İxrac prosedurlarına dair onlayn təlim keçirilib

posted in: Xəbər | 0

kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sahibkarlıq subyektləri üçün “Malların daxildə emal xüsusi gömrük proseduru ilə rəqabətqabiliyyətli ixrac imkanları” mövzusunda onlayn təlim keçirilib.

60-dan çox xarici ticarət fəaliyyəti iştirakçısı olan KOB subyektinin iştirakı ilə keçirilmiş onlayn təlimdə İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri Azərbaycan Respublikasının ticarət qanunvericiliyi, malların daxildə emal xüsusi gömrük proseduru ilə yerləşdirilməsi və müvafiq icazənin verilməsi, hüquqların və öhdəliklərin digər şəxslərə verilməsi qaydaları, idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan vergi və gömrük güzəştləri, bir sıra inkişaf etmiş ölkələr tərəfindən təqdim olunan ümumiləşdirimiş preferensiyalar sistemi (GSP) haqqında məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

VLOOKUP funksiyasındakı son komponentin (TRUE & FALSE) vacibliyi

posted in: Excel, Xəbər | 0

VLOOKUP funksiyası-ndan o qədər çox istifadə etmişik ki, onun ən vacib komponenti olan, sondakı TRUE / FALSE komponentinin hansı anlam daşıdığı haqqında heç vaxt düşünməmişik. Halbuki, funksiyanın bəlkə də ən kritik əhəmiyyətə malik hissəsi məhz odur.

1. Sıralanmış siyahılarda VLOOKUP

Nə qədər qəribə səslənsə də, axtarılan dəyərə aid diapazonun əlifba sırasına görə sıralanıb-sıralanmaması, nəticəyə ciddi təsir göstərəcəkdir. Məsələn, yuxarıdakı misalımızda, saat markaları əlifba sırasına görə sıralanmışdır və belə olan halda, gəlin, TRUE və ya FALSE komponentinin hansı nəticəni verəcəyinə baxaq.

FALSE (Exact match) = İlk nəticə
Son komponent olaraq FALSE, və ya sıfır yazsaq, kriteriyanı təmin edən ilk nəticə görüntülənəcəkdir. Bu, VLOOKUP funksiyası-nın alışıq olduğumuz, ənənəvi istifadə qaydasıdır.

 

TRUE (Approximate match) = Son nəticə

TRUE/FALSE komponenti ümumiyyətlə daxil edilməsə, Excel avtomatik olaraq bunu TRUE, yəni 1 olaraq qəbul edəcəkdir. Və sıralanmış diapazonlarda TRUE komponenti hər zaman ən sonuncu nəticəni gətirəcəkdir.

Bir başqa deyişlə, 4-cü komponent olaraq heç nə daxil etməməklə, TRUE daxil etmək tamamilə eyni nəticələri verəcəkdir.

Məsələn, praktik bir misal ilə açıqlayası olsaq, FIFO (First-In, First-Out) sistemi ilə ehtiyatları qiymətləndirən şirkətlər 4-cü komponent olaraq FALSE, LIFO (Last-In, First-Out) sistemi ilə işləyənlər isə, TRUE komponentindən istifadə etməklə, eyni mala aid birdən çox dəyər olduğu halda, ən birinci və ya ən sonuncu dəyərin nə olduğunu müəyyən edə bilərlər.

2. Sıralanmamış siyahılarda VLOOKUP

Əlifba sırasına görə sıralanmamış diapazonlarda FALSE komponenti hər zaman kriteriyanı təmin edən ilk nəticəni gətirəcəkdir.

Əlifba sırasına görə sıralanmamış diapazonlarda TRUE komponenti isə, bir az təhlükəlidir, çünki əksər hallarda səhv nəticə ilə qarşı-qarşıya olacağıq.

Yuxarıdakı misaldan da görürük ki, Patek Philippe saat markasını sıralanmamış diapazon daxilində TRUE (yəni 1) komponenti ilə axtarsaq, o zaman o markaya aid olmayan bir dəyərlə qarşılaşacağıq. Formul bizə 150 nəticəsini verdi, halbuki o saata aid cəmi 2 dəyər var: 100 və 130.

NƏTİCƏ

Nəticə olaraq, əsas 2 prinsip nəzərdə tutulmalıdır:

1. Məcbur qalmadıqca, 4-cü komponent olaraq hər zaman FALSE (və ya 0) istifadə edilməlidir.

2. Məcbur TRUE komponentindən istifadə etməli olduqda isə, axtarılan dəyərin içində olduğu diapazonun məntiqi ardıcıllıqla sıralanmış olmalı olduğudur.

Müəllif: Elçin Xəlilov


Bax: 


Xaricdə göstərilən xidmətə görə ödəniş zamanı ÖMV və ƏDV tutulmalıdır?

posted in: Vergi, Xəbər | 0

məhdudiyyət bölüşdürülməmiş mənfəətXaricdə göstərilən xidmətə görə ödəniş zamanı ÖMV və ƏDV tutulmalıdır?

Sual: Azərbaycanda fəaliyyət göstərən “X” MMC-yə Türkiyə Respublikasındakı “Y” müəssisəsi dizayn işləri görürsə, müvafiq MMC tərəfindən “Y” müəssisəsinə köçürmə edərkən, ƏDV və ÖMV yaranırmı və ya bu tip əməliyyatda vergi münasibətləri necə tənzimlənir? Köçürmə edən müəssisənin hansı növ vergi öhdəlikləri yaranır?
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilən xidmətlər bu xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda isə həmin daimi nümayəndəliyin olduğu yerdə ƏDV-yə cəlb edilir.

Belə ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda isə bu maddənin məqsədləri üçün işlərin görüldüyü və xidmətlərin göstərildiyi yer sayılır.

Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən dizayn xidmətlərinin Azərbaycanın rezidenti olan hüquqi şəxsə təqdim edilməsi Vergi Məcəlləsinin 168.1.5-ci maddəsi ilə müəyyən edilmiş hüquqların mülkiyyətə verilməsi xidmətlərinə aid edilməli və bu Məcəllənin 169-cu maddəsinə uyğun olaraq vergi agenti proqram təminatından istifadə hüququnun alınmasına görə qeyri-rezidentə ödəməli olduğu məbləğə ƏDV hesablamalı və dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən, qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan Azərbaycan mənbəyindən olan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan müvafiq dərəcə ilə vergi tutulur.

Buna əsasən dizayn xidmətlərinin göstərilməsi ilə bağlı qeyri-rezidentə ödənilən məbləğdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalı və dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

Mənbə: taxes.gov.az


Bax:


PAŞA Bank sahibkarlara dövlət dəstəyi proqramı çərçivəsində sürətli krediti tam onlayn şəkildə verən ilk bank oldu

posted in: Xəbər | 0

PAŞA Bank, kredit,Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank, pandemiya nəticələrindən təsirlənən müəssisələrə Dövlət Proqramı çərçivəsində sürətli onlayn kredit verən ilk maliyyə qurumu oldu. Kreditin alınmasında, ilkin ərizə və sənədlərin təqdim edilməsindən başlayaraq vəsaitlərin verilməsinə qədər olan bütün proses müştərinin Bankın filiallarına gəlməsinə ehtiyac olmadan məsafədən, tamamilə onlayn rejimdə həyata keçirilir. Kreditlə bağlı qərar 2 iş günü ərzində verilir.

Qeyd edək ki, PAŞA Bank Sahibkarlığın İnkişafı Fondu ilə birgə bizneslərə Dövlət dəstək proqramının icrasına iyul ayında başlayıb. Dövlət proqramının icrası müddətinə biznes kreditləri sahibkarlara daha aşağı faizlə təklif olunacaq. Belə ki, 36 ayadək verilən biznes kreditlərinin faizləri 16.5%-dən 7.5%-ə endirilib.

Sahibkarlar subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə iki növ kredit üçün müraciət edə bilərlər: sürətli və ənənəvi növ. Borcalanın kredit ödəmə imkanlarını qiymətləndirmək üçün yenilənmiş və avtomatlaşdırılmış proses sayəsində PAŞA Bank bazarda ilk bank olaraq bu platformada 200 min manata qədər sürətli kredit verilməsini təklif edir. Bundan əlavə, kreditin ayırılması haqqında qərar hesabın açılması və əlavə sənədin təqdim olunması tələb edilmədən verilir. Kreditin alınması üçün girov tələb olunmur.

Bu, pandemiya səbəbilə biznesdə yaranmış durğunluğu aradan qaldırmaq və biznesi daha da inkişaf etdirmək üçün əla fürsətdir!

Müraciət etmək üçün keçid: https://www.pashabank.az/sme_banking/az/online_business_loan_order/  

*Kreditin verilməsi prosesində “Öz Müştərini Tanı” prinsiplərinə riayət edilir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun