Bolqarıstan vergi sistemi barədə bilmədiklərimiz

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Bolqarıstan vergi sistemi barədə bilmədiklərimiz.

Bolqarıstanın vergi sistemi beynəlxalq maliyyə hesabatlılığı standartlarına uyğundur, lakin, bir sıra müəssisələr sənədləri əvvəl mövcud olmuş milli standartlara uyğun da apara bilərlər.

Vergi rezidentləri prinsipi: Əgər, Bolqarıstan ərazisində qeydiyyata alınıbsa və qeydə alınma ofisi Bolqarıstanda yerləşən hüquqi şəxslər Bolqarıstanın vergi rezidentləri hesab olunurlar. Bolqarıstandakı xarici şirkətlərin daimi nümayəndəlikləri də vergi rezidentləri kimi tanınırlar.

Vergi prinsipi: Rezident şirkətlərin istənilən ölkədə əldə etdikləri gəlirlər vergiyə cəlb olunur. Bolqarıstan ərazisində fəaliyyət göstərən qeyri-rezidentlər də əldə etdikləri mənfəətdən vergi ödəyirlər.

Dividendlər: Əgər, hökumətlərarası müqaviləyə uyğun şərtlər əsasında aşağı tarif müəyyən edilməyibsə, onda gəlir mənbələrinə qeyri-rezidentlərdən ötrü 5% tarifi ilə gəlir faizi təyin edilib. Avropa Birliyi ölkələrindən olan rezidentlər gəlir mənbələrindən vergi ödəmirlər.

Lisenziyalı ödənişlər, qonorarlar və royaltilər: Qeyri-rezidentlər tərəfindən ödənilən lisenziyalı ödənişlər, qonorarlar və royaltilər 10% tarifi ilə vergi ödəyirlər. Bir sıra hallarda Avropa İttifaqından olan rezidentlər üçün lisenziyalı ödənişlər, qonorarlarvə royaltilər üçün 5% tarifi ilə vergi müəyyən edilib.

ƏDV: Bolqarıstan ərazisində ƏDV mal və xidmətlərin ümumi qiymətindən tutulur. Bolqarıstanda bu verginin standart tarifi 20% təşkil edir. Mehmanxana xidmətləri üçün isə ƏDV-nin həcmi 9% tarifi ilə müəyyən olunub.

ƏDV-dən ötrü qeydiyyata alınma: Təsərrüfat fəaliyyəti ilə məşğul olan və illik dövriyyəsi 50 000 bolqar levindən (31 500 ABŞ dolları) artıq olan bütün rezidentlər üçün ƏDV ödənişi ilə bağlı qeydiyyat məcburidir. Bəzi xidmətlərə görə qeydə alınma hüdudu 20 000 ilə 70 000 lev arasında müəyyən olunub.

ƏDV ödənişi: ƏDV hər hesabat ayı üzrə, ay başa çatdıqdan sonrakı 14 gün ərzində ödənilməlidir.

Bolqarıstanda olan digər korporativ vergilər

Kapitala görə vergi: Bolqarıstanda kapitallaşmaya görə vergi nəzərdə tutulmayıb.

Yığım fondu ilə bağlı vergi: Bolqarıstanda yığım fondları ilə bağlı vergi yoxdur.

Əməkhaqqı fondu ilə bağlı vergi: Bolqarıstanda işəgötürənlər üçün əməkhaqqı fondlarına vergi mövcud deyil.

Daşınmaz əmlaka görə vergi: Bolqarıstanda daşınmaz əmlaka görə vergi, əmlakın dəyərini əks etdirən qiymətin həcmindən asılı olaraq, 0,01%-dən 0,45% civarında müəyyən edilib.

Mirasa görə vergi: Mirasa görə vergi yerli hakimiyyət orqanları tərəfindən, qohumluq dərəcəsi nəzərə alınmaqla, 0,4% – 6,6% hüdudunda müəyyən edilib.

Gerb yığımı: Bolqarıstanda gerb yığımları nəzərdə tutulmayıb.

Daşınmaz əmlakın idarə olunması hüququnun başqasına verilməsi ilə bağlı vergi: Bolqarıstanda belə bir vergi növü nəzərdə tutulmayıb.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email