Vakansiya: Mühasib – EuroDoor
Vakansiya: Mühasib tələb olunur
İşəgötürən: EuroDoor
- Əmək haqqı: 1000 – 1500 AZN
- Şəhər: Bakı
- Yaş: 25 – 45 yaş
- Cins: Qadın
- Təhsil: Ali
- İş təcrübəsi: 3 ildən 5 ilə qədər
- Əlaqədar şəxs: HR
- Telefon: +012 408 30 33 / +994 50 254 56 67
- E-mail: /
Vakansiya barədə məlumat:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat uçotunu təşkil etmək və nəzarət etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
- Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi;
- Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və DSMF-yə göndərilməsi;
- Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
- Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
- Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq;
Mühasib üçün tələblər:
– Xanım namizəd
– Əmək haqqı 1000-1500
– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
– 1C 8.3 proqramında sərbəst işləmək bacarığı
– Excell proqramında yüksək səviyyədə işləmək bacarığı;
– Vergi və əmək qanunvericilikləri üzrə məlumatlı;
– Beynəlxalq mühasibat uçotu standartlarını bilmək;
– Hər növ Mühasibatlıq hesabatlarını hazırlamaq və Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək;
– A.R. Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
Əlaqə
Web: www.eurodoor.az
Mənbə: finstaff.az

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, iqtisadi münasibətlərdə şəffaflığın təmin edilməsi, qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir. Bu sahədə aparılan işlərin mühüm bir istiqaməti də iqtisadi dövriyyələrin şəffaflaşdırılması, elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlar üzərində nəzarətin təmin edilməsidir. Bu sahədə əldə olunan əhəmiyyətli irəliləyişlərə baxmayaraq, bəzi hallarda vergi ödəyiciləri tərəfindən əməliyyatlarının mahiyyətinin dəyişdirilməsi yolu ilə vergidən yayınma hallarına yol verilməsinə cəhdlər müəyyən edilir.
Koronavirus pandemiyası müxtəlif ölkələri fərqli şəkildə vurub. Nəticədə onların dünya iqtisadi reytinqlərindəki mövqeləri dəyişəcək. Ancaq bu, uğur sayıla bilərmi?