Read More9
Read More9

Mühasibat uçotu üzrə uğurlu mütəxəssisin 12 başlıca keyfiyyəti (I hissə)

posted in: muhasibat, Xəbər | 0

mühasibat uçotu, İqtisadçı - Baş Mühasib vakansiyaAdamların əksəriyyəti mühasibat uçotu üzrə mütəxəssisi yalnız mühasib kimi qəbul etməyə meyllidirlər. Əslində isə mühasibat uçotu üzrə mütəxəssis – bu, adi mühasibdən daha böyük məna daşıyır.

İnsan fəaliyyətinin istənilən sahəsində mütəxəssis konkret tapşırığın yerinə yetirilməsində ekspert olan şəxsdir. Beləliklə, mühasibat uçotu üzrə mütəxəssis mühasibat funksiyalarının yerinə yetirilməsi üzrə ekspertdir.

Mühasibat uçotu üzrə mütəxəssisin işini səmərəli yerinə yetirmək üçün müəyyən bacarıq və keyfiyyətləri inkişaf etdirmək lazımdır.

Müvəffəqiyyətli mühasib onu xüsusi mütəxəssisə və son dərəcə əhəmiyyətli bir əməkdaşa çevirən müəyyən keyfiyyətlərə malik olmalıdır. Buna görə də, mühasibat uçotu üzrə mütəxəssis adlandırılmaq üçün aşağıda təsvir olunan bacarıq və keyfiyyətlərə malik olmaq lazımdır.

Bundan əlavə, insan resursları üzrə bir menecer olsanız və yaxşı bir mühasibat mütəxəssisini işə götürmək istəsəniz, bu yazı da uyğun namizəd seçməzdən əvvəl düşünməli olduğunuz keyfiyyətləri anlamaqda sizə kömək edəcəkdir.

Müvəffəqiyyətli mühasibin psixoloji keyfiyyətləri
  • Təşkilatçılıq bacarığı: mühasibat uçotu işi, konkret vəzifə öhdəliklərindən asılı olmayaraq, müxtəlif şöbələrin və ya bölmələrin çoxsaylı məlumatlarını müqayisə etmək ehtiyacını özündə cəmləşdirir. Bu baxımdan mühasibat uçotu üzrə mütəxəssisin və xüsusilə də baş mühasibin üzərinə daha da böyük bir yük düşür. Məlumatları müqayisə etməklə yanaşı, baş mühasibin məlumatların dəqiq uçotunu aparması, mühasibat hesabatları hazırlaması və zaman-zaman maliyyə hesabatındakı uyğunsuzluqları yoxlaması gözlənilir. Bu funksiyaları korlamadan və düzəldilməsi baha başa gələn səhvlərə yol vermədən yerinə yetirmək üçün, mühasibat uçotu üzrə mütəxəssis həddən ziyadə təşkilatçı bir insan olmalıdır.

  • Kommunikativ keyfiyyətlər: ünsiyyət vərdişlərinin inkişafı – bu, yaxşı mühasiblərin ümumi cizgiləridir. Yuxarıda qeyd edildiyi kimi, bu iş digər şöbələrin işçiləri ilə daimi qarşılıqlı əlaqəni əhatə edir. Buna görə əla ünsiyyət bacarıqları işinizdə ən yaxşılardan biri olmaq üçün çox vacibdir. Mütəxəssis öz tələblərini digər əməkdaşların, eləcə də rəhbərliyin diqqətinə çatdırmaq imkanına malik olmalıdır. Zərurət olduqda isə yüksək keyfiyyətli təqdimat etmək bacarığı da daxil olmaqla yaxşı kompüter bacarıqları da lazımdır.
  • Yaxşı hesablama bacarıqları və analitik qabiliyyətlər: mühasibat uçotu üzrə mütəxəssis rəqəmlərdən qorxmayan bir insan olmalıdır. Çünki onun vəzifəsinə daim rəqəmlərlə iş daxildir. Güman edilir ki, o, yaxşı riyazi bacarıqlara malikdir və daha əhəmiyyətlisi müqayisə olunan məlumatlar əsasında təhlil aparmağı bacarmalıdır. Mühasibat uçotu əsasən maliyyə təhlili və təfsiri ilə bağlıdır. Beləliklə, mühasibat uçotu üzrə mütəxəssis sözün əsl mənasında analitikdir.
  • Komanda oyunçusu olmaq qabiliyyəti: yaxşı mühasib yaxşı bir komanda oyunçusu olmalıdır. Çünki onun işi digər əməkdaşların işləri ilə əlaqəlidir. Maliyyə məlumatlarını toplamaq və sonradan bu məlumatlarla işləmək üçün mühasib tamamilə işçilərin məlumatlarına etibar edir. Buna görə, başqaları ilə sərbəst ünsiyyət qurmaq üçün mühasibat uçotu üzrə mütəxəssis şəxsiyyətlərarası ünsiyyətin müstəsna bacarıqlarına malik olmalıdır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (19-cu hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu ilə bağlı ifadələr (19-cu hissə)

18-сi hissəni oxumaq üçün keçidə daxil olun

Sözlərin geniş və dar mənalarını əsaslandıraraq, hesablama elminin görkəmli nümayəndələri ona zərər gətirirlər. Çünki onlar elmdən çıxarılmalı olanları daha da möhkəmləndirirlər.

