İqtisadiyyat Nazirliyində yeni kadr təyinatları aparılıb

posted in: iqtisadiyyat, Xəbər | 0

İqtisadiyyat Nazirliyində yeni kadr təyinatları aparılıb

iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,Azərbaycanda həyata keçirilən davamlı islahatlar, həmçinin ölkə iqtisadiyyatının pandemiya səbəbilə son dövrlərdə üzləşdiyi proseslər İqtisadiyyat Nazirliyi qarşısında yeni çağırışlar yaradıb. İqtisadi proseslərin yeni prinsiplər əsasında inkişafı idarəetmənin effektivliyinin və çevikliyinin artırılmasını, müasir bilik və menecment bacarıqlarına malik kadrların idarəetməyə cəlb olunmasını tələb edir.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

Məlumatda həmçinin qeyd olunur ki, İqtisadiyyat Nazirliyi qarşısında müəyyən edilmiş vəzifələrin operativ və səmərəli şəkildə həyata keçirilməsi və idarəetmə sisteminin peşəkar kadrlarla gücləndirilməsi məqsədilə İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Allahverdi Paşayev İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib.

Allahverdi Paşayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb, müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin may ayından yeni vəzifəyə təyin edilənədək isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru olub.

Qeyd edək ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsi isə Ülvi Mansurova həvalə edilib.

Ülvi Mansurov 2012-2015-ci illərdə Britanıyanın Uorvik Universitetində təhsil alıb, “Warwick Business School” proqramının məzunudur. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, “Bank Technique” İdarə Heyətinin sədri, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədr müavini, “Azərpoçt” MMC-nin baş direktoru vəzifələrində çalışıb. Son təyinatına qədər isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Audit Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın ən varlı adamı öz şirkətinin səhmlərindən xilas olub

posted in: Xəbər | 0

koronavirusun mərkəzi,Dünyanın ən varlı adamı və Amazon şirkətinin sahibi Jeff Bezos  öz şirkətinin milyona yaxın səhmini 3,1 milyard dollara satıb. Bu haqda Forbes jurnalı məlumat verib.

Vergiləri ödədikdən sonra Bezos təxminən 2,4 milyard dollar qazanc əldə edib. Sövdələşmə 3-4 avqust arası baş tutub. Bundan bir neçə gün əvvəl isə Amazon ötən ilin eyni dövrü ilə müqayisədə rüblük qazancın 40 faiz həcmində yüksəlişi barədə hesabat vermişdi. Səhmlərin hər birinə görə təmiz qazanc 10,3 dollar təşkil etmişdi.

Bu il ərzində Amazon şirkətinin yaradıcısı artıq 4,1 milyard dollarlıq səhmləri satıb. Yalnız yanvar ayından bu yana Bezos qiymətli kağızlara görə 7,2 milyard dollar qazanc əldə edib. İndiki an üçün şirkətin 54 milyon səhmi Amazon rəhbərinə məxsusdur. Onun sərvəti hazırda 190 milyard dollar dəyərində qiymətləndirilir.

Amerikalı iş adamı artıq bir neçə ildən sonra dünyanın ilk trilyonerinə çevrilə bilər. Ekspertlər bunun artıq 2026-cı ildə baş verə biləcəyini əminliklə söyləyirlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Baş nazir tapşırıq verdi – Bu şəxslərin işləməyi qadağan edilsin

posted in: Xəbər | 0

Baş nazir Əli Əsədov Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub ünvanlayıb.

Məktubda bildirilir ki, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi sizə tapşırılır:

1. İclasların, müşavirələri və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil və internet vasitəsilə keçirməsinə üstünlük verilsin;

2. Mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın;

3. 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin;

4. İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin;

5. Xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən operativ qərargaha əsaslandırılmış  rəsmi müraciət edilsin;

6. Əməkdaşların xarici ölkələrə rəsmi səfərləri dayandırılsın;

7. Vətəndaş qəbulu ilə əlaqədar aşağıdakı qaydalara riayət edilsin:

7.1 qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulların təxirə salınsın;

7.2 yerlərdə səyyar qəbulların keçirilməsi dayandırılsın;

7.3 vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və və telefon rabitəsi vasitəsilə həyata keçirilsin, bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilsin, habelə qaynar xətlərin fasiləsiz fəaliyyəti təmin edilsin;

7.4 vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşlar müəyyən edilsin;

7.5 mümkün olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil edilsin;

7.6 göstərilən tədbirlər barədə vətəndaşların məlumatlandırılması təmin edilsin;

7.7. mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumları vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşsınlar.

8. Əməkdaşlara sosial məsuliyyəti davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri tapşırılsın.

9. Yuxarıda qeyd olunan müddəalar hüquqi mühafizə və hərbi xidmət orqanlarına, dövlət əhəmiyyətli və həyta təminatlı obyektlərə, fasiləsiz iş rejimində fəaliyyət göstərən müəssisələrə, səhiyyə və digər tibb müəssisələrinin işçilərinə şamil edilmir.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fərdi sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanılıb

posted in: Maliyyə, Xəbər | 0

ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıAzərbaycan Respublikası Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyi göstərilməsi barədə müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fərdi (mikro) sahibkarlar üçün vəsaitlərin köçürülməsi ilə bağlı prosesə start verilib. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində belə dəstəyə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir.

Avqustun 11-dən başlayaraq, ikinci mərhələ çərçivəsində 49.421 fərdi (mikro) sahibkarın bank hesablarına maliyyə dəstəyi köçürülməsinə başlanılıb. Birinci mərhələdən fərqli olaraq, bu dəfə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçirilir.
Qeyd edilməlidir ki, fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyinin göstərilməsi proqramının birinci mərhələsi çərçivəsində indiyədək daxil olmuş və təsdiqlənmiş 111.209 müraciət üzrə maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün təqdim edilib. Təsdiq olunmuş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 milyon manat təşkil edir. Artıq birinci mərhələ çərçivəsində 63,55 milyon manat vəsaitin 106.907 nəfər fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub.

Yaxın zamanlarda isə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi prosesinə başlanılacaq. Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun