Kadrlar uçotunun mahiyyəti
İşçilərin işə qəbulu zamanı istifadə edilən əmək müqaviləsi kadr uçotu məqsədləri üçün əsas sənədidir. Kadr uçotunun aparılması hər bir müəssisə, təşkilat üçün mütləqdir. Bu uçot Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tənzimlənir. Gəlin ilk öncə onun nə olduğuna nəzər yetirək:
Kadr uçotu – işçilərin işə qəbulu, yerdəyişməsi və ya işdən azad olunması, işçi və işəgötürən arasında əmək münasibətlərinin sənədləşdirilməsi ilə bağlı olan tədbirlərdir. Beləliklə, kadr uçotu ilkin kadr sənədləri və əmək haqqında daxili qaydalar əsasında həyata keçirilir. |
Kadr uçotunun düzgün şəkildə yerinə yetirilməsi əmək mübahisələrində problemlərin rahatlıqla həll olunmasına gətirib çıxarır. Əmək müqavilələri sayəsində həm işəgötürən, həm də işçi üçün gələcəkdə yarana biləcək problemlərin qarşısı alınır.
Kadr işlərinin düzgün təşkilinin müxtəlif yolları var:
- kadrlar xidməti yaratmaq və bu sahə üzrə mütəxəssis tutmaq;
- bu işi sənədlərlə yaxşı işləməyi bacaran mühasib və ya katibənin öhdəsinə qoymaq;
- bu funksiya üzrə ixtisaslaşmış autsorsinq şirkətinə müraciət etmək.
Qeyd olunan üsulların hər birinin müsbət cəhətləri olmaqla yanaşı, yaratdığı çətinliklər də mövcuddur. Müəssisəyə uyğun seçim etmək lazımdır.
Mühasibatlıqda kadrlar üzrə sənədlərin tərkibi
Kadr uçotunun qurulması prosesi aşağıdakılardan ibarətdir:
- əmrlərin tərtib olunması;
- işçilərin şəxsi işlərinin yaradılması;
- müqavilələrin tərtib olunması;
- məzuniyyət, ştat cədvəllərinin tərtib olunması;
- təftiş predmeti üzrə kadr kargüzarlığının yoxlanması;
- prosedurun tələb olunan kadrlar prosesinə uyğun şəkildə yazılması və s.
Mühasibin əsas vəzifələri arasında ilkin sənədlərin qəbulu, nəzarəti, işlənməsindən ibarət işlər də mövcuddur. Kadr uçotuna dair sənədləri tərtib edərkən şəxsin birbaşa fərdi məlumatları toplanır, işlənir. Bəs fərqli mərhələlərdə bu tənzimləmələr üçün hansı sənədlər mövcuddur?
Kadr uçotunda ən çox istifadə olunan əmək müqavilələridir. Bundan əlavə əmək kitabçaları, əmrlər və s. mövcuddur. Bu məqalədə biz əmək müqaviləsinin nə olduğuna dair məlumatları bölüşəcəyik.
Əmək müqaviləsi nədir?
Əmək müqaviləsi işçi ilə işəgötürən arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edir və aşağıdakı şəxslər arasında bağlanır:
- işçi (iş yerində çalışan fiziki şəxs);
- işəgötürən (müdiriyyət, müəssisənin rəhbəri).
Əmək müqaviləsi müəssisə, yaxud təşkilatlarda əmək münasibətlərinin rəsmiləşdirilməsinə əsas verən yeganə sənəddir. İşəgötürənlə işçi arasında əmək münasibətləri AR Əmək Məcəlləsi ilə tənzimlənir.
Müqaviləyə əsasən işəgötürən işçini işlə təmin edir, ona görə əmək haqqı ödəyir. Bunun müqabilində işçi:
- səmərəli işləməyi,
- iş qrafiki qaydalarına əməl etməyi,
- vəzifələrini yerinə yetirməyi öhdəsinə götürür.
Müqavilə yazılı formada imzalanaraq təsdiqləndiyi gündən etibarlıdır. Əmək Məcəlləsinin 49-cu maddəsinə görə bir sıra istisnalar xaric, əmək müqaviləsi elektron formada dövlət portalında qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minir.
Əmək müqaviləsi aşağıdakı tələbləri özündə əks etdirir:
- İki tərəfin də hüquq və vəzifələrini;
- Əmək şəraitinin şərtlərini;
- İşçinin əmək funksiyasını;
- Tərəflərin öhdəliklərini.
Əmək müqaviləsi Əmək Məcəlləsinə əlavə olunmuş nümunəvi formaya uyğun tərtib edilir. Həm işəgötürənin, həm də işçinin imzasıyla müqavilə təsdiqlənir. İşəgötürən hüquqi şəxsdirsə, o zaman möhürlə də təsdiqlənməlidir. Müqavilə 2 nüsxədən az olmayaraq tərtib olunur və imzalanaraq bir nüsxə işçiyə, digəri işəgötürənə verilir. Sənəd tərəflərin razılığı ilə sərbəst bağlanır, yəni bunun üçün heç bir məcburiyyət ola bilməz. Müqavilənin hər hansı dövlət orqanında qeydiyyata alınması və təsdiq olunması yolverilməzdir.
Əmək müqaviləsi bağlayanda bir sıra üstünlüklər əldə edirsiz:
Əmək müqaviləsi haqqında biliklər yalnız kadr uçotu işçiləri üçün deyil, müəssisə rəhbərləri və işçilər üçün də vacibdir.
2 Responses
Qasimov taleh ibrahim oglu
Emek muqavilem davam edirmi?
Kamran
Cox sagolun