Exceldə formul xətaları (formula errors) – #DIV/0! #REF! #NUM!

posted in: Excel, Xəbər | 0

Exceldə formul xətaları (formula errors) – #DIV/0! #REF! #NUM!

Exceldə formul yazarkən bəzi hallarda qarşımıza xəta mesajları çıxır. Hər birinin nə mənaya gəldiyini bilsək, problemi daha tez aradan qaldıra bilərik. Gəlin, qarşımıza çıxan xəta mesajlarını bir-bir ələ alaq.

Exceldə formul xətaları

#N/A

Bu xəta daha çox lookup funksiyaları istifadə edilərkən qarşımıza çıxır.  Lookup funksiyaları hər hansı bir məlumat bazasından müəyyən kriteriyaya uyğun gələn hər hansı bir məlumatın gətirilməsi zamanı istifadə olunur.


#DIV/0!

Xəta mesajları arasında nə olduğu ən asan anlaşılan xətadır. Hər hansı bir ədədi sıfıra böldüyünüz zaman qarşınızda bu xətanı görəcəksiniz.

#NAME!

Hər hansı bir formulun adı düzgün daxil edilmədiyi zaman qarşımıza NAME xətası çıxacaq. Məsələn, AVERAGE  funksiyasını səhvliklə AVERAEG olaraq daxil etsəniz, qarşınızda bu xəta mesajını görəcəksiniz. Və ya hər hansı bir aralığın cəmini hesablamaq istədiyinizdə, məsələn, SUM(A5:A23) əvəzinə A5 və A23 arasına : işarəsini qoymağı unudub SUM(A5A23) yazsanız, yenə eyni xətayla üzləşəcəksiniz.

Exceldə formul xətaları

#REF!
Fərz edin ki, A3, B4 və A5 xanalarındakı 3 ədədi  cəmləmək istəyirsiniz. Bunun üçün yazacağınız formul  – SUM(A3;B4;A5) olacaqdır.

Enterə klikləyirsiniz. Lakin daha  sonra B sütununu bütünüylə silmək qərarına gəlirsiniz. Az öncə yazdığımız formuldakı B4 xanası da bu silmə əməliyyatı ilə birgə silinmiş olur və cəmləmə əməliyyatımız avtomatik  #REF! xətasını verəcəkdir.

#NUM!

Əgər xanadakı ədəd xanaya sığmayacaq uzunluqda isə, o zaman Excel bu cür xəta mesajı verəcək. Məsələn hər hansı bir xanaya 20-nin 300-cü dərəcəsini hesablamaq üçün = 20^300 yazıb Enter düyməsinə bassaq, NUM xətasını görəcəyik. Çünki nəticə o qədər uzundur ki, Excel xanasına yerləşmir.

#VALUE!

VALUE xətası siz rəqəmsal funksiyaya mətn xarakterli məlumat daxil etdiyinizdə çıxır. Məsələn “klm” və “mno” məlumatlarını cəmləmək istəsəniz, qarşınıza bu xəta çıxacaq.

#########

Hər hansı bir məlumat xanaya sığmadığı zaman xananın içində bu cür işarələr görəcəksiniz. Bunun üçün xananın genişliyini artırmaq lazımdır.

Başqa bir səbəb isə, mənfi ədəd olan xananın Date formatına çevrilməsidir. Ədədi müsbətə çevirdiyiniz zaman, xəta da ortadan qalxacaqdır.

Müəllif: Elçin Xəlilov


Bax: 


Təsis paylarını satarkən əldə olunan vəsaitdən vergi ödənilməlidirmi?

posted in: Vergi, Xəbər | 0

Təsis paylarını satarkən əldə olunan vəsaitdən vergi ödənilməlidirmi? 


maliyyə sanksiyasıSual: Hüquqi şəxs 2014-cü ildə təsis edilib. Təsis paylarını satarkən əldə olunan vəsaitdən vergi ödənilməlidirmi?

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi fiziki şəxslərin gəlir vergisindən azaddır. Əldə olunan gəlirin qalan hissəsi isə Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsi, 102.1.27-ci maddə.

Mənbə: vergiler.az


Bax:


Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları azalıb

posted in: Xəbər | 0

büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük KomitəsiBu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları mlrd 360,6 milyon manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 4,8% azalaraq 568,5 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 0,1% azalaraq 1 mlrd 691,4 milyon manat, aksizlər üzrə daxilolmalar 2,1 dəfə azalaraq 78,4 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 17,4% azalaraq 21,4 milyon manat olub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İsveçin karantindən imtina etməsinin uğuru izah edildi

posted in: Xəbər | 0

İsveç iqtisadiyyatı böhranı digər ölkələrin iqtisadiyyatlarından daha yaxşı yaşaya bilər. Bunu Svenska Dagbladet qəzetinə müsahibəsində İsveçin keçmiş maliyyə naziri Anders Borq bəyan edib. Karantindən imtina etməklə yanaşı, ekspertlər ölkənin turizmdən zəif asılılığını və inkişaf etmiş sosial müdafiə proqramları ilə uğur qazanmasını da izah ediblər.

Borg əmindir ki, İsveç rüb ərzində ÜDM-in enməsinin ən az əhəmiyyətli olacağı Avropa ölkələri arasında olacaqdır. Bunun səbəblərini o, ölkə vətəndaşlarının başqalarından əvvəl daha sərbəst hərəkət etməyə başlamalarında görür. Bundan əlavə, yaxşı internet sayəsində bir çoxları evdən də işləməyi bacarıblar.

“Bizdə istehlak elə də çox aşağı düşməyib, güman edirəm ki, biz digər ölkələrə nisbətən vəziyyətin öhdəsindən yaxşı gələ bilirik”, – Borq belə qeyd edib. Skandinaviska Enskilda Banken (SEB) bankının iqtisadçıları, ikinci rüb üçün İsveçin ÜDM-in ötən illə müqayisədə 8 faiz azalacağını proqnozlaşdırıblar.

Standard & Poors reytinq agentliyi də İsveçin bir çox Avropa dövlətlərindən daha sürətli böhrandan çıxacağını proqnozlaşdırır. Amma digər Skandinaviya ölkələri ilə müqayisədə göstəricilər o qədər də yaxşı deyil. “İflas və işsizlik statistikasına baxsanız, İsveçdəki vəziyyətin Norveç və Danimarkadakı vəziyyətdən daha pis olduğu ortaya çıxır”, – analitiklər belə qeyd edirlər.

İsveç hökumətinin sərt karantin tətbiq etməməsi ilə bağlı qərarı iqtisadçıların çoxsaylı mübahisələrinə səbəb olmuşdu. Onlardan bəziləri iddia edirdilər ki, ölkə üçün nəticələr uzunmüddətli perspektivdə daha dağıdıcı olacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun