Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Ani ödənişlər sistemi, valyutadəyişmə, uçot dərəcəsi, Audit şirkətləri, qaynar xətt, şikayət, NBCBank, AGBank, Bank kreditlərinin təsnifləşdirilməsi,Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7%-dən 6,75%-ə endirilməsi barədə qərar qəbul edib.

Bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 7,25%, aşağı həddi isə 6,25% müəyyən olunub.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə sentyabrın 18-də baxacaq.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Ani ödənişlər sistemi” ilin sonunadək istifadəyə veriləcək

posted in: Xəbər | 0

“Ani ödənişlər sistemi” ilin sonunadək istifadəyə veriləcək

valyutadəyişmə, uçot dərəcəsi, Audit şirkətləri, qaynar xətt, şikayət, NBCBank, AGBank, Bank kreditlərinin təsnifləşdirilməsi,Azərbaycanda 7/24/365 rejimli “Ani ödənişlər sistemi” cari ilin sonunadək istifadəyə veriləcək.

Bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.

O bildirib ki, ilkin mərhələ avqustda təqdim olunacaq, tam mərhələ isə ilin sonunadək yekunlaşacaq. Sistem 5-10 saniyə ərzində 24/7 vaxt çərçivəsində ödənişlərin emalını və subyektivlərə çatdırılmasını təmin edəcək.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bir neçə sahədə çalışan vergi ödəyicisinin vergi öhdəliyinin tənzimlənməsi

posted in: Vergi, Xəbər | 0

maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Müvəqqəti vergi rejiminin tətbiqi ilə bağlı maraq doğuran suallardan biri də bir neçə sahədə çalışan vergi ödəyicisinin vergi öhdəliyinin tənzimlənməsidir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən, XVIII fəslin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəaları Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Vergi Məcəlləsinin 222.5-ci maddəsində isə göstərilir ki, bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir:
  • avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;
  • yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;
  • turoperator və turagent fəaliyyəti;
  • sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;
  • ictimai iaşə fəaliyyəti;
  • sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
  • idman-sağlamlıq obyektlərinin fəaliyyəti;
  • hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti;
  • koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).

Misal: Mikro sahibkarlıq subyekti olmayan və tədris kursları fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərcümə xidmətini də həyata keçirir. Bu halda, Vergi Məcəlləsində nəzərdə tutulan əmlak, mənfəət və icarə haqqından ödəmə mənbəyində vergi üzrə güzəştlər vergi ödəyicisinin yalnız kursla bağlı fəaliyyətinə şamil olunacaq. Tərcümə xidməti üzrə vergi öhdəlikləri isə güzəşt tətbiq olunmadan, yəni ümumi qaydada yerinə yetiriləcək. Bu səbəbdən də vergi ödəyicisi hər fəaliyyət üzrə uçotu ayrıca aparmalıdır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyalılar bank əmanətlərindən imtina etməyə hazırlaşırlar

posted in: Xəbər | 0

rublun ucuzlaşması, bank əmanətləriRusiyalıların demək olar ki, 30 faizi əmanətlər üzrə ödənilən faizlərin aşağı düşməsi səbəbi ilə öz vəsaitlərini banklardan geri almağa hazırdırlar. Rusiya dövlət sığorta bankının apardığı tədqiqatlar nəticəsində belə bir mənzərə ortaya çıxıb. Bu haqda Lenta.ru saytı məlumat verib.

Respondentlərin 36 faizi əmanət strategiyasının dəyişiklik olmadan qalmasına razıdırlar. İki faiz əmanətçi isə pullarını qismən götürəcəklərini söyləyiblər. Onların 7, 6 və 4 faizi investisiya üçün müvafiq olaraq qızılı, istiqrazları və daşınmaz əmlakı alternativ kimi gördüklərini söyləyiblər. Daha 12 faiz resondent isə öz əmanətləri və yatırımları üçün daha əlverişli metodlar axtaracaqların bəyan ediblər.

Respondentlər arasında 21 yaşından 35 yaşına kimi olanların 36 faizi banklardakı bütün vəsaitlərini geri almağa hazır olduqlarını söyləyiblər. Amma, 55 yaşından yuxarı olan rusiyalılar arasında bu göstərici 25 faiz təşkil edir.

Gənclər arasında yeni investisiya variantları axtarışına hazır olanlar 14 faiz təşkil edir. Yaşlılar arasında isə bu 11 faizdir. Gənclərin üçdə biri investisiya strategiyasını dəyişdirməkdən imtina ediblər. Yaşlı nəsil arasında isə belələri 43 faiz təşkil edir. Gənc nəsil səhmləri və daşınmaz əmlakı daha cəlbedici investisiya aləti hesab edirlər.

Valyuta kursu yüksələcəyi halda 68 faiz rusiyalı banklardakı əmanətlərinə toxunmayacaqlarını bildiriblər. 16 faiz respodent isə kursun dəyişəcəyi halda rublla olan əmanətlərini xarici valyutaya dəyişdirəcəklərini söyləyiblər. Əmanətçilərin altı faizi isə vəsaitlərini xərcləyəcəklərini bəyan ediblər. 5 faiz əmanətçi valyuta kursunun yüksələcəyi halda bütün əmanətlərini banklardan geri çəkəcəklərini, 1 faiz əmanətçi isə pullarını qızıla, daşınmaz əmlaka yatıracaqlarını və səhmlər satın alacaqlarını bildiriblər

Sorğu 21 yaşdan yuxarı olan və əsasən əhalisi 100 min nəfərdən çox olan şəhərlərdə və əmanətləri, yığım hesabları və debet kartları olan 1,2 min nəfər rusiyalı arasında keçirilib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun