Əlavə vergi yoxlaması reyestrdən çıxarışda əks etdirilməlidirmi?

posted in: Xəbər | 0
birbank biznes

Əlavə vergi yoxlaması, sahibkarlıq sahəsində aparılan yoxlamalar,Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanı rəhbəri tərəfindən əlavə vergi yoxlaması keçirilməsi barədə qərar qəbul edilərsə, əlavə vergi yoxlaması da reyestrdə qeydiyyatdan keçməlidirmi? Yoxsa əlavə vergi yoxlaması əvvəlki səyyar yoxlamanın davamı olduğundan buna ehtiyac yoxdur?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə məlumatların verilməsi qaydası “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 5-ci hissəsi ilə tənzimlənir. Sorğunuzda qeyd olunan “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında Qərar”ların sahibkarlıq subyektinə təqdim edilən reyestrdən çıxarışda əks etdirilməsi Əsasnamədə nəzərdə tutulmamışdır.

Əsasnamənin 3.4.18-ci bəndində qeyd olunmuşdur ki, yoxlamanın nəticəsi barədə məlumatlar reyestrə daxil edilməlidir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi isə yoxlamanın son nəticəsi kimi qiymətləndirilmir. Belə ki, Vergi Məcəlləsinin 49.1-2-ci maddəsinə əsasən, bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz.

Əsas: Vergi Məcəlləsinin 49.1-2-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə.

Mənbə: vergiler.az


Əməkhaqqıdan tutulan icbari tibbi sığorta necə hesablanır?


Print Friendly, PDF & Email