Riskli vergi ödəyiciləri kimlərdir?

posted in: Xəbər | 0

Riskli vergi ödəyiciləri kimlərdir?

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən, bundan sonra həmin meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunacaq. Maliyyə üzrə ekspert Ramin Ramazanov meyarlar barədə konkret təsəvvür yaratmaq üçün meyarları misallarla izah edib.

Vergi ödəyicisi hansı hallarda riskli vergi ödəyicilərinin siyahısına düşür?

1. Aşağıda qeyd edilən riskli əməliyyatları apardıqda:

Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Məsələn, idxal etdiyiniz mal Yük Gömrük Bəyannaməsinə əsasən ofis mebeli, satdığınız mal isə e-qaiməyə əsasən tikinti materialıdırsa, o halda riskli vergi ödəyicisi hesab olunacaqsınız.

Vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə. Məsələn, tutaq ki, e-qaimə və ya Yük Gömrük Bəyannaməsi ilə 1.000 manatlıq mal əldə etmiş, lakin eyni dövrdə e-qaiməyə əsasən 10.000 manatlıq satış etmisiniz. Bu halda da siz riskli vergi ödəyicisi sayılacaqsınız (dövrün əvvəlinə kifayət qədər mal qalığı olmazsa).

2. Aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Məsələn, tutaq ki, sizin şirkətdə vergi orqanının əsaslandırılmış qərarı ilə operativ vergi nəzarəti tədbirləri nəticəsində məlum olur ki, malları təqdim etmədən əmtəəsiz əməliyyat aparmısınız. Bu halda siz riskli vergi ödəyicisi sayılacaqsınız.

3. İdxalçının, istehsalçının və ya idxalçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və ya qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə:

– Tutaq ki, “AA” MMC xaricdən idxal etdiyi malları satmaqla məşğuldur, lakin icarədə və ya özünə məxsus anbarı yoxdur. Yaxud şirkətin idxal etdiyi mal üçün ən azı 100 kvadratmetr anbar sahəsi tələb olunduğu halda o, 10 kvadratmetr anbar sahəsini icarəyə götürüb. Bu halda MMC riskli vergi ödəyicisi hesab olunur. Bununla belə, mallar bilavasitə sifarişçilərə təhvil verildiyi və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi halda, şirkət riskli vergi ödəyicisi hesab edilmir.

4. Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə uyğun olmayan malların vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə:

– Tutaq ki, vergi nəzarəti zamanı məlum olur ki, təlim xidməti göstərən şirkət əldə etdiyi tikinti materiallarını sənədləşdirmədən təqdim edib. Bu halda həmin şirkət riskli vergi ödəyicisi hesab edilir. Burada vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna təşkil edir.

5. Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı üç dəfə artıq olduqda:

– Məsələn, tutaq ki, MMC 2020-ci ilin yanvar-iyun ayları üzrə 10.000 manatlıq malı idxal edib və ya e-qaimə əsasında əldə edib. MMC-nin 2020-ci ilin yanvar-iyun aylarına aid dövriyyəsi isə 2.000 manat olub. Bu halda, həmin şirkət riskli vergi ödəyicisi hesab edilə bilər. Lakin nəzərə almaq lazımdır ki, vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar olarsa, MMC riskli vergi ödəyicisi hesab edilməyəcək.

6. Yuxarıda qeyd edilən 5 bənd ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs. Riskli vergi ödəyicisi olan fiziki şəxs hər hansı hüquqi şəxsin rəhbəri və ya təsisçisi olduqda onun rəhbərlik etdiyi hüquqi şəxs də riskli vergi ödəyicisi hesab edilir.

7. Meyarların yuxarıda qeyd edilən ilk 5 bəndi ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs. Belə ki, riskli vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri və ya təsisçisi olduğu şəxs, digər hüquqi şəxslərin rəhbəri və ya təsisçisi olduğu halda həmin hüquqi şəxs və ya şəxslər də riskli vergi ödəyicisi hesab olunur.

8. Beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər:

– Bu o deməkdir ki, 5 hüquqi şəxsin rəhbəri olan şəxs yeni biznes həyata keçirmək üçün 6-cı fiziki şəxsə rəhbərlik edəcəyi halda rəhbəri olduğu bütün hüquqi şəxslər riskli vergi ödəyici siyahısına daxil edilir.

