Dünya iqtisadiyyatı pandemiya səbəbindən 5 il ərzində 82 trilyon dollar itirə bilər

posted in: iqtisadiyyat, Xəbər | 0

Dünya iqtisadiyyatı pandemiya səbəbindən 5 il ərzində 82 trilyon dollar itirə bilər

Ekspertlərin gəldiyi qənaət belədir

Kembric Universitetinin nəzdində Judge Business School yanında risk araşdırması Mərkəzinin mütəxəssislərinin  hesablamalarına görə, COVID-19 koronavirus pandemiyası dünya iqtisadiyyatına 82 trilyon dollara başa gələ bilər.

“İqtisadi depressiya”  ssenarisinə uyğun olaraq, iqtisadiyyat beş il ərzində bu cür ciddi itkilərə məruz qala bilər.

Bununla yanaşı, ekspertlərin “nikbin” ssenarisi analoji dövrdə 3,3 trilyon dollar həcmində itkiləri nəzərdə tutur. Konsensus proqnozuna görə, bu göstərici beş il ərzində 26,8 trilyon dollar və ya dünya ÜDM-nin 5,3% – ni təşkil edəcək.

Ötən il dünyanın 19 ən iri iqtisadiyyatının ÜDM-i ümumilikdə 69,2 trilyon dollar təşkil edib.

BNP Paribas-ın eksperti Pol Hollinqsvortun sözlərinə görə, koronavirus pandemiyası struktur dəyişiklikləri ilə nəticələnəcək, o cümlədən ev təsərrüfatlarının əmanətlərinin həcminin artması, proteksionizmin artması, təchizat zəncirinin yenidən təşkili və rəqəmsal texnologiyaların daha da inkişaf etdirilməsi müşahidə ediləcək.

“Biz, yəqin ki, gələcəkdə əmək bazarının və əmək haqqının perspektivləri barədə narahatlıqlar fonunda insanların öz əmanətlərini artırmaq arzusunu müşahidə edəcəyik”, – o bildirib ki, istehlakçıların davranışına dərman və vergilərin potensial xərcləri ilə bağlı narahatlıqlar da təsir göstərə bilər.

ABŞ iqtisadiyyatı üçün potensial zərər 550 milyard dollar ilə 19,9 trilyon dollar arasında dəyişir. Bununla yanaşı, hələ əminliklə demək olar ki, maliyyə bazarları proqnozlarda qlobal depressiyanı proqnozlaşdırmır. MarketWatch yazır ki, ABŞ fond indeksi S&P 500, mart ayında əldə olunan qiymətlərdən 30% çox artıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət qulluğu ilə bağlı müsahibələrin keçirilmə qrafikində dəyişikliklər edilib

posted in: Xəbər | 0

Dövlət qulluğu ilə bağlı müsahibələrin keçirilmə qrafikində dəyişikliklər edilib

Dövlət qulluğu, Dövlət qulluğuna qəbul,Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi iyulun 13-dən etibarən martın 18-dən təxirə salınan 17.09.2019-cu il və 13.01.2020-ci il tarixli müsabiqə elanları üzrə müsahibələrin onlayn qaydada keçirilməsinə başlayıb və Mərkəzin internet portalında dövlət qulluğuna qəbul üzrə müsahibələrin keçirilmə qrafiki yerləşdirilib.

Nazirlər Kabinetinin müvafiq qərarlarına və ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, qrafikdə müsahibələrin keçirilməsi ilə bağlı bəzi dəyişikliklər edilib.

Bu səbəbdən namizədlərə Mərkəzin internet portalında Müsabiqə üzrə müsahibə və ümumi müsahibələrin keçirilmə qrafiki bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda sahibkarlara yeni maliyyə dəstəyinin göstərilməsinə start verilir

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi, maliyyə dəstəyi, vergi ödəyiciləri, Maliyyə dəstəyi, müraciət, sahibkarlar, maliyyə dəstəyi, dövlət dəstəyi, Sahibkarlar,İqtisadiyyat Nazirliyi, İqtisadiyyat naziri, sahibkarlara dəstək göstəriləcək, İqdisadiyyat NazirliyiNazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyi göstərilməsi barədə qərar qəbul edib.

Bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, ölkə prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir. Bu günədək  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcək.

“Qeyd etmək lazımdır ki, birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də dəstək üçün müraciət edə bilərlər. Yeni müraciətlər avqust ayının 10-dək qəbul ediləcək.

Məlumat üçün bildiririk ki, pandemiyanın biznesə təsirləri ilə bağlı avqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun sahibkarlar ilə onlayn görüşü keçiriləcək. Görüşdə yeni şəraitdə biznesin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq, pandemiyanın sahibkarlığa mənfi təsirlərinin aradan qaldırılması yolları müzakirə ediləcək, özəl sektorun təklifləri dinləniləcək, sualları cavablandırılacaq.

Sahibkarlardan qeyd edilən məsələlər barədə təkliflərini 6 avqust saat 18:00-dək  elektron ünvanına göndərmələri xahiş olunur”, – deyə nazirlik bəyan edib.

Mənbə: report.az


Yeni Qanun layihəsi işsizlikdən sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur

posted in: Xəbər | 0

pensiya, Əmək məzuniyyətindən geri çağırılma, işçi qüvvəsi, Məşğulluq orqanları,“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə yeni layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönəlib.

Hazırda qüvvədə olan Qanuna əsasən işsizlikdən sığorta ödənişi işsiz kimi qeydiyyata alınmış, əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisarı ilə əlaqədar xitam verilmiş və azı 3 il sığorta stajına malik olan şəxslərə təyin edilir. Yeni qanun layihəsində həmin  şəxslər üçün sığorta stajının 3 ildən 1 ilədək azaldılması təklif edilir.

Habelə, layihədə mühüm məqamlardan biri kimi, müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslərə də sığorta ödənişi verilməsi təklif olunur. Həmin təklifə əsasən, bu zaman şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalıdır. Sığorta ödənişinin minimum əmək haqqı qədər və 3 ay müddətinə ödənilməsi nəzərdə tutulur.

Layihə qəbul ediləcəyi halda il ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq.

Son illərdə sosial təminat növləri üzrə ödənişlərin təyinatının elektronlaşdırılması təmin edilib. Yeni layihədə işsizlikdən sığorta ödənişinin də elektron təyinatı mexanizminin yaradılması nəzərdə tutulub. Bu da işsiz şəxslərin hər hansı quruma müraciət etmədən onlara elektron qaydada işsizlikdən sığorta ödənişinin aparılmasına imkan verəcək.

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə” yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin son iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb və layihə komitədə səsə qoyularaq, parlamentin plenar iclasına tövsiyə edilib.

Mənbə: sosial.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun