Məcəlləsinin 13.2.10.-cu maddəsinə baxmalıyıq.

Maddə 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alğı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir.

Misal 1: Tutaq ki, “AA” MMC on mərtəbəli bina tikməyi qərara alıb və bunun üçün müvafiq olaraq elanlar verib. Tikinti işləri başlayana kimi bir neçə vətəndaşdan müqavilə əsasında 200.000 manat vəsait əldə edib.

Sual: Bu halda MMC-nin aldığı vəsait gəlir sayılırmı və bunun xərci nə qədərdir?

“AA” MMC-nin vətəndaşlardan aldığı 200.000 manat gəlir sayılmayacaq. Vətəndaşlarla müqavilə imzalamasına baxmayaraq, faktiki olaraq heç bir tikinti aparılmadığına görə bu məbləğ gəlir sayıla bilməz və bunun da xərci yoxdur. Amma bu məbləğdən əlavə dəyər vergisi hesablanılıb ödənilməlidir.

Belə ki, Vergi Məcəlləsinin 13.2.12.-ci maddəsinə əsasən, bina tikən şəxs təqdim etmə həyata keçirirsə, bu məbləğ onun gəliri sayılmalıdır. Bundan əlavə, 13.2.10.-cu maddəyə görə, bina tikən şəxsin bağladığı hər hansı bir alğı-satqı müqaviləsi və ya kooperativin qərarı ilə mənzilin özgəninkiləşdirilməsi gəlir sayılır. Buradan belə nəticə çıxarıla bilər ki, bina tikmədən əldə olunan məbləğ gəlir sayılmalıdır. Ancaq Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən, gəlirlərin və xərclərinn formalaşması və tanınması üçün binanın hər hansı bir hissəsi və hər hansı bir mərhələsi tikilməlidir. Ona görə də misalda göstərilən 200.000 manat gəlir sayılmır.

Misal 2: Tutaq ki, “AA” MMC binanın bütün 10 mərtəbəsini vətəndaşlara satıb və satışdan 5.000.000 manat vəsait əldə edib. Faktiki olaraq isə 2020-ci ildə binanın ancaq 5 mərtəbəsini tikib yekunlaşdırıb və bunun satışından 2.900.000 manat əldə edib. Tikintinin smeta dəyəri 3.000.000 manatdır. 5 mərtəbənin faktiki tikintisi üçün 1.000.000 manat və torpaq sahəsinin alınması üçün 300.000 manat sərf edilib.

Sual: Bu zaman gəlirlər və xərclər necə formalaşır?

MMC-nin əldə etdiyi ümumi məbləğin 5.000.000 manat olmasına baxmayaraq, 2020-ci ildə gəlir kimi faktiki tikdiyi sahədən əldə etdiyi 2.900.000 manatı göstərəcək. Bundan əlavə, smeta dəyərinin 3.000.000 manat olmasına baxmayaraq, 2020-ci ildə xərc kimi faktiki çəkdiyi 1.000.000 manatı+ 300.000 manat torpağın dəyəri = 1.300.000 manat göstərəcək.

Beləliklə, bina tikintisində xərclər və gəlirlər faktiki yerinə yetirilmiş mərhələ üçün uçota alınır. Yerdə qalan daxilolmalar alınmış avans məbləğlər kimi, xərclər də gələcək dövrün xərcləri kimi uçota alınır və növbəti mərtəbələrdə və ya ilin sonunda binanın bir hissəsinin tikintisi yekunlaşdıqda yekunlaşan hissə üzrə gəlirlər və xərclər nəzərə alınır.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasiblər üçün olduqca faydalı 5 shortcut

posted in: Excel, Xəbər | 0

Mühasiblər üçün olduqca faydalı 5 shortcut.

Qəbul etməliyik ki, Excel-də işləyərkən ilk baxışda çox sadə görünən əməliyyatlar bəzən çox uzun zaman və əmək aparır. O səbəbdən, mümkün olan hər bir imkanda Excel-dəki çox rahat shortcut-lardan istifadə etmək hər zaman tövsiyə olunur. Bu gün, bu shortcut-lardan 5-i ilə tanış olacağıq.

1. Alt + E + S – Paste special dialoq qutusunun açılması

Bu kombinasiya böyük məlumat bazası, analitik cədvəllər, formullar istifadə edən professionalların daha çox istifadə etdiyi Paste Special dialoq qutusunun açılması üçündür.

shortcut

Əgər bu shortcutdan istifadə etməmiş olsaydıq, mouse düyməsinə sağ klikləyib ordan Paste Special seçməli olacaqdıq.

2. Ctrl + Shift + 8 – Cədvəli bütövlükdə seçmək
Bu shortcut ilə müəyyən aralıqların və ya bütöv cədvəllərin avtomatik seçilməsinə nail oluruq.

Məsələn aşağıdakı kimi bir cədvəli seçmək istəsək, təxminən belə bir şey etməli olacağıq.

shortcut

Bu, kiçik bir cədvəl olduğu üçün, çox da zaman itirmədik. Lakin cədvəllərin ölçülərinin ciddi şəkildə olduğu müasir dövrümüzdə eyni əməliyyatı edəcək Ctrl+Shift+8 shortcut-ı var. Necə rahatlıq gətirdiyinə aşağıdakı görüntüdən baxa bilərik. Cədvəlin istənilən xanasına gəlib Ctrl+Shift+8 basmağımız kifayət edəcəkdir.

shortcut

3. Alt + Down arrow key

shortcut

Mətn formatlı məlumat olan bir sütun olmuş olsun. Bu sütunun istənilən xanasına gəlib Alt + Down arrow key basdığımız zaman həmin sütunda daha əvvəl daxil edilmiş mətnlər drop-down list olaraq qarşımıza çıxacaq.

shortcut

Excel bundan əvvəl daxil etdiyimiz xanaları yadda saxlayaraq vaxta qənaət edə bilməmiz üçün hazır siyahı olaraq qarşımıza çıxarır. Bu, bir növ avtomatlaşdırılmış Drop-down list funksiyası daşıyır.

4. Alt + Enter – xana daxilinə ikinci sətirin əlavə edilməsi

Bəzən bir xananın daxilinə ikinci sətir əlavə etmək ehtiyacı olur.

shortcut

Məsələn, yuxarıdakı Product description sözünü soldakı kimi yazmaq istəsək, xana çox enli olmuş olacaq. Bunun əvəzinə, ikinci sözü bir sətir aşağı “ata” bilərik. Bunun üçün ilk sözün sonuna gəlib Alt+Enter klikləməyimiz kifayət olacaqdır.

5. Ctrl+Page down/Page up

Sheet-lər arası naviqasiya edərkən mouse-dan istifadəni minimallaşdırmaq üçün məhz bu kombinasiyadan istifadə edilməlidir. Ctrl düyməsi basılı tutularaq Page Down və Page Up düymələri ilə irəli-geri hərəkət etmək mümkündür.

shortcut

Müəllif: Elçin Xəlilov


Bax: