Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi

posted in: Xəbər | 0
birbank biznes

Əmək müqaviləsi nədir?

Əmək müqaviləsi əmək münasibətlərinin  rəsmiləşdirilməsinə əsas verən yeganə sənəddir. İşçi və işəgötürən müqavilənin tərəfləri hesab olunur. Tərəflər arasında əmək münasibətləri, işə qəbul, əmək müqaviləsinin xitamı, əmək münasibətlərinin ləğvi zamanı istifadə olunmamış məzuniyyət üçün kompensasiya  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən müəyyən olunur. İşəgötürən əmək müqaviləsinin şərtləri üzrə  işçini əmək haqqı ödənilməklə müvafiq işlə təmin edir. Bunun əvəzində işçidən:

  • öz vəzifə və öhdəliklərini düzgün qaydada yerinə yetirmək;
  • iş vaxtı qaydalarına əməl etmək;
  • əməyin təhlükəsizliyi qaydalarına əməl etmək tələb edilir.

Müqavilə yazılı formada hazırlanır, imzalanaraq təsdiqlənir. Bütün qaydalara uyğun hazırlanmış əmək müqaviləsi, həmçinin əmək müqaviləsinin xitamı elektron hökumət  informasiya sistemində qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minir (AR ƏM, maddə 49).

Əmək müqaviləsinə xitam verilməsi

Əmək müqaviləsinə xitam verilərkən  sənədləşmə işləri, istifadə olunmamış məzuniyyət üçün kompensasiya qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır. Düzgün aparılmayan rəsmiləşdirmə fərdi mübahisələrin yaranmasına səbəb ola bilər. Məcəllənin 68-ci maddəsinə görə müqavilənin ləğvi aşağıdakı hallarda mümkündr:

  • tərəflərdən hər hansı birinin  istəyinə görə;
  • müqavilə müddətinin başa çatması;
  • iş şəraiti şərtlərində edilən dəyişikliklər;
  • müəssisə mülkiyyətçisinin dəyişməsi səbəbilə;
  • tərəflərdən asılı olmayan vəziyyət yarandıqda;
  • müqavilədə tərəflərin müəyyən etdiyi hallarda.

Işçinin istəyi ilə  əmək müqaviləsinin xitamı zamanı işəgötürən 1 ay qabaqcadan xəbərdar edilməlidir. İşçi aşağıdakı hallarda  müqaviləyə xitam verilməsi üçün müraciət edə bilər:

  • yaş və əlillik səbəbilə təqaüdə çıxıldıqda;
  • təhsilin davam etdirilməsi səbəbindən;
  • yaşadığı yer dəyişdirildikdə;
  • digər işəgötürənlə əmək münasibətlərinə başlandıqda;
  • seksual qısnama halları olduqda;
  • hər hansı bir səbəb bildirməyərək işdən çıxmaq istədikdə.

Burada qeyd olunan hallarda işəgötürənə təqdim edilən ərizədə göstərilən tarixdə müqavilə ləğv edilməlidir (ƏM maddə 69). Bu zaman heç bir xəbərdarlıq müddəti müəyyən edilə bilməz.

Əmək müqaviləsinin xitamı zamanı işçilərə ödənişlər

İşdən azad olunan işçiyə müəyyən ödənişlər ödənilməlidir. Həmin ödənişlərə aşağıdakılar daxildır:

  • işçinin son  ayda işlədiyi günlərə uyğun hesablanan əmək haqqı;
  • müavinət, mükafat, digər ödəmələr;
  • istifadə olunmamış məzuniyyət üçün kompensasiya.

Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququ

İşəgötürənlə əmək münasibətlərində olan işçilər AR ƏM-də nəzərdə tutulmuş məzuniyyətlərdən istifadə hüququna malikdirlər. Əmək müqaviləsinin ləğvi zamanı məzuniyyətlərdən istifadə hüququ işçilərin arzusu iə realizə edilməlidir. Müqavilləsi ləğv olunan işçiyə iş ili ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə onun istəyi ilə məzuniyyətin verilməsi təmin edilir (ƏM 70-ci maddənin a və ç bəndlərinə əsasən müqavilənin ləğvi istisna olmaqla). Məzuniyyətin başa çatdığı gün əmək müqaviləsinin xitamı, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin bitdiyi gün sayılır (ƏM-nin 143.1-ci maddəsi). Bu qayda əsas iş yerindən başqa əvəzçiliklə işləyən işçilərə də məzuniyyət hüququnun təmini məqsədilə şamil edilir.

Onu da qeyd etmək lazımdır ki, işəgötürənin məzuniyyətdə olan işçinin əmək müqaviləsini ləğv etməsi yolverilməzdir (ƏM 111-ci maddə).

Nümunə 1: İşçi 5 noyabr2021-ci il tarixdə müvafiq ərizə ilə 5 dekabr 2021-ci tarixindəişdən azad olunması üçün işəgötürənə müraciət edir. O, ərizədə istifadə olunmayan 1 aylıq məzuniyyət hüququndan istifadə etmək istədiyini qeyd edir. İşəgötürən işçinin məzuniyyətə göndərilməsilə bağlı əmr verir və sənəddə qeyd olunur ki, işçi məzuniyyətdən geri qayıdana kimi onun əmək müqaviləsinin ləğvi ilə bağlı əməliyyatlar həyata keçirilsin

Əmək müqaviləsi ləğv edilən işçi əvvəllki illərdə istifadə olunmayan məzuniyyətlərdən  faktiki olaraq istifadə etmək istəməyə bilər. Bu halda işçiyə qanunvericiliyə uyğun olaraq həmin istifadə olunmamış məzuniyyət üçün kompensasiya ödənilməlidir. Kompensasiya ödənişi qaydaları ilə buradan tanış olmaq olar.

Lakin nəzərə almaq lazımdır ki, əmək müqaviləsinin xitamı zamanı əlavə məzuniyyətlərə, təhsil, yaradıcılıq, həmçinin, sosial məzuniyyətlərə görə kompensasiyalar ödənilmir.


Print Friendly, PDF & Email