Elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclərin gəlirdən çıxılması

posted in: Xəbər | 0

Elmi fəaliyyətdə gəlirdən çıxılan xərclər

Elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərcləri yeni məhsulun (malların, işlərin, xidmətlərin) yaradılması yaxud təkmilləşdirilməsilə bağlı, xüsusilə də ixtira xərcləridir. Vergi ödəyiciləri Vergi Məcəlləsinin əsas vəsaitlərin alınması, onların quraşdırılması, habelə digər kapital alınarkən çəkilən xərclər istisna edilməklə, belə xərcləri mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan xərclər kimi qiymətləndirə bilər (maddə 113).

Yuxarıda göstərilən xərclər üzrə ayırmaların vergi uçotu üçün bütün qeydlər ciddi şəkildə sənədləşdirilməklə, mühasibat uçotu registrləri məlumatları ilə əlaqəli   aparılmalıdır. Onların gəlirdən çıxılan xərclərə aid edilməsi:

  • layihə-smeta sənədləri;
  • yerinə yetirilən işlərin aktı;
  • müvafiq elmi-tədqiqat, layihə-axtarış, habelə tədqiqat işlərinin aparılmasını təsdiq edən digər sənədlər əsasında aparılır.

Bu zaman vergitutma obyektlərinin vergi öhdəlikləri Məcəllədə müəyyən olunmuş qaydada hesablanıb dövlət büdcəsinə ödənilir.

Nümunə 1: Müəssisə sahibkarlıq fəaliyyəti çərçivəsində apardığı elmi-tədqiqat işlərinə görə 12000, əsas vəsaitlər üzrə (alınma, quraşdırma) 40700, sosial xarakterli 2500 manat xərc edib. Onun həmin də ümumi gəliri 132000, yuxarıdakıları nəzərə almadan xərcləri 71400 manat olub. Mənfəət vergisi məbləğini hesablayaq.

Biznes hesabi

Mənfəət: 132000 – (71400 +12000) = 48600 manat

Mənfəət vergisi: 48600 * 20% = 9720 manat

Elmi tədqiqat, layihə-axtarış, təcrübə-konstruktor işlərinə çəkilən xərclərin gəlirdən çıxılması elmi fəaliyyətin ölkənin inkişaf tempinin artımında əhəmiyyətli rol oynayır elmi fəaliyyətə yönəlmiş bir vergi güzəştidir.

Müxtəlif ölkələrdə elmi fəaliyyətlə bağlı xərclərin gəlirdən çıxılması

Xarici ölkələrdə elmi və innovativ fəaliyyətin vergi stimullaşdırılması üsullarının işlənib hazırlanması sənayenin, ümumilikdə cəmiyyətin inkişafına yönəlmiş tədbirlərdəndir.

İnnovativ fəaliyyət – toplanmış biliklərin, texnologiyaların, avadanlıqların kommersiyalaşdırılmasına yönəldilmiş elmi, texnoloji, təşkilati, maliyyə, habelə kommersiya fəaliyyətləri kompleksidir. Belə fəaliyyətin nəticəsi yeni yaxud əlavə əmtəə/xidmətlərdir.

Qeyd edək ki, xarici ölkələrdə belə fəaliyyətə  geniş tətbiq edilən vergi güzəştlərinin ən çox yayılmış növlərinə:

  • vergi güzəşti;
  • gəlirdən çıxılmalar;
  • vergi ödənişlərinin təxirə salınması daxildir.

Hər bir ölkənin konkret sənaye sahələrinə münasibətdə vergi rıçaqlarının tətbiqi üsulları və şərtləri ilə bağlı öz milli xüsusiyyətləri var. Bunu, əsasən sənaye və elmi-texniki siyasətin xüsusiyyətləri, eləcə də sənaye sahələrinin özünün inkişaf xüsusiyyətləri müəyyən edir.

Bir sıra ölkələr (İspaniya, Almaniya, Belçika) aerokosmik sənayenin innovativ inkişafı üçün vergi rıçaqlarından istifadə etmirlər.

Fransada vergi yardımının əsas növü olan vergi tədqiqat krediti (Credit d’impot recherche-CIR) elmi, innovativ fəaliyyətin inkişafı üçün ölkədə ayrılan vergi yardımının ümumi məbləğinin təxminən 80%-i  təşkil edir.  Vergi ödəyiciləri ölkədə elmi, innovativ fəaliyyətə illik xərclərin 30%-indən çox olmamaqla vergi kreditlər ala bilər. Bu o deməkdir ki, vergi öhdəliklərinin ödəmə müddəti uzadıla bilər, yəni onlar vaxtı uzadılmış məbləğdən faiz ödəmədən müəyyən müddət istifadə edə bilərlər.

Eyni zamanda şirkətlərin belə fəaliyyət xərclərinin silinmişi də Fransada geniş tətbiq edilir. Universitetlərin, elmi akademiyaların aldığı yardımlar, həmçinin elmi araşdırmalara (qeyri-kommersiya tipli) ayırmalar gəlirdən çıxılan xərc kimi qiymətləndirilə  bilər (illik gəlirin 10 faizindən çox olmamalıdır).

Çin Respublikasında elmi, innovativ xərclər, həmin xərclərin 150 faizi miqdarında gəlirdən çıxılır.

Gəlirdən çıxılma İngiltərədə,  iri müəssisələrdə bu yönümlü xərclərin 130 faizini, kiçik və orta müəssisələrdə isə 225 faizini təşkil edir.

Maliyyə hesabatları: kapitalda dəyişikliklər haqqında hesabat (Statement of changes in equity)