V.K. Hun

Müəssisə çərçivəsindən kənara çıxmaq üçün nəzərdə tutulmuş və ümumi dildə “danışmaq” qabiliyyətinə malik standartlaşdırılmış mühasibat məlumatları arasında fərq var. Lüğət və onun sintaksisi müəssisənin hüdudlarından kənarda müəyyən edilir və müəssisənin dilində “danışmaq” lazım olan daxili mühasibat məlumatları arasında fərq mövcuddur.

A.Lebars

Demək lazımdır ki, köhnə mühasibatlıq ümumiyyətlə, öz terminologiyası üzrə məsələyə həddən ziyadə biganəlik göstərib. Elə mühasibatlıqda onun istifadə etdiyi “əmlak” terminini götürək. Hüquq elmində əmlak mülkiyyətin bütün məcmusu  və pul qiymətləndirilməsi, mənimsənilməsi və özgəninkiləşdirilməsi ilə məşğul olan hüquqi iddialar adlanır.

Bura, demək olar, həm əmək vasitələri, həm materiallar, həm hazır məmulatlar, həm kassa, həm də kreditor hüquqları, ümumiyyətlə, mühasibat balansının aktivinin bütün məzmunu daxildir. Əmlak anlayışı həm iqtisadiyyat elmində, həm də adi istehlakda eyni dərəcədə geniş şərh olunur. Lakin mühasibatlıq bu halda tam savadsızlığını aşkar etdirir. Yalnız tikililəri və avadanlığı əmlak adlandırır və beləliklə, bütün mal və materialların, pul vəsaitlərinin və kreditorun hüquqları əmlakın tərkibindən toplu olaraq çıxarılır.

Bununla yanaşı, istifadə olunan terminlərin hüquqi vətəndaşlığı üzərində bu cür kobud zorakılığın heç bir əsası yoxdur.  İqtisad elmi bu məqsəd üçün tamamilə səhih və dəqiq “əmək vasitələri” terminini tanıyır. Bu terminin çəpdilliklə “əmlak” sözü ilə  dəyişdirilməsi yalnız lazımsız səhvlər və anlaşılmazlıqlar yaradır.

S.Q. Strumilin

Professor Lloyd Helt hesab edir ki, uçotda o qədər də aydın olmayan onun öz terminologiyası tətbiq olunur.O, firmaların dərc olunan maliyyə hesabatlarından aktiv, passiv kimi spesifik şərtləri çıxarmağı təklif etdi. Sadə ifadələrin tətbiqi iqtisadçılar və texniki işçilər arasında, müəllim və tələbələr arasında kommunikativliyi yaxşılaşdıracaq.

Z.S. Gaydene

Biz bütün dünyada elmin monoton terminlərə ümumi meylinə görə öz adlarımızı icad etməməliyik. Həm də ona görə ki, bizim artıq xarici köklərdən törəmə sözlərimiz var.

S.Q. Moxov
Mühasibat uçotu biznesin dili kimi qəbul edilir. Bu yaxşıdır, amma dil nə qədər sadə olsa, bir o qədər yoxsuldur. Deməli, təsərrüfat həyatı faktlarının əsasını təşkil edən mürəkkəb hüquqi konstruksiyaları bu dildə ifadə etmək çox vaxt çətin və ya mümkün olmur.
Y.V. Sokolov

20-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



Prezident Dövlət Statistika Komitəsinə yeni səlahiyyət verdi

posted in: Xəbər | 0

Dövlət Statistika Komitəsinə yeni səlahiyyət verildi

dövlət reyestri, dövlət qeydiyyatı, Dövlət rüsumu, Sosial sığorta, Dövlət satınalmaları, iqtisadi zona, Miqrasiya, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidmətinin işçiləri, , emek pensiyaları, əmək pensiyaları, saziş, qrant, Məşğulluq haqqında Qanun, Xətalar Satınalmalar, Məşğulluq,Azərbaycan Prezidenti bu gün, yəni həftənin çərşənbə axşamı, Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda deyilir,

Azərbaycan Respublikası Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olmuş, hasilat sənayesində şəffaflıq (bundan sonra – HSŞ) və hesabatlılıq üzrə beynəlxalq səyləri dəstəkləmişdir. Beynəlxalq səviyyədə HSŞ üzrə hesabatlılığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında lazımi tədbirlər həyata keçirilmiş və mütəmadi hesabatlar dərc edilmişdir.

Son illərdə hesabatlılığı təşviq edən beynəlxalq prinsip və standartlarda hesabatvermə mexanizmlərinin səmərəliliyinin artırılması və daha çevik işləməsi məqsədilə mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdən biri də dövlət idarəçiliyində müasir texnologiyalardan istifadə etməklə aparılan işin səmərəliliyini artırmaq, məlumatlardan istifadə imkanlarını sadələşdirmək, məlumatları sərbəst əldə etmək üçün şəffaflıq və hesabatlılığın müntəzəmliyini təmin etmək məqsədilə hesabatlılığın aidiyyəti dövlət qurumlarının fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi yolu ilə tədricən onların açıqlama və hesabatvermə sistemlərinə inteqrasiya olunmasıdır.

HSŞ sahəsində beynəlxalq standartların ardıcıl tərəfdarı olaraq Azərbaycan Respublikası bu dəyişikliklərin ölkəmizdə tətbiqini təmin etməyi və onların müsbət nəticələrindən yararlanmağı zəruri hesab edir.

  1. HSŞ üzrə hesabatlılığın təmin edilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilsin.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki:

2.1. HSŞ üzrə hesabatlılıq sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirsin;

2.2. Azərbaycan Respublikasında HSŞ üzrə hesabatların davamlı toplanılmasını və toplanmış hesabatlar əsasında ümumiləşdirilmiş rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etsin.

  1. Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına tapşırılsın, həmçinin Azərbaycan Respublikasında hasilat sənayesi sahəsində fəaliyyət göstərən xarici şirkətlərə tövsiyə edilsin ki, HSŞ üzrə hesabatlılığın təmin edilməsi ilə əlaqədar zəruri məlumatları Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi formada və müddətdə təqdim etsinlər.
  2. “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanı ləğv edilsin.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Mənbə: banker.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

XXII əsrin iqtisadiyyatı üçün əsas problemlər açıqlanıb

posted in: Xəbər | 0

Yaxın onilliklərdə planetin əhalisi azalacaq və bu, XXII əsrin iqtisadiyyatı üçün əsas problemlərdən birinə çevriləcəkdir. Həyatın davamlılığının artmasına baxmayaraq (orta hesabla 74 yaşa qədər) əmək qabiliyyətli əhalinin sayı azalacaq. Bu, iqtisadiyyat üçün problemlərlə nəticələnə bilər. Bunu Bloomberg agentliyi də qeyd edib.

Bu, hər şeydən çox pensiya sistemlərinə və səhiyyə sahəsinə təsir göstərəcək. Agentlik həmçinin göstərib ki, əmək qabiliyyətli əhalinin sayının azalması vergi daxilolmalarının azalmasına səbəb olacaq və istehsal sahəsinə ziyan vuracaq. Ümumiyyətlə, bu, iqtisadi tənəzzülə və həyat səviyyəsinin artımında azalmalara gətirib çıxaracaq.

Bundan əvvəl, Sietl şəhərindəki Vaşinqton Universitetinin Tibb Məktəbi yanında sağlamlıq göstəriciləri və dəyərləndirmələri İnstitutunun mütəxəssisləri gələcəkdə dünya əhalisinin azalacağını açıqlamışdılar.

Güman edilir ki, 2060-cı illərin ortalarından başlayaraq Yer planetinin əhalisi azalmağa başlayacaq. Əsrin sonunda isə əhalinin sayı 8,8 milyard nəfər təşkil edəcək.

Hazırda planetdə 7,6 milyard nəfər insan yaşayır. 1950-ci illərdən başlaraq əhalinin sayı hər il 1-2 faiz artır. 9,7 milyard nəfərlik pik hədd göstəricisinə 2064-cü ildə çatmaq mümkün olacaq, sonra isə əhalinin sayı azalmağa başlayacaq. Ən çox azalma Yaponiya, İspaniya, Tailand və İtaliyada baş verəcək. Həmin vaxta kimi sözügedən ölkələrin əhalisinin sayı yarıdan da çox azalacaq.

Ekspertlər göstərir ki, demoqrafik dəyişikliklər doğum sayının azalması, təhsil səviyyəsinin ümumi artımı və kontrasepsiya vasitələrinin geniş tətbiqi ilə bağlıdır. Alimlərin proqnozlarına görə, dünyada əmək qabiliyyətli əhalinin sayına görə ABŞ, Çin, Hindistan və Nigeriya lider olacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!