Daxili Auditor tələb olunur

posted in: Audit, İş elanı, Xəbər | 0

“İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı (İKA)  daxili auditor vəzifəsini icra etmək üçün təcrübəli mütəxəssisi işə dəvət edir.

Sənədlərin qəbulunun son müddəti:  29.01.2018-ci il

1. İKA-nın daxili auditorunun məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:

– İKA-nın ayrı-ayrı əməkdaşları və struktur bölmələrinin icra etdiyi əməliyyatların qanunvericiliyə, normativ aktlara və daxili sənədlərə uyğunluğunu müəyyən etmək məqsədilə, mütəmadi olaraq yoxlamaların aparılmasını təmin edir;
– İKA-nın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarını tədqiq edir, uyğunsuzluqları, yaxud saxtakarlıq əlamətlərini aşkara çıxarır;
– aşkar edilmiş nöqsanların aradan qaldırılması və buna nəzarət məqsədilə tövsiyyələr işləyib hazırlayır;
– aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktın müvafiq qaydada sənədləşdirilməsini təmin edir;
– aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması barədə vaxtında rəhbərliyə məlumat verir;
– İKA-nın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, daxili sənədlərin tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət edir;
– mühasibat uçotu və hesabat sisteminin adekvatlığını təhlil edir;
–   yeni siyasət formalaşdırılarkən və köhnə siyasətə yenidən baxılarkən, yaxud yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif  mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu təmin edir.

Hesabatvermə

2. Daxili auditor  İKA-nın təsisçilərinə hesabat verir.

Müddət

1. Daxili auditor ilə 3 ay sınaq müddətinə müqavilə imzalanacaqdır. Bu müqavilə üzrə 3 aydan sonra daxili auditorun faliyyətinin nəticələri təsisçilər tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsinə əsasən müqavilə uzadılacaqdır.

İxtisası

İKA-nın daxili auditoru aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:
(a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis bilmək;
(b) mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
(c) auditor  sahəsində ən azı bir illik təcrübəyə malik olmaq;
(d) ingilis dilində sərbəst bilənlərə  üstünlük verilir;
e) əla yazılı və şifahi nitqə malik olmaq;
f) Excel/Word, E-poçtla işləmək bacarıqları daxil olmaqla, proqramlaşdırılmış mühasibatlıq sistemində işləmək bacarığı;
g) beynəlxalq maliyyə idarəçiliyi prosedurları və təlabatları barəsində bilgili olmasına və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən layihələrdə işləmək təcrübəsinə üstünlük verilir;
h) əla ünsiyyət qurmaq, komandada işləmək bacarığı ;
i) təşəbbüskarlıq, məsuliyyətli, məsələyə hərtərəfli yanaşmaq və  yenilikləri qəbul etmək bacarığı.

Sənədləri fabbasova@ia-az.net e-mail və ya Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 21 F ünvanına göndərə bilərsiniz.
Əlaqə nömrəsi- (012)-464-83-35  Fatma x.

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *