fbpx

Əmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (2-ci hissə)

xarici şirkətƏmək müqaviləsinə xitam zamanı bilməli olduqlarımız (2-ci hissə)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Əmək müqaviləsi də adi müqavilə kimi müəyyən müddətə bağlana bilir ki, bu halda da müddətin bitməsi müqaviləyə xitam verilməsi üçün əsasdır. Müqavilə müddəti bitdikdən sonra 1 təqvim həftəsi ərzində əgər tərəflərdən biri müqaviləyə xitam verilməsi barədə digər tərəfə xəbərdarlıq etməzsə, müqavilə uzadılmış hesab edilir. Xatırladaq ki, müddətin bitməsi halında müqaviləyə xitam verilməsi işdə saxlamağa üstünlük hüququ olanlar üçün də dəyişməyən hallardan biridir. (emek muqavilesi)

Əgər işçi əmək müqaviləsi müddətinin bitdiyi vaxt məzuniyyətdə, ezamiyyətdə, qismən ödənişli sosial məzuniyyətdə, iş yeri və əmək haqqı saxlandığı hallarda yaxud xəstəliyi ilə əlaqədar işə çıxmadığı halda işçi işə çıxan gündən 1 təqvim həftəsi müddət ərzində işəgötürən müqaviləyə xitam verə bilər. Qeyd etmək mütləqdir ki, müddətsiz bağlanmış yaxud 5 il müddətdən artıq davam etmiş müqavilələrə müddətin bitməsi əsası ilə xitam verilə bilməz.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov

3-cü hissəni oxumaq üçün keçidə daxil olun.


Print Friendly, PDF & Email

error: Content is protected !!
vergi kursları, mühasibat kursları, bəyannamələrin hazırlanması, Hesabatların Hazırlanması,