Pandemiyadan sonra iş, səyahət və əyləncələr necə olacaq? (I hissə)
Artıq indidən aydındır ki, özünütəcriddən sonra bizim həyat tərzimiz əvvəlki tək olmayacaq. Karantin bitəndən sonra hamı necə işləyəcək, alış-verişi necə edəcək, necə qidalanacaq, səyahətə necə gedəcək və necə əylənəcək, bax, bunu araşdırmağa çalışdıq.
İş necə dəyişəcək?
İş yerlərinin layihələndirilməsinin özü artıq dəyişəcək. Opens-peyslərin sayının azalacası ehtimalı var. Onların əvəzinə isə daha çox kamera tipli kabinetlər sistemi gələcək.
Bunu etmək mümkün olmayan yerlərdə iş yerlərinin işarələnməsi (stollar arasında arakəsmələr, döşəmədə və s. işarələr) həyata keçiriləcək. Bunların həddən ziyadə formal görünməməsindən ötrü iş məkanlarının dizaynerləri orqanik şüşələrdən olan şəffaf arakəsmələrdən və döşəmələrdə üzərində xüsusi həndəsi naxışları olan xalçalardan istifadə etməyi təklif etməyə hazır olacaqlar. Əməkdaşlar da sosial distansiyanın qayğısına qalmağa başlayacaqlar.
Ümumilikdə, çoxlu sayda insanların bir məkanda toplanmasına gətirib çıxaran müşavirələrin və digər iş tədbirlərinin sayları azaldılacaq. Digər bir variant isə – belə görüşlərin karantin rejimi qurtarandan sonra da onlayn rejimdə keçirilməsi ola bilər.
Müdafiə vasitələri
Ən azından işə getdikdən sonrakı ilk aylar ərzində bir çox sahibkarlar, əməkdaşları maska taxmağı və temperaturu daim ölçməyi məcbur edəcəklər.
Eləcə də ofislər əlləri yumaq üçün əlavə dezinfeksiyaedici vasitələrlə təchiz olunacaq, təmizlik işlərinin sayı artırılacaq və nəzarətedici orqanın tövsiyələri əsasında iş yerləri daha tez-tez havalandırılacaq. Bəzi məkanlarda ola bilsin ki, kondinsioner sistemi vasitələri tam şəkildə dəyişdiriləcək və havanın daha güclü şəkildə filtrasiyası həyata keçiriləcək.
Çox güman ki, yeni ofis binaları artıq tamamilə fərqli hava dövriyyəsi sistemi ilə layihələndiriləcək. İndi biznes-mərkəzlərinin əksəriyyətində bu qapalı sistemdir: indiki sistemlər küçədən təmiz havanı içəri verməyərək, yalnız otaqlardakı “köhnə” havanı dövr etdirməklə məşğuldur. Bu çatışmazlıq tədricən aradan qaldırılacaq. Belə ki, təcrübə sübut edib ki, bu əməkdaşların xəstələnməsi səviyyəsinə təsir göstərir.

Bu il sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib ki, ötən dövr ərzində dövlət başçısının tapşırığı ilə ünvanlı sosial yardım proqramının əhatə dairəsi genişləndirildi. Hazırda 84 min ailənin 350 min üzvü bu yardımla əhatə olunub.
Kapital Bank əhalinin nağd pula olan tələbatını qarşılamaq məqsədilə yeni güzəştli kredit aksiyası təqdim edir. Rəsmi gəliri olan hər kəs, aksiya çərçivəsində Kapital Bank-dan hər 1000 manat kredit məbləği üçün, ayda cəmi 33 manat ödəniş edə bilər.
Xüsusi karantin rejiminin zəruri qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 7-8 avqust tarixlərində keçirilmiş monitorinqlər zamanı Nəsimi rayonunda “Oba Market”də, “Usuplu”, “Ellips-Z” MMC-lərə məxsus ticarət obyektlərində, Zemfira Əliyevaya məxsus şirniyyat mağazasında, Mərifət Alıyevə məxsus tikinti malları, “İnteqral” QSC-yə məxsus telefon mağazalarında, Nərimanov rayonunda “Nur Market”də, “Arzu Market”də, “Çanakkale Seramik” santexnika satışı mağazasında, “Bamboo Tekstil”də, İlkin Novruzova məxsus “Balıq satışı” mağazasında, Arzu Kərimliyə məxsus gözəllik salonunda, Səbail rayonunda “La Room Butik”, “Hit Woman” mağazalarında, “Totu Market”də, “Fatimə Market”də, “Miks Mağazası”nda, Azər Əlizadəyə və Elidə Ağasiyevaya məxsus gözəllik salonlarında,