Əmək məzuniyyəti üçün ərizə necə yazılır

posted in: Xəbər | 0

Əmək məzuniyyəti necə rəsmiləşdirilir?

Qüvvədə olan  əmək qanunvericiliyinə əsasən bütün növ məzuniyyətlərin verilməsi işçinin məzuniyyət ərizəsi əsasında işəgötürənin əmri ilə rəsmiləşdirilir. Məzuniyyət əmri ilə işçi məzuniyyətin başlamasına azı 5 gün qalmış tanış edilməlidir. Məzuniyyət dövrü üçün işçiyə məzuniyyət vaхtı üçün orta əmək haqqı hesablanır və məzuniyyətin başlamasına ən geci 3 gün qalmış ödənilir.

Məzuniyyət əmri rəhbər, səlahiyyət verilmiş digər şəxs tərəfindən imzalanır. Bundan sonra işçi məzuniyyət əmri ilə tanış olmalı və onu imzalamalıdır.

Əmr müəssisə tərəfindən sərbəst formada hazırlansa da, özündə aşağıdakı məlumatları əks etdirməlidir:

  • müəssisənin adı;
  • məzuniyyət əmrinin nömrəsi, hazırlanma tarixi;
  • işçinin adı, atasının adı və soyadı;
  • işçinin vəzifəsi;
  • məzuniyyətin müddəti, uyğun iş ili, başlanğıc və bitmə tarixi;
  • məzuniyyət bitdikdən sonra işçinin işə başlamalı olduğu tarix;
  • işəgötürənin (səlahiyyətli şəxsin) imzası;
  • işçinin əmrlə tanış olması haqqında imzası.

İmzalarla təsdiqlənmiş əmək məzuniyyət əmri mühasibatlığa göndərilir və işçiyə məzuniyyət haqqı hesablanır və ödənilir.

Mühasibat xidmətləri

Əmək məzuniyyət əmri üçün formanı yüklə

Əmək məzuniyyət ərizəsi üçün standart forma varmı?

Əmək məzuniyyəti ərizəsi üçün standart forma yoxdur. Əksər şirkətlər məzuniyyət ərizəsi də daxil olmaqla, müxtəlif ərizə forması hazırlayır. Ən asan yol onu çap etmək, uyğun məlumatları daxil etmək və kadrlar şöbəsinə təqdim etmək kifayətdir. Ərizənin qanunla təsbit edilmiş doldurulma qaydası yoxdur. Onu əl ilə yaxud kompüterdə sərbəst formada hazırlamaq olar, bu zaman qanunvericiliyin tələblərinə, rəsmi iş üslubuna və ümumi qəbul edilmiş dil qaydalarına əməl etmək lazımdır.

Məzuniyyəti ərizəsində nələr qeyd olunur?

  1. Başlıq: əmək məzuniyyəti ərizəsinin ünvanlandığı şəxs (müəssisə rəhbərinin tam adı və vəzifəsi), ərizəni yazan şəxs  (işçinin tam adı və vəzifəsi);
  2. Ərizənin mahiyyəti: məzuniyyətin növü (illik, analıq məzuniyyəti və s.), müddəti, başlanma tarixi;
  3. İşçinin tam adı və imzası;
  4. Ərizənin tarixi.

Müəssisə və təşkilatlarda müəyyən edilmiş qaydalardan asılı olaraq məzuniyyət üçün ərizə kadrlar şöbəsinə şəxsən və ya  elektron informasiya sistemi vasitəsilə təqdim edilə bilər.

Məzuniyyət üçün ərizə formasını yüklə

Məzuniyyət üçün ərizəni nə vaxt yazmaq lazımdır?

İşçilərin planları və şəxsi vəziyyəti tez-tez dəyişə bilər, ona görə də təsdiq edilmiş məzuniyyət cədvəli yekun hesab edilə bilməz. Lazım gələrsə, işəgötürənin etiraz etmədiyi təqdirdə, əmək məzuniyyətinə başqa tarixlərdə də, məzuniyyət ərizəsi yazmaqla getmək olar.

İşçinin istifadə edilməmiş məzuniyyət günləri topladığı təqdirdə də ərizə də lazım olacaq – məsələn, bir müddət məzuniyyət götürülməyib. Məzuniyyət ərizəsi öz hesabına (ödənişsiz) məzuniyyətə, analıq məzuniyyətinə, uşağa qulluq üçün məzuniyyətə, təhsil məzuniyyətinə getməzdən əvvəl də lazımdır.

Əmək məzuniyyəti ərizəsinə hansı sənədlər əlavə edilir?

İllik ödənişli əmək məzuniyyəti üçün əlavə sənədlər tələb olunmur. Ancaq işçinin əlavə ödənişli günlər hüququ varsa, təsdiq edici sənədlər tələb oluna  bilər. Məsələn, Əmək Məcəlləsinin 120-ci maddəsinin tələblərinə uyğun  Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər müvafiq təsdiq edici sənəd təqdim etməlidir.

343 saylı “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesabı üzrə uçot