Mənbə: vergiler.az


 

TELEGRAM KANALIMIZA ÜZV OLUN


 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Karantin rejimi yumşaldılır – fəaliyyətinə icazə verilən sahələrin siyahısı artırıldı!

posted in: Xəbər | 0

Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabineti yanında Operativ Qərargah aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edib.

“Report” xəbər verir ki, bu sahələrə aşağıdakılar daxildir:

–    Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

–    Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

–    Mühəndislik və layihələndirmə xidmətləri;

–    Qablaşdırma məhsullarının istehsalı;

–    Daş, metal və taxta məhsullarının istehsalı;

–    Mebel istehsalı və təmiri;

–    Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

–    Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

–    Onlayn satışlar;

–    Kimyəvi təmizləmə;

–    Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

–    Avtomobillərin təmiri;

–    Avtomobil yuyulma məntəqələri;

–    Heyvan sığınacaqları;

–    Tərcümə xidmətləri.

Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib

Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

Nazirlər Kabinetin müvafiq Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:

– Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;

– Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

– maşın və avadanlıqların istehsalı;

– elektrik avadanlıqlarının istehsalı;

– kompüter, elektron və optik məhsulların istehsalı;

– avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

– sair nəqliyyat vasitələrinin istehsalı;

– poliqrafiya məhsullarının istehsalı;

– zərgərlik məmulatlarının istehsalı;

– musiqi alətləri, idman mallarının istehsalı;

– geyim istehsalı;

– toxuculuq sənayesi;

– ayaqqabıların istehsalı;

– dəri və dəri məmulatlarının istehsalı;

– tütün məmulatlarının istehsalı;

– sair sənaye məhsullarının istehsalı.

Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:

– Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

– Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

– Mühəndislik və layihələndirmə xidmətləri;

– Qablaşdırma məhsullarının istehsalı;

– Daş, metal və taxta məhsullarının istehsalı;

– Mebel istehsalı və təmiri;

– Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

– Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

– Onlayn satışlar;

– Kimyəvi təmizləmə;

– Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

– Avtomobillərin təmiri;

– Avtomobil yuyulma məntəqələri;

– Heyvan sığınacaqları;

– Tərcümə xidmətləri.

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:

– Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;

– Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;

– Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.

Operativ Qərargah vətəndaşlara müraciət edərək bildirir ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Sanitar-epidemioloji tələblərə əməl edilməsi iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur.

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorun peşəkar fəaliyyətinin effektivliyinin psixoloji amilləri (II hissə)

posted in: Audit, Xəbər | 0

Auditorun peşəkar fəaliyyətinin effektivliyinin psixoloji amilləri (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Auditor olmaq vakansiyaƏnənəvi olaraq, peşəkar fəaliyyətin səmərəliliyinə təsir edən bütün amillər üç növə bölünür:

  • obyektiv – amillər, qeyd olunan nəticənin əldə edilməsinə yönəldilmiş müəyyən sistem və ardıcıllıq ilə bağlı tədbirlər;
  • subyektiv – amillər, peşəkar fəaliyyətin uğurlu olmasının subyektiv səbəbləri ilə bağlıdır. Burada peşə fəaliyyəti subyektinin peşəkar-psixoloji, fərdi-tipoloji və psixofizioloji keyfiyyətləri, peşəkar artıma kömək edən və ya mane olan, səriştəlilik, istiqamət, bacarıqlar, motivlər, qabiliyyət, məmnunluq və yaradıcılıq kimi amilləri sadalamaq lazımdır;
  • obyektiv-subyektiv – peşəkar mühitin təşkili, sistemin idarə olunmasının keyfiyyəti və rəhbərlərin peşəkarlığı ilə bağlı olan amillər.

Auditorların fəaliyyətinin təhlili bizə həmçinin bu mütəxəssislərin peşəkar fəaliyyətinin səmərəliliyinə təsir edən bir neçə amil qrupunu müəyyən etməyə imkan verdi. Onların strukturlaşdırılması zamanı biz bu amillərin müxtəlifliyini iki qrupa böldük: xarici (sosial-psixoloji)daxili (psixoloji) qruplar.

Xarici amillər obyektiv və obyektiv-subyektiv amilləri birləşdirmişdir. Subyektiv amillər, geniş şəkildə, tərəfimizdən daxili psixoloji amillər qrupu şəklində təqdim olunur. Xarici amillərə cəmiyyətdəki vəziyyətə, iqtisadiyyatın konkret sahəsinə və ayrıca götürülmüş təşkilata bilavasitə və daimi təsir göstərən amillər aiddir. Bu amillər üç qrupa bölünür: ümumdövlət, sahə və təşkilati səviyyə.

Ümumdövlət səviyyəsi. Bu səviyyədə söhbət ölkənin iqtisadi vəziyyətindən, siyasi sistemdəki dəyişikliklərdən, qanunvericilikdəki daimi dəyişikliklərdən və s. gedir. Belə ki, məsələn, “Auditor fəaliyyəti haqqında” Qanuna onun təsdiqindən sonra 12 dəfə dəyişiklik edilib.

Aydındır ki, auditorlar bu cür dəyişikliklərə təsir göstərə bilmirlər və öz peşəkar fəaliyyətlərini aparmalı olduqları yeni şərtləri qəbul etməyə məcburdurlar. Nəticə etibarilə, auditorun peşəkar fəaliyyətinin səmərəliliyi onun dəyişən şəraitdə öz peşə vəzifələrini uğurla yerinə yetirmək qabiliyyəti ilə birbaşa bağlı olacaqdır. Əlverişsiz, mürəkkəb və dəyişən şəraitdə fəaliyyət göstərmək auditordan mövcud olan resursları tələb edir ki, bu da ətraf mühitin əlverişsiz amillərinin kompensasiya edilməsinə və son nəticədə zəruri müsbət nəticə əldə edilməsinə yönəlib.

Təcrübə göstərir ki, auditor peşə fəaliyyətini həyata keçirərkən öz imkanları və fəaliyyət şərtləri arasındakı münaqişələrlə üzləşir. Resurslardan adekvat istifadəni təmin edən tənzimləyici olaraq, insan psixikası hər zaman müəyyən motivlərin prioritetliyini müəyyən edəcək. Bu, auditorun daxili resurslarının səfərbərliyinə və yenidən bölüşdürülməsinə gətirib çıxarır. Fəaliyyətin artması ilə auditorun resurslarının həcmi, bir qayda olaraq, orqanizmin ehtiyatları hesabına artacaq.

Sahə səviyyəsi işəgötürənlə, tərəfdaşlarla, nəzarət-nəzarətedici orqanları ilə qarşılıqlı fəaliyyət səviyyəsi və s. kimi anlayışları birləşdirir. Bu səviyyədə psixoloji amillərin peşəkar fəaliyyətin səmərəliliyinə təsiri təhlilin göstərdiyi kimi güclənir.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda 13 min şəxsin birdəfəlik ödəməsi ləğv edilib

posted in: Xəbər | 0

işsizlikdən sığorta, orta aylıq pensiya, Əlillik, əmək qanunvericiliyi, hüquq pozuntuları, 190 manat, Əmək müqaviləsinin forması, 190 manat, Məşğulluq xidmətləri, pensiya, əmək məzuniyyəti, Ünvanlı sosial yardım, məzuniyyət, işəgötürən, işəgötürənlər, əmək, əlilliyi olan şəxslər, ƏƏSMN, qeyri-iş günləri, Pensiya ilə bağlı yeni qanun, pensiya, MDSS, işsizlik sığortası üzrə rekvizitlər, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlar“Ölkə üzrə, təxminən, 13 min şəxsin 190 manatlıq birdəfəlik ödəmədən sonradan yararlanması ləğv edilib”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, onlardan 3 minində müxtəlif gəlir mənbələri aşkar edilmişdi: “Sosial şəbəkələrdə barələrində məlumat yayılan ödəmə alan şəxslər həmin ay üçün ödənişi almışdılar, çünki bu onların haqqı idi. Ancaq növbəti aylardan bu dəstək dayandırıldı”.

S.Babayev bildirib ki, ödəmə verilməsi dayandırılan daha 10 min insan da olub: “Bura həm də iş yeri taparaq əmək müqaviləsi imzalayan daxildir. Çünki ödənişi alandan sonrakı aylarda ictimai iş yeri tapanlar üçün ödəmə dayandırıldı. Başqa tərəfdən isə SMS icazə sistemi aktivləşəndən sonra qeyri-leqal işdə çalışanlar məcburi əmək müqaviləsi imzalamalı oldular. Bununla da 10 min insan əmək müqaviləsi səbəbindən birdəfəlik ödəmədən kənarlaşdırılıb”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun