İl ərzində mükəlləfiyyəti mənfəət vergisindən ƏDV-yə dəyişdikdə dividendin ÖMV-dən azad olması necə hesablanır?

posted in: Xəbər | 0
birbank biznes

Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Sual: Mənfəət vergisi ödəyicisi olan MMC mikrosahibkarlıq subyektidir. 2019-cu ilin bölüşdürülməmiş mənfəətin bir hissəsini dividend formasında 2020-ci ilin yanvar, fevral və mart aylarında ödəyir və müvafiq bəyannamədə göstərilir. Ödəmə anında mikrosahibkarlıq subyektləri 106.1.20 maddəsinə əsasən dividendə görə 10 faiz mənbədə vergidən azaddır. MMC 2020-ci ilin aprel ayında könüllü olaraq 177.5 maddəsinə əsasən ərizə ilə müraciət edərək arxa tarixdən, yəni 2020-ci ilin fevral ayının 1-dən ƏDV qeydiyyatına alınır. Bilmək istəyirəm ki, 2019-cu il üçün (mikrosahibkarlıq dövrü üçün) fevral və mart ayında ödənilən dividend ÖMV-yə cəlb olunur ya yox?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 106.10-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Buna əsasən sorğuda göstərilən halda rezident müəssisənin ƏDV qeydiyyatı olmayan dövr üzrə formalaşan bölüşdürülməmiş mənfəətindən dividendin elan edilməsi və ödənilməsi zamanı ƏDV qeydiyyatında olması onun Vergi Məcəlləsinin 106.10-cu maddəsi ilə müəyyən edilən güzəşt hüququnu məhdudlaşdırmır. Müəssisənin ƏDV qeydiyyatında olduğu dövrdə formalaşan bölüşdürülməmiş mənfəətindən dividendlərin elan edilməsi və ödənilməsi isə onun vergi mükəlləfiyyətindən asılı olmayaraq ümumi qaydada vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 106-cı və 122-ci maddələri.

Mənbə: taxes.gov.az


Print Friendly, PDF & Email