Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (V hissə)
Almaniya vergi sistemi, formalaşması və inkişafı (V hissə)

Almaniya Federativ Respublikası bir dövlət kimi siyasi və iqtisadi quruluşun müxtəlif mərhələlərini keçmiş, dəfələrlə dünya müharibələrinin yaratdığı dağıntılardan qalxmış, iqtisadi cəhətdən güclü, sosial yönümlü dövlətə çevrilmişdir.
Vergitutma məqsədləri üçün bütün vergi tutulan gəlir yeddi növə bölünür. Xüsusilə, gəlirlər bu sahələrə ayrılır: müstəqil fəaliyyət, sənaye fəaliyyəti, kənd və meşə təsərrüfatlarında iş, muzdlu əməkdən istifadə, kapital icarəyə verilməsi və s.
Korporasiyaların mənfəət vergisi hüquqi şəxslər tərəfindən ödənilən əsas vergidir. Ümumi vergi dərəcəsi 45 faiz təşkil edir. Sözügedən vergi, fiziki şəxslərin səhmdarlarının maraqlarını nəzərə almağa imkan verir.
Korporasiyalar üzrə vergi federal və torpaq büdcələri arasında 50%/ 50% nisbətində bölünür.
Satış vergisi də hər üç büdcə arasında bölüşdürülür. Lakin nisbətlər çox vaxt dəyişir. Əvvəllər isə satış vergisi aşağıdakı kimi paylanırdı: 60% – federal büdcəyə, 35% – torpaqların büdcələrinə və 5% – yerli büdcələrə. Satış vergisi tənzimləyici gəlir mənbəyi kimi xidmət edir. Bunun sayəsində torpaqların maddi vəziyyəti bərabərləşir.
Almaniyada hazırda ən böyük iki vergi var – fərdi gəlir vergisi və əlavə dəyər vergisi (ƏDV). Ölkənin büdcə gəlirlərində ƏDV-nin payı 28% təşkil edir. Ümumi faiz dərəcəsi 15% təşkil edir, lakin bir sıra ərzaq məhsulları və kitab-jurnal məhsulları minimum 7% dərəcə ilə tutulur.
Almaniyada vergilər hökumət tərəfindən dövlətin ölkə iqtisadiyyatının inkişafına təsirinin əsas aləti kimi nəzərdən keçirilir, büdcədə onların yeri çox yüksəkdir. Büdcənin ümumi gəlirlərində vergilər, bir qayda olaraq, 80% təşkil edir.
Almaniyanın maliyyə katibi, professor X. Sitzelsberger hesab edir ki, dövlətin maliyyə siyasətinin əsas məqsədi struktur və konyunktur işsizliyin azaldılmasıdır. İnvestisiya qoyuluşu şərtləri tam rəqabət qabiliyyətli olmalıdır. Vergilərin azaldılması alman və xarici investorlara əhəmiyyətli iqtisadi və maliyyə-psixoloji stimul verəcəkdir. İslahatla müəyyən edilmiş uzunmüddətli meyarlar dövlət maliyyə siyasətinin etibarlılığını təmin edəcəkdir. Eyni zamanda, ölkədə qısa müddət ərzində təsir edə biləcək iqtisadi artımın canlanması üçün bir ilkin şərt yaradılacaqdır. Mövcud hesablamalara görə, vergi tədbirləri hər il təqribən 1%-lik əlavə bir inkişaf tempinə nail olmağa imkan verəcəkdir.
Alman siyasətçiləri, İsveçrəni Almaniya vətəndaşlarına vergidən yayınmaqda kömək etməkdə günahlandırırlar. Lakin Almaniya vergi sistemi özü də buna töhfə verir, Deutsche Welle köşə yazarı Nikita Zholkver belə deyir.
AFR hökuməti artıq iki il ərzində ikinci dəfədir ki, öz gəlirlərini “vergi oazislərində” gizlədən ölkənin zəngin adamları ilə bağlı məlumtları qeyri-leqal yolla satın alır. Birinci halda Lixtenşteyndən, indi isə İsveçrədən söhbət gedir. Yəni, alman hökuməti faktiki olaraq digər cinayətkarları üzə çıxarmaq üçün başqa bir cinayətkarla sövdələşməyə gedir

Koronavirus pandemiyası fonunda özünütəcrid səbəbi ilə Rusiyanın həftəlik zərərləri mart ayının sonundan 10 may 2020-ci ilə qədər, federal məhdudiyyətlərin qüvvədə olduğu müddətdə 270 milyard rubl həcmində qiymətləndirilir. Bu haqda RBK nəşri məlumat verib.
2020-ci ilin iyulun 1-nə ölkəmizdə pensiyaçıların sayı 1 milyon 260 min nəfər təşkil edir. Onlardan 736,9 min nəfəri yaşa, 380,9 min nəfəri əlilliyə, 142,2 min nəfəri ailə başçısını itirməyə görə pensiya alanlardır.
İstehsal fəaliyyəti ilə məşğul olan müəssisə vergiyə cəlb olunan əməliyyatlarla yanaşı, vergidən azad edilmiş kənd təsərrüfatı məhsullarının istehsalı ilə də məşğul olur. Bu zaman hər iki fəaliyyət üzrə çəkdiyimiz xərclərin gəlirdən çıxılan xərclərə hansı formada aid edilməsini müəyyənləşdirmək mümkün olmur. Belə olan halda gəlir və xərcin uçotu hansı formada aparılmalıdır?