“EHTİYATLAR ÜZRƏ” KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 8 №-li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTININ 23 və 24-cü maddələri bir-birini əvəz edə bilməyən və ya xüsusi məqsədlər üçün bir-birindən ayrı saxlanılan ehtiyatlara aiddir. Bu ümumi vəziyyət olmasada, belə hallar yarana bilər. Məsələn, antikvar mallar satan mağazada satışa çıxarılmış bütün mallar unikaldır və onların hər biri alış qiyməti ilə dəyərləndirilməlidir. Unikal ehtiyatların digər nümunəsi kimi mühəndis şirkətində bitirilməmiş istehsalatı göstərmək olar, çünki tikilməli olan obyekt sifarişçinin spesifik tələblərinə uyğun olaraq inşa edildiyi üçün digər obyektlə dəyişdirilə bilməz.
Belə şəraitdə, hazırkı standartın 23 və 24-cü maddələrinə əsasən, bu ehtiyatların hər bir maddəsinin dəyəri yuxarıda qeyd edilmiş prinsiplərə uyğun olaraq fərdi şəkildə müəyyən edilməlidir.
Bütün digər hallarda hazırkı standartın 25-ci maddəsi tətbiq edilməlidir.
Ehtiyatların ilkin dəyərinin hesablanması üçün əsasın təyin edilməsi zamanı müəssisə iki metoddan daha məqsədə uyğun olan birini seçməlidir. Bu iki metod aşağıdakılardır:
- Çəkili orta dəyər; və ya
- İlk mədaxil – ilk məxaric (FİFO)
Çəkili orta dəyər
Hər bir yeni daxil olan ehtiyatın çəkili orta dəyəri hesablanır və hesabat dövrünün sonunda bütün ehtiyatların çəkili orta dəyəri müəyyən edilir.
Məsələn, “Şirvan” müəssisəsi yanacaq doldurma məntəqəsini idarə edir. 01.01.2006-cı il tarixində ehtiyatlarda dəyəri 15000 manat olan 50000 litr yanacaq mövcud idi.
Hesabat dövrü ərzində yanacağın aşağıda qeyd edilmiş hərəkəti baş vermişdir:
Alış Satış (litr)
Litr manat
Yanvar 40000 12000 45000
Fevral 60000 20000 50000
Mart 35000 12000 30000
135000 125000
Yekun: litr
Hesabat dövrünün əvvəlinə olan ehtiyatlar 50000
Alış 135000
185000
Satış (125000)
60000
Bu 60000 litr yanacağın dəyərini hesabat dövrünün sonuna bir litr yanacağın çəkili orta dəyərini müəyyən etməklə hesablamaq mümkündür.
Ay Dövrün əvvəlinə qalıq A l ı ş S a t ı ş Ayın sonuna qalıq
litr 1 litrin cəmi litr 1 litrin cəmi litr çəkili orta cəmi litr çəkili orta cəmi
dəyəri dəyəri dəyəri dəyəri dəyəri dəyəri dəyəri dəyəri
50000 0,300 15000
Yan 40000 0,300 12000 45000 0,300 13500 45000 0,300 13500
Fevral 60000 0,333 19980 50000 0,319 15950 55000 0,319 17545
Mart 35000 0,343 12005 30000 0,328 9840 60000 0,328 19680
Beləliklə, hesabat dövrünün sonuna olan ehtiyatların (60000 litr) dəyəri 19680 manat təşkil edir.
Hesablamalar: (12000+15000) / (50000+40000)= 0,300
(13500+19980) / (45000+60000)= 0,319
(17545+12005) /(55000+35000) = 0,328
İlk mədaxil – ilk məxaric (FİFO)
Bu metoda əsasən, ilk olaraq əldə edilmiş ehtiyatlar ilk olaraq da satılır. Beləliklə, hesabat dövrünün sonuna olan ehtiyatların hamısı son olaraq ödənilmiş dəyərlərlə qiymətləndiriləcəkdir. Nümunə kimi yuxarıda qeyd edilmiş misaldan istifadə etmək olar.
Ay Dövrün əvvəlinə qalıq A l ı ş Satışın maya dəyəri Ayın sonuna qalıq
litr 1 litrin cəmi litr 1 litrin cəmi litr FİFO cəmi litr FİFİO cəmi
dəyəri dəyəri dəyəri dəyəri dəyəri dəyəri
50000 0,300 15000
Yan 40000 0,300 12000 45000 0,300 13500 45000 0,300 13500
Fevral 60000 0,333 19980 45000 0,300 13500
5000 0,333 1665
50000 15165 55000 0,333 18315
Mart 35000 0,343 12005 30000 0,333 9990 25000 0,333 8325
35000 0,343 12005 60000 20330
Beləliklə, hesabat dövrünün sonuna olan ehtiyatların (60000 litr) dəyəri 20330 manat təşkil edir.
Qiymətləndirmə metodu seçildikdən sonra müəssisə hər zaman bu metodu ehtiyatların bütün oxşar maddələrinə tətbiq etməlidir. Məsələn, mağazalar ehtiyatlarının qiymətləndirilməsi zamanı FİFO metodundan istifadə edə bilər. Belə olan halda, həmin mağaza bu metodu bütün ehtiyatlarına (çörək, pendir, süd, ərzaq və sair) tətbiq etməlidir. Lakin, müəssisə mahiyyəti və xüsusiyyətlərinə görə əhəmiyyətli dərəcədə fərqlənən ehtiyatlara sahib olduqda, onların qiymətləndirilməsi zamanı müxtəlif metodlar istifadə edilə bilər.
Məsələn, ”Araz” şirkəti həm mağaza, həm də minik avtomobillərinin təmiri sexini idarə edir.
Bu iki fəaliyyət növü bir-birindən tamamilə fərqlənir. Belə olan halda, şirkət mağazanın ehtiyatlarının qiymətləndirilməsində bir metoddan (məsələn, FİFO), avtomobil təmiri sexinin ehtiyatlarının qiymətləndirilməsində isə digər metoddan (çəkili orta dəyər) istifadə edə bilər.