Əlavə iş yerində gəlir vergisi necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

Sual: Fiziki şəxsin əlavə iş yeri olduqda, əlavə iş yerindən ona ödənilən əmək haqqından gəlir vergisi hansı formada tutulur?

Cavab: Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Sorğunuzda qeyd olunan şəxsin ikinci iş yeri dövlət sektoru olarsa, 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissədən 25 faiz dərəcə ilə vergi hesablanır.  İkinci iş yeri müvafiq meyarlara əsasən neft-qaz olmayan və qeyri-dövlət sektoru hesab olunduğu halda 101.1-1–ci maddəyə əsasən, 8000 manata qədər 0 faiz dərəcə ilə, 8000 manatdan artıq məbləğdən 14 faiz dərəcə ilə vergi hesablanır.

Vergi güzəştlərinin əsas iş yerində tətbiq olunduğunu nəzərə alaraq, ikinci iş yerində əldə olunan gəlirdən vergi hər hansı güzəşt tətbiq edilmədən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, 101.1-2-ci, 102.8-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

Mənbə: taxes.gov.az


Bax:


İstifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya

posted in: Xəbər | 2

Pensiya artımı,Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanuna edilən son dəyişikliklərdən sonra 2019-cu ilin əvvəlindən bütün işəgötürən və işçiləri vacib bir məsələ – istifadə olunmamış məzuniyyət üçün ödənilən kompensasiyadan gəlir vergisinin hesablanması çox maraqlandırırdı. Məsələ ilə bağlı Vergilər Nazirliyi tərəfindən aşağıdakı şəkildə aydınlıq gətirilib: “Bildiririk ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən, istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir. Eyni zamanda işəgötürən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları hər il üzrə hesablanmaqla həmin ildə (illərdə) qüvvədə olmuş vergi qanunvericiliyinə uyğun olaraq gəlir vergisinə cəlb edilir.”

Bu cavab vergi ödəyiciləri arasında müəyyən anlaşılmazlıq və suallar doğurduğundan Vergilər Nazirliyi 18 mart 2109-cu il tarixdə məsələyə yenidən qayıdaraq, istifadə olunmamış məzuniyyətə görə verilən kompensasiyadan gəlir vergisinin hesablanması ilə bağlı təkrar açıqlama verdi və əvvəlki cavabı ilə müqayisədə vergi ödəyicilərini razı salan əsaslı dəyişiklik etdi: “Vergi Məcəlləsində edilmiş son dəyişikliklər qüvvəyə mindikdən sonra əvvəlki illərdə istifadə olunmayan əmək məzuniyyətinə görə ödənilən kompensasiyanın gəlir vergisinə və sosial sığorta haqlarına cəlb olunması ilə bağlı Vergilər Nazirliyinə çoxsaylı sorğular daxil olub. Nazirlik həmin ödənişlərin vergiyə cəlb edilməsi qaydalarına aydınlıq gətirib.

Bildirilib ki, kompensasiyalar ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrıayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir. Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanan kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda, gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır. Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat çıxılır.”
Vergilər Nazirliyinin açıqlamasında müəyyənləşdirilən qaydanı misal üzərində nəzərdən keçirək ki, oxucularımıza daha aydın olsun.
Misal. Tutaq ki, dövlət orqanı hesab edilən qurumun işçisi Məmmədova Günelin işdən çıxması ilə əlaqədar ona istifadə olunmamış məzuniyyətə görə kompensasiya hesablanmalıdır. Qeyd edək ki, istifadə edilməmiş məzuniyyət üçün kompensasiyanın hesablanması qaydası ilə məzuniyyətin hesablanması qaydası eynidir. Məzuniyyətin hesablanması qaydasını əvvəlki misalda izah etdiyimizdən təkrar həmin məsələyə qayıtmırıq. Hesab edək ki, işçinin cari aya hesablanmış əmək haqqı 300 manat, kompensasiyası sonuncu başa çatmayan iş ili üzrə 120 manat, başa çatan iş ilinə görə isə 150 manatdır. Gəlir vergisinin hesablanması zamanı 300 manatlıq əmək haqqı, cari iş ilinə görə hesablanan kompensasiya ayrı, başa çatan il üzrə kompensasiya (150 manat) ayrı gəlir vergisinə cəlb olunmalıdır.

Fərz edək ki, eyni hal özəl təşkilatda baş verib. Bu zaman yenə də əmək haqqı, cari işin və əvvəlki iş ilin istifadə edilməyən məzuniyyətinə hesablana kompensasiyalar 8 000 manatdan aşağı olduğu üçün gəlir vergisinə cəlb olunmur.

Sonda qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə uyğun olaraq işçinin istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Mənbə: fins.az


Bax:


NETWORKDAYS funksiyası – 2 tarix arasındakı iş günlərinin sayı

posted in: Excel, muhasibat, Xəbər | 0

NETWORKDAYS funksiyası – 2 tarix arasındakı iş günlərinin sayı


HR və ya əmək haqqı üzrə mühasib sahəsində çalışırsınızsa, hər ayın sonunda işçilərə əmək haqqı hesablayarkən həmin aya aid iş günlərinin sayını bilməlisiniz. Bütün mühasibatlıq proqramları bunu avtomatik hesablayır, lakin eyni əməliyyatı Excel-də biz özümüz də həyata keçirə bilərik.

Bunun üçün NETWORKDAYS funksiyasından istifadə edəcəyik.

Hesab edək ki, aşağıdakı bu 2 tarix arasındakı iş günlərinin sayını bilmək istəyirik.

NETWORKDAYS - 1

Funksiyanı yazıb, daha sonra isə izahını verməyə çalışacağam.

NETWORKDAYS - 2

Görüldüyü kimi, funksiya 3 hissədən ibarətdir:

Start date – dövrün əvvəllinə olan tarix

End date – dövrün sonuna olan tarix

Holidays – həmin dövrü əhatə edən bayram/qeyri-iş günləri olan siyahı. Bu siyahı hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən istehsalat təqvimi adı altında dərc edilir.

Funksiyanın 3-cü komponenti olan Holidays ixtiyaridir, yəni ora hər hansı bir aralıq yazılmasa da olar, amma nəticənin tam dəqiq olması üçün (xüsusilə əmək haqqı hesablandığı zaman) istifadə edilməsi mütləq tövsiyyə edilir.

Hesablamaların olduğu faylı əlavədən yükləyə bilərsiniz.

Faylı yükləyin: NETWORKDAYS Funksiyası
Müəllif: Elçin Xəlilov

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Riskli vergi ödəyicisinin meyarları təsdiq edildi

posted in: Xəbər | 0

karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 28 iyul 2020-ci il
№ 265

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 28 iyul
tarixli 265 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları

1. Ümumi müddəalar

1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir.

1.2. Bu Meyarlarda istifadə olunan anlayışlar Vergi Məcəlləsində nəzərdə tutulan mənaları ifadə edir.

1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir.

1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

2. Riskli vergi ödəyicisinin meyarları

2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:

2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda;

2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə;

2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla);

2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə;

2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda;

2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs;

2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs;

2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.

3. Riskli əməliyyatların meyarları

3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur:

3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun