Zərərin növbəti illərə keçirilməsi

posted in: Xəbər | 0

vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Bəzən müxtəlif səbəblərdən müəssisənin il ərzində gəlirdən çıxılan xərcləri müəssisənin il ərzində əldə etdiyi gəlirlərindən artıq olur və müəssisə cari ili zərər ilə başa vurur. Mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, bu cür hallarda vergi ödəyicisi, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, il ərzində gəlirlərin çıxılmasına icazə verilən xərclərin gəlirdən artıq olan hissəsini, yəni cari ilin zərərini növbəti beş il ərzində mənfəəti hesabına kompensasiya edə bilər.

Misal 1: Tutaq ki, mənfəət vergisi ödəyicisi olan müəssisə 2018-ci ili 25.000 manat zərər ilə, 2019-cu ili isə 55.000 manat mənfəətlə başa vurur. Bu halda vergi ödəyicisinin hüququ vardır ki, 2018-ci ilin zərərini çıxsın 2019-cu ilin mənfəətindən və qalan məbləğə mənfəət vergisi hesablansın. Nəticədə 2019-cu il üçün mənfəət vergisi=55.000 manat(2019-cu ilin mənfəəti)-25.000 manat(2018-ci ilin zərəri)=30.000 mənfəət*20%=6000 manat.

Lakin nəzərə almaq lazımdır ki, vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olduğu illərdə yaranmış zərərləri mənfəət vergisi ödəyicisi olduğu dövrdə qazandığı mənfəəti hesabına konpensasiya edə bilməz.

Misal 2: Tutaq ki, 2019-cu ilədək sadələşdirilmiş vergi ödəyicisi, 1 yanvar 2019-cu il tarixdən mənfəət vergisinin ödəyicisi olmuş müəssisə 2018-ci ili 20.000 manat zərər ilə, 2019-cu ili 60.000 manat mənfəətlə başa vurmuşdur. Belə olan halda vergi ödəyicisinin, sadələşdirilmiş vergi ödəyicisi olduğu 2018-ci ilin zərərini 2019-cu ilin mənfəəti hesabına kompensasiya etmək hüququ yoxdur. Ona görə də 2019-cu il üçün mənfəət vergisi 12.000 manat(60.000.00 manat *20%) təşkil edir.

Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən, əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq edildikdə bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. Həmçinin vergi ödəyicisi tərəfindən əsas vəsaitlər üzrə çəkilmiş faktiki təmir xərcləri Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən edilmiş təmir normalarından az çəkildikdə növbəti vergi illərində müəyyən edilmiş hədd məbləğinə əvvəlki ildən qalan fərq əlavə edilir. Lakin vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olduğu illərdə gəlirindən çıxmadığı amortizasiya məbləğini və illik norma üzrə faktiki olaraq istifadə etmədiyi təmir xərci üzrə ehtiyatını mənfəət vergisi ödəyicisi olduğu dövrdə əldə etdiyi gəlirləri hesabına kompensasiya edə bilməz.

Misal 3: Tutaq ki, müəssisənin balansında sadələşdirilmiş vergi ödəyicisi olduğu 2018-ci ildə əvvəlki ilin sonuna qalıq dəyəri 20.000 manat məbləğində maşın və avadanlıq vardır. Müəssisə bu avadanlıq üçün faktiki olaraq 200 manat məbləğində təmir xərcləri çəkmişdir. Nəzərə alsaq ki, maşın və avadanlıqlar üzrə illik təmir xərci norması, Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, həmin əsas vəsait üzrə əvvəlki ilin sonuna qalıq dəyərinin 5%-i məbləğindədir, o zaman vergi ödəyicisinin 2018-ci il üzrə təmir xərci üçün norması 1000 manat(20000.00 manat*5% təmir xərci norması) məbləğindədir. Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən vergi ödəyicisinin normadan az istifadə etdiyi 800 manat ehtiyat məbləğini (1000 manat norma üzrə təmir xərci-200 manat faktiki təmir xərci) növbəti vergi illərində istifadə etmək hüququnun olmasına baxmayaraq, ehtiyat məbləği o, 2018-ci ildə sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə əldə etdiyi, 2019-cu ildə isə mənfəət vergisi ödəyicisi olduğu üçün Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən əvvəlki gəlirləri hesabına kompensasiya edə bilməz.

