Sual: ƏDV ödəyicisi olan MMC 2020-ci ilədək gələcəkdə satış məqsədilə 100 ədəd daşınmaz əmlaka (yaşayış və qeyri-yaşayış) investisiya yatırmışdır. Nəzərinizə çatdırım ki, bu əmlaklar alınan zaman notarius tərəfindən sadələşdirilmiş vergi tutulub dövlət büdcəsinə ödənilmişdir. Yəni əmlakın dəyərinə bu vergilər də daxil edilmişdir.
2020-ci ildə bu əmlaklar satılarkən hansı vergilərə cəlb olunacaq? Əgər ƏDV hesablanarsa, bu əmlakın dəyərini əhəmiyyətli dərəcədə yüksəldəcək və MMC nəinki qazanc götürəcək, hətta bu əməliyyatlardan zərər edəcəkdir.
Cavab: 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.
Əsas: Vergi Məcəlləsi, 104.1-ci, 159.1-ci və 218.4.3-cü maddələr.
Mənbə: taxes.gov.az
Bax:
-
Fiziki şəxslərin vergi uçotundan çıxarılması haqqında göndərilən ərizə ləğv edilə bilərmi?
-
Yeni nəsil NKA-lara görə vergi güzəştindən hansı hallarda yararlanmaq mümkündür?
-
Vergi ödəyicisi VÖEN-i bağlamaq üçün nə etməlidir?
-
Mənzil sahibi olan təqaüdçü vətəndaş nə qədər vergi ödəməlidir?
-
2020-ci ildə qeydiyyatdan keçmiş vergi ödəyiciləri bu vergi güzəştindən yararlana bilməyəcəklər
-
Hüquqi şəxsin qeydiyyatı üçün hansı sənədlər tələb olunur?
-
Qeyri-rezidentə ödənilən üzvlük haqlarında ƏDV hesablanmalıdır?
Gülnarə Ələkbərova
Cavab olaraq açıqlama verdiyiniz məsələ üzrə qeyd etdiyiniz istinad maddələrin ( Vergi məcəlləsinin 104.1;159.1;218.4.3)heç biri hüquqi şəxsin mülkiyyətində olan yaşayış və qeyri yaşayış sahəsinin satışı zamanı ƏDV cəlb olunması məsələsini təsdiq etmir.Ola bilsin texniki səhfdir. xahiş edirəm açıqlama verəsiniz.