Kapital Bank yenilənən Mingəçevir filialını istifadəyə verdi

posted in: Xəbər | 0

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Mingəçevir filialı, Mingəçevir şəhəri, M.Ə. Rəsulzadə küçəsi, ev 1A ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın Mingəçevir filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Cari ildə biri Mingəçevir şəhər filialı olmaqla 4 struktur bölmənin relokasiya və əsaslı təmiri həyata keçirilib. 5 yeni struktur bölmənin isə fəaliyyətə başlaması təmin edilib. Eyni zamanda, ötən illər ərzində 50-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib. 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq bu və gələcək illərdə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Excel’də tarixlərin formatlanması

posted in: Excel, Xəbər | 0

Excel’də tarixlərin formatlanması


Date formatting - 1.png

Sizcə bu tarix hansı günün tarixidir? 7 avqust, yoxsa 8 iyul?

Əksər ölkələrdə tarix yazılarkən öncə gün, ay və sonda il qeyd edilir. Lakin, misal olaraq, ABŞ-da ay gündən öncə yazılır. Bu səbəblə, hər hansı bir hesabatda tarix qeyd edilərkən, aradakı bütün anlaşmazlıqları aradan qaldırmaq üçün, tarixləri başqa cür formatlamaq daha məqsədəuyğundur.

Məsələn, aşağıdakı kimi:

Screenshot-dan da gördüyümüz kimi, tarixin özü olduğu kimi qalmasına baxmayaraq, onun formatını dəyişərək, ona daha anlaşılır bir görünüş qazandırmış olduq. İstənilən halda, yeni formatlanmış tarix heç kəsdə ən xırda çaşqınlıq belə yaratmayacaqdır.

Bunu etmək üçün, formatlanmasını istədiyimiz xana(lar) seçilərək Ctrl + 1 qısayolu ilə formatlama qutusu açılır və istəyimizə uyğun formatlama şəkli müvafiq yerdən seçilir.

Müəllif: Elçin Xəlilov


Bax: Qovluqdakı faylların adlarından ibarət Excel cədvəlinin hazırlanması


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gəlirin əldə edilməsi ilə bağlı xərclər

posted in: Xəbər | 0

Gəlirin əldə edilməsi ilə bağlı xərclər

Vergilər Nazirliyinin şərhində bildirilir ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

VM 104.1-ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan əməliyyatlar da aparıldıqda vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərin vergi ödəyicisinin vergiyə cəlb edilən gəlirlərindən çıxılmasına yol verilmədiyindən həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləğinin vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilməsi vergi ödəyicisinin 2017-ci və 2018-ci illər üzrə aparılan əməliyyatlarına münasibətdə də tətbiq edilirdi.

Vergi Məcəlləsinin 108-ci maddəsinə edilən və 1 yanvar 2020-ci ildən etibarən qüvvəyə minən dəyişiklik aydınlaşdırma xarakterli dəyişiklikdir.

Mənbə: vergiler.az


Bax:


Pandemiyadan sonra hansı ölkələr iqtisadiyyatda uğur qazana biləcək? (II hissə)

posted in: iqtisadiyyat, Xəbər | 0

Pandemiyadan sonra iqtisadiyyat (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Koronavirus pandemiyası müxtəlif ölkələri fərqli şəkildə vurub. Nəticədə onların dünya iqtisadi reytinqlərindəki mövqeləri dəyişəcək. Ancaq bu, uğur sayıla bilərmi?

Real ÜDM-in artım proqnozu

Ölkələr                        2020-ci il                                              2021-ci il

Vyetnam                        2,8                                                          6,8

Çin                                  1                                                            6,9

İndoneziya                      0                                                            4,8

Cənubi Koreya              0,1                                                          3,5

Rusiya                            -6                                                            2,7

Avro zonası                   -9,1                                                         4,5

Real ÜDM-ölkədə istehsal olunan bütün malların və xidmətlərin dəyərinin inflyasiyadan təmin olunmuş dəyərinin aşağı olması ilə bağlıdır.

Dünya bankının 2020-ci ilin iyun ayında verdiyi məlumata görə (bu ölkənin Planlaşdırma və Maliyyə Nazirliyinin məlumatına görə təqdim olunan Cənubi Koreyaya dair proqnoz istisna olmaqla).

Doğrudur, bu planlara ABŞ-la ticarət müharibəsi mane ola bilər. Demək olar ki, pandemiya başlamazdan az əvvəl Pekin və Vaşinqton ticarət məsələsində razılığa gəlmişdilər. Həmin müqaviləyə əsasən çinlilər öz üzərlərinə iki il ərzində 200 milyard dollarlıq amerikan mallarının satın alınması öhdəliyini götürmüşdülər. ABŞ isə Çindən göndərilən telefonlar və noutbuklara rüsum tətbiq etmək planlarından imtina etmişdi. Lakin beynəlxalq ticarəti xeyli azaldan koronavirus pandemiyası  çinlilərə götürdükləri öhdəliyi yerinə yetirməyə hələ ki, imkan vermir.
“Əgər ABŞ sazişi pozarsa və öz ərazisində Çin malları üçün yeni məhdudiyyətlər tətbiq edərsə, iqtisadiyyatı gücləndirmək Pekin üçün çətin olacaq. Bəli, böhran digər ölkələrin də Çindən satınalmaları xeyli aşağı salmağa məcbur edib, – Volçkova qeyd edir. – Çin hakimiyyəti ixracdan asılılığı azaltmağa və daxili bazarın potensialından daha çox istifadə etməyə çalışır. Lakin bu günə qədər həmin sahədə elə də uğur qazana bilməyib. Buna görə Çinin gələcək uğurlarının həcmi onun əvvəlki iqtisadi artım modelini necə tənzimləyəcəyindən asılıdır”.

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun