Muzdla çalışan işçilərin əmək haqqı artıb

posted in: Xəbər | 0

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 23 faiz artaraq 720 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmək haqqı neft-qaz sektorunda 3571 manat, qeyri neft-qaz sektorunda 657,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 627 manat, özəl müəssisələrdə isə 839,8 manat olub. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-da işləmək istəyənlər üçün yeni portal yaradıldı

posted in: Xəbər | 0

Ölkənin ən böyük işəgötürən təşkilatı olan Kapital Bank, burada işləmək arzusunda olanlar üçün növbəti yeniliyi təqdim edib. Belə ki, müxtəlif vakansiyalar üzrə namizəd olmaq istəyən şəxslər hr.kapitalbank.az portalına daxil olmaqla, özlərinə şəxsi kabinet yarada bilərlər.

Effektiv platformanın yaradılması üçün bir sıra vendorlardan təkliflər alınıb və nəticədə “Crocusoft” şirkəti bu layihə üçün seçilib. Portalı hazırlayarkən yüksək peşəkarlıq nümayiş etdirən şirkət, qarşısına qoyulan bütün texniki tapşırıqları operativ şəkildə, innovativ yanaşma ilə icra edib.

İstifadədə olduqca sadə olan portalda şəxsi kabinet yaradarkən namizədlər özləri barədə ətraflı məlumatları – ad, soyad, təvəllüd, ünvan, əlaqə vasitələri, təhsil, dil bilikləri, sertifikatlar və iş təcrübəsi qeyd etməlidirlər. Şəxsi kabinet hazır olduqdan sonra, namizədlər müxtəlif vakansiyalar üzrə Kapital Bank-a müraciət ünvanlaya bilərlər. Bankda olan bütün mövcud vakansiyalar barədə portalda ətraflı məlumatlar qeyd olunub.

Namizəd müəyyən vakansiyanı seçdikdən sonra, şəxsi kabinetdə ona uyğun olan digər vakansiyalar da avtomatik olaraq təqdim olunacaq. Bundan başqa iş sahələri üzrə açar sözlərindən istifadə etməklə portaldakı müxtəlif vakansiyalar üzrə axtarışlar da vermək mümkündür.

“Bildiyiniz kimi Kapital Bank ölkə bankları arasında ən çox əməkdaşı olan maliyyə qurumudur. Belə bir portalı yaratmaqda məqsəd həm yeni namizədlərin müraciət prosesini asanlaşdırmaq, həm də bank üçün müəyyən bir elektron namizəd bazasının yaradılmasıdır. Pandemiya dönəmində onlayn platformaların yaradılması olduqca önəmlidir. Artıq xeyli müddətdir ki, Kapital Bank-ın HR komandası  namizədlərlə olan müsahibələri Zoom proqramı üzərindən, onlayn formatda keçirir. Həmçinin bankdaxilində olan bir sıra proseslər də onlayn platformaya keçirilərək, məsafədən istifadəyə şərait yaradıb”, – deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova qeyd edib.

Qeyd edək ki, yeni portalda Kapital Bank-da olan iş mühiti, komanda ruhu, dəyərlər, eyni zamanda karyera qurmaq üçün məsləhətlər, faydalı məlumatlar, məqalələr yerləşdirilib. Əgər Siz də Kapital Bank ailəsinin üzvü olmaq, karyeranızı ölkənin birinci bankında başlamaq və ya davam etdirmək istəyirsinizsə, hr.kapitalbank.az portalına daxil olub, qeydiyyatdan keçə bilərsiniz.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyada milyonlarla uşaq yoxsulluq həddinin altına düşüb

posted in: Xəbər | 0

bank əmanətləri, itki, Rusiya iqtisadiyyatının itkiləri,2018-ci ilin məlumatlarına görə, Rusiyada hər beş uşaqdan biri (23 faiz) yoxsulluq həddinin altına düşüb. Milyonlarla uşaq yaşayış minimumundan aşağı gəlirləri olan ailələrdə yaşayır. Bu haqda Rusiya statistika komitəsinin (Rosstat) “Yoxsulluğun sosial-iqtisadi indikatoru” tədqiqatlarına əsasən RBK nəşri yazıb.

2018-ci ilin yekunlarına görə uşaqlar da daxil olmaqla, 18,4 milyon nəfər (12,6 faiz) yoxsulluq həddinin altında yaşayırlar. Uşaqlar arasında yoxsulluğun ən yüksək səviyyəsi (49,4 faiz) çoxuşaqlı ailələr kateqoriyasına və aztəminatlı kənd ailələrində yaşayanlara (40,6 faiz) düşür. Belə ailələrdə gəlir orta hesabla bir nəfər üçün ayda 7,5 min rubl təşkil edir.

Uşaq yoxsulluq səviyyəsi 2015-ci ildə kəskin şəkildə, 27,4 faizə qədər yüksəlsə də, sonradan azalmağa başlamışdı. Lakin pandemiyaya görə göstərici 2020-ci ildə qaçılmaz olaraq artacaq. Amma, pandemiya dövründə uşaqlı ailələrə ödənişlər itirilmiş gəlirlərin bir hissəsini kompensasiya edə bildi. Mütəxəssislər qeyd edirlər ki, Rusiyanın özəlliyi ondadır ki, işçi vətəndaşlar da yoxsulluq riski altına düşürlər. 2020-ci ilin yekunlarına görə yoxsulluğun səviyyəsi 13,8 faizə qədər artacaq, iqtisadçılar belə proqnozlaşdırırlar.

Rusiyada iyun ayının 1 – dən etibarən orta gəliri yaşayış minimumundan aşağı olan ailələrə üç yaşdan yeddi yaşadək olan uşaqlar üçün müavinətlərin ödənilməsinə başlanıb. Ödəniş məbləği ayda təxminən bir işaq üçün 5,5 min rubldur.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yeddi ayda vergi daxilolmaları artıqlaması ilə icra olunub

posted in: Xəbər | 0

vergi güzəştləri, ƏDV-nin qaytarılması,Yanvar-iyul aylarında vergi daxilolmaları 103,5 faiz icra olunub.

Bu sözləri avqustun 15-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirilib ki, sosial sığorta ödəmələri üzrə müəyyən olunan proqnoz tapşırıqları isə 113,2 faiz icra edilib. Baş verən artımın əsas səbəblərindən biri aparılan şəffaflaşma siyasətidir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun