Auditorun peşəkar fəaliyyətinin effektivliyinin psixoloji amilləri (III hissə)

posted in: Audit, Xəbər | 0

Auditorun peşəkar fəaliyyətinin effektivliyinin psixoloji amilləri (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Təşkilat rəhbərlərinin əksəriyyəti öz əlində mənfi amillərin və bu amillərin həm özlərinə, həm də bütövlükdə təşkilata təsirinin minimuma endirilməsi mexanizmlərinin idarə edilməsi üçün müəyyən üsullara malikdir. Eyni zamanda, təmizlik işçiləri və ya dalandar öz işlərini yerinə yetirərkən bu səviyyə amillərinin təsirini o qədər də hiss etmirlər. Çünki öz fəaliyyətlərinə görə nə nəzarət-nəzarətedici orqanlar ilə, nə tərəfdaşlarla, nə də rəqiblərlə daimi peşəkar münasibətlərə malik deyillər.

Auditorlar misal gətirilmiş peşələrin nümayəndələrindən daha mürəkkəb vəziyyətdədirlər. Çünki görülən işin xüsusiyyətinə görə bu amillərin təsirindən daim qaça bilməzlər. Lakin eyni zamanda onlar vəziyyətin dəyişməsi üçün bilavasitə öz əllərində alətlərə malik deyillər. Auditorların bu amillərə dolayısı ilə təsiri mümkündür. Lakin onlar öz ardınca böyük əmək, müvəqqəti və emosional xərcləri çəkib aparacaqdır.

Təşkilat səviyyəsinə təşkilatın daxili həyatı ilə birbaşa əlaqəli olan bütün amillər daxildir – bunlar təşkilat daxilindəki rabitə, korporativ mədəniyyət, liderlik tərzi, təşkilatın inkişaf səviyyəsi və əmək motivasiya sistemidir.

İkinci qrup amillər – daxili amillərdir. Auditor peşəsinin tələblərinə cavab verən bir peşənin (psixoloji daxil olmaqla) fərdi keyfiyyətlərinin cəmini izah edərkən, ədəbiyyatda müxtəlif anlayışlardan istifadə olunur: auditor fəaliyyətinə peşəkar yararlılıq, auditorun peşəkar əhəmiyyətli keyfiyyətləri, auditorun fəaliyyəti üçün zəruri olan peşəkar əhəmiyyətli xüsusiyyətlər və s.

Obyektiv olaraq insanın müəyyən potensial xüsusiyyətlərinin məcmusu haqqında danışmaq olar ki, bu da ayrı-ayrı peşəni mənimsəməyə, həmçinin mütəxəssisin səmərəli fəaliyyətini və onun şəxsiyyətinin inkişafını şərtləndirir. Burada insanın peşəkar inkişafının fərdi resursu (PİFR) kimi anlayışa müraciət etmək lazımdır. Hansı ki, elementlərin müəyyən tərkibi və onların qarşılıqlı təsiri ilə psixi xassələr sisteminin modelidir.

Bu sistemin elementləri psixoloji amillərdir. Psixoloji amillərin cəminin auditorun (eləcə də digər mütəxəssislərin) peşəkar fəaliyyətinin səmərəliliyini müəyyənləşdirəcəyi vurğulanmalıdır. Özü də bu amillər diaqnoz edilə bilər və edilməlidir.

Psixoloji amillər, bir çox tədqiqatçıların qeyd etdiyi kimi, işçinin demoqrafik xüsusiyyətləri və ya fərdi qabiliyyətlərinin inkişaf göstəricilərindən fərqli olaraq, bir mütəxəssisin fəaliyyətinin səmərəliliyinin daha etibarlı proqnozlarıdır. Səmərəlilik, həmçinin auditorun əmək funksiyasını yerinə yetirmək imkanı, işçinin müəyyən şəxsi keyfiyyətlərə malik olub-olmamasından asılıdır. Nəticə etibarilə, auditorun peşə fəaliyyətinin səmərəliliyini müəyyənləşdirən şəxsi ilkin şərtlərin aşkara çıxarılması müəyyən bir fəaliyyət növünün həyata keçirilməsində mühüm rol oynayacaqdır


IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İxracla məşğul olan KOB-lar üçün onlayn təlim keçiriləcək

posted in: Xəbər | 0

KOB, onlayn təlim, sahibkarlar, maliyyə dəstəyi, İqtisadiyyat Nazirliyi, maliyyə dəstəyi, vergi ödəyiciləri, Maliyyə dəstəyi, müraciət, sahibkarlar, maliyyə dəstəyi, dövlət dəstəyi, Sahibkarlar,İqtisadiyyat Nazirliyi, İqtisadiyyat naziri, sahibkarlara dəstək göstəriləcək, İqdisadiyyat NazirliyiAvqustun 12-də, saat 15.00-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru ilə rəqabətqabiliyyətli ixrac imkanları” mövzusunda onlayn təlim keçiriləcək.

Tədbirin keçirilməsində məqsəd xarici ticarət fəaliyyəti iştirakçısı olan KOB subyektlərinin Azərbaycan Respublikasının ticarət qanunvericiliyi, o cümlədən malların daxildə emal xüsusi gömrük proseduru ilə yerləşdirilməsi və müvafiq icazənin verilməsi, hüquqların və öhdəliklərin digər şəxslərə verilməsi qaydaları, idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan vergi və gömrük güzəştləri və s. barədə maarifləndirilməsidir.
Onlayn təlim zamanı İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri tərəfindən mövzu ilə bağlı təqdimat keçiriləcək, praktik məlumatlar veriləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Xarici ticarətlə məşğul olan sahibkarlar onlayn təlimə “Microsoft Teams” platforması vasitəsilə aşağıdakı linkə daxil olmaqla qoşula bilərlər:

ttps://bit.ly/31v2wnQ

Əlaqələndirici şəxs:

KOBİA-nın əməkdaşı Urfan Nəbiyev (+994 12) 404-04-01.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropanın əsas iqtisadiyyatı tarixi rekorda imza atıb

posted in: iqtisadiyyat, Xəbər | 0

İyun ayında Almaniyanın  ixracı ötən ay ilə müqayisədə 14,9 faiz yüksəlib ki, bu da 1990-cı ildən bəri bütün müşahidə tarixi ərzində rekord hesab oluna bilər. Bu haqda ölkənin Federal statistika agentliyi (Destatis) məlumat verib.

Avropanın ən böyük iqtisadiyyatının idxalı isə may ayı ilə müqayisədə 7 faiz artıb ki, bu 2010-cu ildən sonra rekord hesab olunur. İyun ayında Almaniya 96,1 milyard avroluq məhsullar ixrac edib, 80,5 milyard avroluq məhsul isə idxal edib. Almaniyanın xarici ticarətində profisit 14,5 milyard avro təşkil edib.

Lakin ötən illə müqayisədə cari ilin iyun ayında ixracın həcmi 9,4 faiz aşağı enib. Yalnız Çinə olan ixrac yüksəlib (15,4 faiz). Almaniyanın sənaye istehsalı iyun ayında 8,9 faiz artıb.

Belə məlumatlar göstərir ki, Almaniya öz qonşularından daha tez bərpa oluna bilər, Bloomberq tərəfindən rəyi soruşulan ekspertlər belə qeyd ediblər. Berenberq universitetinin baş iqtisadçısı Holger Şmidinq hesab edir ki, ölkə artıq üçüncü rübdə ÜDM-in azalmasının yarısını bərpa edə bilər.

Avrozonanın digər ölkələrində də sənayenin bərpa olunması prosesi başlayıb. Fransa iyun ayında istehsalın 12,7 faiz həcmində yüksəldiyini xəbər verib. İspaniyada isə bu artım 14 faiz həcmində olub.

Avropa komissiyası proqnozlaşdırır ki, alman iqtisadiyyatı bu il 6,3 faiz azalacaq və 2021-ci ildə isə 5,3 faiz artacaqdır. İkinci rübdə ölkənin ÜDM-i koronavirus pandemiyasına görə əvvəlki rüblə müqayisədə 10,1 faiz aşağı düşüb. İşsizlik isə iyul ayında 6,4 faiz səviyyəsində qalıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu gündən bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayı ilə bağlı məhdudiyyət götürülüb

posted in: Xəbər | 1

Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiBəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyət bu gündən ləğv edilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin rejiminin yumşaldılması istiqamətində qəbul etdiyi növbəti tədbirlər paketində əksini tapıb. 

Bu sahələr aşağıdakılardır:

– Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

– Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

– Mühəndislik və layihələndirmə xidmətləri;

– Qablaşdırma məhsullarının istehsalı;

– Daş, metal və taxta məhsullarının istehsalı;

– Mebel istehsalı və təmiri;

– Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

– Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

– Onlayn satışlar;

– Kimyəvi təmizləmə;

– Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

– Avtomobillərin təmiri;

– Avtomobil yuyulma məntəqələri;

– Heyvan sığınacaqları;

– Tərcümə xidmətləri.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun