Vergidən yayınma hallarına son qoyulmalıdır

posted in: Xəbər | 0

Vergidən yayınma “Son vaxtlar vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir. Bu sahələr bir-birinə bağlı olan sahələrdir və əlbəttə ki, islahatlar hər iki sahədə paralel olaraq aparılmalıdır və aparılır. Əminəm ki, görülmüş işlər nəticəsində yaxın gələcəkdə biz daha da böyük nəticələri görəcəyik. Vergi və gömrük orqanları dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə qalxmalıdır. Yəni, sadə dillə desək, vəzifə bundan ibarətdir”.

Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Həmçinin bax: “Banklar haqqında” Qanuna kiçik dəyişiklik edildi

“Əlbəttə ki, kadr dəyişikliyi aparılmalıdır və aparılır. Əminəm ki, bu, öz bəhrəsini verəcək. Qabaqcıl ölkələrin təcrübəsi Azərbaycanda tətbiq edilməlidir. Bütün dövlət qurumları, eyni zamanda, sahibkarlar da bilməlidirlər ki, vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, bərabər şərait yaradılıbdır, qeyri-sağlam rəqabətə son qoyulur. Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq. Əsas şərtlər bundan ibarətdir”, – deyə Prezident bildirib.

Onun sözlərinə görə, sahibkarlar da öz tərəfindən bu işlərdə məsuliyyətlərini göstərməlidirlər:

“Vergidənyayınma hallarına son qoyulmalıdır. Bu, kiçik və böyük sahibkarlara aiddir. Hamı qanun qarşısında bərabər olmalıdır. Vergi və gömrük orqanlarının rəhbərliyi qarşısında mənim tapşırıqlarım bundan ibarətdir. Heç kimin heç bir güzəşti yoxdur, ola da bilməz. Hər bir sahibkar vergisini tam ödəməlidir və vergidən başqa heç bir başqa ödəniş olmamalıdır. Mən bunu həm dövlət orqanlarına, həm də sahibkarlara deyirəm. Əgər belə hallar olarsa dərhal birbaşa Prezident Administrasiyasına və aidiyyəti qurumlara məlumat göndərilməlidir. Çünki biz bu sahədə tam sağlamlaşdırma siyasətimizi davam etdirib başa çatdırmalıyıq”.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat uçotunun təşəkkülü və inkişafı (9-cu hissə)

Mühasibat uçotuMühasibat uçotu məlumatlarının istifadəçiləri informasiyaların müxtəlif növlərinə ehtiyac duyurlar. Birilərinə daxil olan gəlirlərin, digərlərinə isə xərclərin məbləği barədə məlumatlar lazım olur. İstifadəçilərin bu rəngarəng məlumat tələbatlarını mühasibat uçotunun müxtəlif növləri təmin edir.

Mühasibat uçotu üç əsas növə ayrılır: maliyyə, idarəetmə və vergi.

Maliyyə uçotu özlüyündə təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri barədə mühasibat uçotu məlumatları sisteminin formalaşdırılmasıdır. Sözügedən informasiya ilk növbədə  kənar istifadəçilərə lazımdır. Bu onunla izah olunur ki, səhmdarlar, kredit verənlər, vergi və statistika orqanları, kommersiya bankları, işgüzar partnyorlar və b. təşkilatın bu və ya digər təsərrüfat fəaliyyəti dövründə hansı ölçüdə gəlir əldə etdiyini öyrənmək istəyirlər, daha dəqiqi, – təşkilatın gəlirlərindən həmin istifadəçiyə istiqamətləndiriləcək gəliri bilmək istəyirlər. Səhm sahibləri öz sərmayələrinin kapital qoyuluşlarında dəyərini və səhmlərdən əldə edəcəkləri gəliri öyrənməyə can atırlar. Kreditorlar və sərmayə sahiblərini daha çox bu və ya digər şirkətin üzərinə götürdüyü öhdəliklərə yerinə yetirmək qabiliyyəti ilə bağlı məlumatlar maraqlandırır. Vergi orqanları isə hər bir müəssisədən vergi daxilolmalarını təmin etməlidirlər.

Həmçinin bax: “Mühasibat uçotu” termininin müəyyən edilməsi

Maliyyə hesabatının məqsədi, təşkilatın maliyyə fəaliyyətinin nəticələri haqda səhih məlumatlar toplamaq, onun əmlakı və maliyyə vəziyyəti, pul vəsaitlərinin hərəkəti, maliyyələşdirmə mənbələri barədə etibarlı məlumatların formalaşdırılmasıdır. Bu tip mühasibat uçotu üçün ümumi qəbul edilmiş mühasibat prinsipləri, pul vahidlərinin ölçülməsinin tipik uyğunluğuna xarakterikdir. Uçotun aparılması məcburi qaydada baş verir və qüvvədə olan qanunvericiliyə uyğun şəkildə ciddi şəkildə tənzimlənir. Maliyyə hesabatı təşkilatın fəaliyyətinin ən ümumi göstəricilərini təşkil edir. Maliyyə, mühasibat uçotu sistemi tərəfindən yaradılan məlumatlar, bir qayda olaraq, kommersiya sirri hesab olunmur.  Bir sıra mövcud təşkilatların qanunvericiliyə uyğun maliyyə uçotu ilə bağlı yekun məlumatları dərc etmək öhdəliyinin olması da, bunu bir daha fakt kimi təsdiqləyir.Maliyyə hesabatlarının istifadəçilərə təqdim olunması, onu tərkibi, məzmunu və şərtləri müvafiq qanunvericiliklə və normativ aktlarla müəyyən edilir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İdarəetmə uçotu, idarəetmə ehtiyacları üçün lazım olan uçot məlumatlarının toplanması, emalı və təmin edilməsi üçün bir sistemdir. İdarəetmə uçotunun məqsədi təşkilatda informasiya sisteminin yaradılması və dəstəklənməsidir. Nəticə etibarilə, idarəetmə uçotunun əsas vəzifəsi  istehsal prosesinin təkmilləşdirilməsindən ötrü lazım olan qərarların qəbulu ilə bağlı lazımi məlumatların toplanılması və bununla idarəetmə prosesinin özünün optimallaşdırılmasıdır.

Həmçinin bax: Uçot siyasətinin formalaşdırılması

İdarəetmə uçotunun tərkibinin əhəmiyyətli hissəsini uçot və təhlil xərcləri (maya dəyəri) təşkil edir. Əvvəldə qeyd olunduğu kimi, idarəetmə uçotu iqtisadi subyektlərin rəhbərliyindən ötrü məlumatların hazırlanması ilə əlaqəlidir. Təşkilat rəhbərlərini, həmçinin müxtəlif idarəetmə səviyyələrində menecerləri, hər şeydən əvvəl optimallaşdırma məqsədilə istifadə olunacaq xərclərin miqdarı barədə məlumatlar maraqlandırır. Bu məlumatlar qərarların qəbulu, planlaşdırma və proqnozlaşdırma zamanı onlardan ötrü çox vacibdir. İdarəetmə uçotunun sözügedən məlumatları kommersiya sirri daşıyır və açıqlanmamalıdır. İdarəetmə uçotu ilə bağlı məlumatlar, maliyyə uçotu ilə bağlı olandan daha ətraflı, müntəzəm, dəqiq və gələcəyə hesablanmış şəkildə olmalıdır.

Məqalənin 8-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib 5 milyon manatdan çox pulu necə mənimsədi?

posted in: muhasibat, Xəbər | 0

cinayətkar qrupDağıstanda mühasib gənc ailələrin 187 milyon rublunu oğrlayıb.

Dağıstanda “Gənclər mənzil-inşaat proqramı direktorluğu” büdcə müəssisəsinin keçmiş mühasib-kassiri Muminat Maqomedova məhkəmə önünə çıxarılacaq. Hazırda sabiq mühasibə qarşı bir neçə şəxs tərəfindən qrup halında xüsusilə killi miqdarda dələduzluq maddəsilə ittiham irəli sürülüb. Müstəntiqlərin aydınlaşdırdığına görə 2008-2013-cü illərdə bir neçə şəxslə əlbir olaraq, federal regional və yerli bələdiyyə büdcələrindən oğurluq ediblər.Oğurlanmış pullar direktorluğun büdcədənkənar hesablarına köçürülərək nağdlaşdırılıb. Bu yolla cinayətkar qrup 187 milyon rubl oğurlaya bilib. Qeyd edilir ki, həmin pullar respublikada gənc ailələrin dəstəklənməsinə yönəldilməli imiş.

İndi bu fırıldağın üstü açılıb. Cinayətkar qrupun bütün üzvləri həbs olunub. Muminat Maqomedova istintaq ilə fəal şəkildə əməkdaşlıq edir, o səbəbdən qadının işi ayrıca icraata götürülüb. Məhkəmə qərarı zamanı da onun istintaqla əməkdaşlığı nəzərə alınacaq və qərar çıxarılarkən, bu yüngülləşdirici hal kimi nəzərə alınacaq.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Qanunda dəyişiklik edildi

posted in: Xəbər | 0

xərclər smetaları AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 284
Bakı şəhəri, 5 iyul 2018-ci il
“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarında
dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, №12, maddə 2249; 2017, №7, maddə 1497; 2018, №1, maddə 124) aşağıdakı dəyişikliklər edilsin:

  1. 4-cü hissədə “Fazil Məmmədov” sözləri “Mikayıl Cabbarov” sözləri ilə əvəz edilsin.
  2. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nın 11-ci hissəsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi” sözləri “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
  1. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydası” üzrə:

3.1. 1.6-cı bəndin ikinci cümləsində “və işçilərin məcburi dövlət sosial sığorta haqları müvafiq olaraq 2.2.1-2.2.4-cü” sözləri “, işçilərin məcburi dövlət sosial sığorta haqları və işçilərin işsizlikdən sığorta haqları müvafiq olaraq 2.2.1-2.2.5-ci” sözləri ilə əvəz edilsin;

3.2. 1.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.7. “Əməkhaqqı fondundan məcburi ödənişlər (2.3.)” bəndində əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilən və sığortaedənin vəsaiti hesabına ödənilən məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı xərcləri əks etdirilir.”;

3.3. aşağıdakı məzmunda 1.7-1-ci bənd əlavə edilsin:

“1.7-1. “Hesablanmış əməyin ödənişi fondundan işsizlikdən sığorta haqqı (2.3.2.)” bəndində “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sığortaedən tərəfindən sığortaçıya ödənilməli olan sığorta haqqı üzrə xərclər əks etdirilir.”;

3.4. həmin Qaydaya əlavənin cədvəl hissəsi üzrə:

3.4.1. aşağıdakı məzmunda 2.2.5-ci yarımbənd əlavə edilsin:

“2.2.5. işçilərin əmək haqqından işsizlikdən sığorta haqqı (0,5 %)”;

3.4.2. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.3. Əməkhaqqı fondundan məcburi ödənişlər

2.3.1. əməkhaqqı fondundan məcburi dövlət sosial sığorta haqqı (22 %);

2.3.2. hesablanmış əməyin ödənişi fondundan işsizlikdən sığorta haqqı (0,5 %)”.

Azərbaycan Respublikasının
Baş naziri                                              Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.