Lakin bir məsələyə diqqət etmək lazımdır: ola bilər ki, vergi ödəyicisi 1 iyul 2019-cu ildə Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən 2018-ci il yanvarın 1-dən etibarən könüllü olaraq ƏDV qeydiyyatına alınmaq üçün ərizə ilə müraciət edir və həmin tarixdən həm ƏDV ödəyicisi, həm də mənfəət vergisi ödəyicisi kimi qeydiyyatda olur. Bu halda vergi ödəyicisinin 2018-ci il üzrə yaranan zərəri, normadan az istifadə etdiyinə görə yaranan amortizasiya və təmir xərci üzrə fərq məbləğlərini 2019-cu ilin gəlirləri hesabına kompensasiya etmək hüququ vardır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorun peşəkar fəaliyyətinin effektivliyinin psixoloji amilləri (IV hissə)

posted in: Audit, Xəbər | 0

Auditorun peşəkar fəaliyyətinin effektivliyinin psixoloji amilləri (IV hissə)

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Auditorun peşəkar fəaliyyətinin səmərəliliyinin hər bir göstəricisi işçinin fərdi keyfiyyətlərinin ayrıca altsistemi ilə təmin olunduğundan, auditorun fərdi peşəkar inkişaf potensialı müxtəlif psixoloji amillərin alt sistemlərindən yaranır ki, bu da səmərəli peşəkar fəaliyyəti və peşəkarlığın inkişafını təmin edir. Bu zaman nəzərə almaq lazımdır ki, əməkdaşın peşəkarlığının artması onun əməyinin səmərəliliyinin artırılmasında öz əksini tapır. Lakin əgər peşəkar fəaliyyətin səmərəliliyinin ayrıca götürülmüş göstəriciləri artsa da, nəzərə almaq lazımdır ki, onların artım səviyyəsi müxtəlif olacaq.

Qarşıya qoyulmuş məqsədə nail olmaq zamanı biz psixoloji amilləri vurğuladıq və bu amillər auditorun ümumi fəaliyyətinin səmərəliliyinin müxtəlif tərkib hissələrinə statistik olaraq töhfəni dəqiq müəyyənləşdirdi. Bu amillər aşağıdakı alt sistemlərdə birləşdirilmişdir:

  • auditorun idrak bacarıqlarının altsistemi;
  • normativ-motivasion altsistem;
  • şəxsiyyətin emosional-iradəli sabitliyinin altsistemi;
  • kommunikativ səlahiyyətlilik altsistemi.

Əməliyyat sistemi ekspert qiymətləndirilməsi zamanı işçinin peşəkarlıq səviyyəsini özündə əks etdirir ki, bu da onun obyektlə, əmək predmeti və əmək vasitələri ilə, eləcə də həmkarları ilə qarşılıqlı əlaqəsinin qiymətləndirilməsini ehtiva edir.

Ümumilikdə, aparılan tədqiqatlar nəticəsində dörd altsistem üzrə peşəkar fəaliyyətin mürəkkəb şəraitini nəzərə alaraq, auditorun peşəkar cəhətdən mühüm keyfiyyətləri müəyyən edilmiş və sıralanmışdır.

Birinci altsistem – auditorun idrak qabiliyyətlərinin altsistemidir. Hansı ki, aşağıdakı psixoloji keyfiyyətlərin mövcudluğunu nəzərdə tutur: analitik ağıl; məhsuldarlıq, kritiklik, çeviklik və təfəkkürün proqnostikliyi; geniş yaddaş, yüksək konsentrasiya və diqqətin keçidliyi; zəruri məlumatların tez aktuallaşdırılması qabiliyyəti; nəzəri və praktiki intellektin yüksək inkişaf səviyyəsi.

İkinci altsistem – hətta peşəkar fəaliyyətin mürəkkəb şəraitində auditorun davranış normativliyi ilə bağlı normativ-motivasiya altsistemi: öhdəlik, məsuliyyət və dürüstlük; artan iş qabiliyyəti; əzmkarlıq və məqsədyönlülük; dürüstlük və prinsipiallıq; müvəffəqiyyət əldə etmək üçün motivlərin hökmranlığı.

Üçüncü altsistem – şəxsiyyətin emosional-iradi dayanıqlılığı: özünənəzarət və özünü toparlama; həyəcanlılığın orta səviyyəsi; sinir sisteminin inkişaf etmiş adaptiv xüsusiyyətləri (güc, tarazlıq, hərəkətlilik) və uzun, sıx fiziki və zehni aşırı vəziyyətlərdə dözümlülük.

Dördüncü altsistem – auditorun kommunikativ vəzifələri: adekvat özünüdəyərləndirmə; nitq mədəniyyətinin inkişafı, xüsusilə yazılı; həmkarları ilə psixoloji əlaqə qurmaq və saxlamaq bacarığı; münaqişə vəziyyətlərində adekvat davranış xəttini seçmək və aparmaq, kommunikativ qarşılıqlı fəaliyyət strategiyası yaratmaq bacarığı; ünsiyyət prosesində kommunikativ və psixoloji maneələri dəf etmək bacarığı.


V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

Şəhid ailəsi üçün təminatlar, Fərdi sahibkarlar, əmək haqqı, müəllimlərin maaşı, büdcə daxilolmaları, ehtiyac meyarının məbləği, təqaüd, əmək haqqı, sosial müavinət,Pensiya, əmək haqqı, emek, orta aylıq əmək haqqı, əmək haqları əmək haqqıBu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 23% artaraq 720 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

İyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 81,4 min nəfər və ya 5% artaraq 1695,1 min nəfər olub. Onlardan 922,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,5%-i təhsil, 18% ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,2%-i tikinti, 8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nazirlikdən sığortaolunanlarla bağlı yeni addım

posted in: Xəbər | 0

Birdəfəlik ödəmə, işsizlikdən sığorta, orta aylıq pensiya, Əlillik, əmək qanunvericiliyi, hüquq pozuntuları, 190 manat, Əmək müqaviləsinin forması, 190 manat, Məşğulluq xidmətləri, pensiya, əmək məzuniyyəti, Ünvanlı sosial yardım, məzuniyyət, işəgötürən, işəgötürənlər, əmək, əlilliyi olan şəxslər, ƏƏSMN, qeyri-iş günləri, Pensiya ilə bağlı yeni qanun, pensiya, MDSS, işsizlik sığortası üzrə rekvizitlər, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlar“Sığortaedənlər 2006-2009-cu illərdə ödənilən, lakin işçilərin fərdi hesabları üzrə bölüşdürülməmiş vəsait həmin işçilərin fərdi hesablarına yerləşdirib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, toplanan 1,1 milyard manat vəsaitin 75 faizi artıq vətəndaşların fərdi hesablarına bərkidilib:

“Bu da fərdi hesablar üzrə uçotun mərkəzləşdirilməsinin tam təmin edilməsi nəticəsində mümkün olub. Bu addım həmin fərdi hesabların sahibləri olan işçilərin gələcək pensiya təminatına, pensiya artımına, daha çox pensiya almalarına kömək edəcək. Vəsaitin fərdi hesablar üzrə bölüşdürülərək həmin hesablara yerləşdirilməsi prosesi yaxın vaxtlarda yekunlaşacaq”.

Qeyd edək ki, fərdi uçot sistemində hər bir işçinin fərdi şəxsi hesabı mövcuddur. Bu hesabda toplanan vəsait sığortaolunanın pensiya hüququnun formalaşmasında, habelə bu hüquq yarandıqda pensiyasının məbləğinin müəyyən edilməsində əsas rola malikdir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun